Folklor, Mifologiya, Etnoqrafiya Məcnun eşqindən deyir, verərək can ağlayır. (1, s.19) Neyin səsindəki təsir və yanğı onun içində şölələnən eşq
atəşindəndir. Ney qanı dizə çıxan bir yoldan, eşq yolundan bəhs
etməkdədir. Sevgisi üzündən kimsəsiz çöllərə düşən Məcnun eşq
əfsanəsini anladır. Burdan da göründüyü kimi, Mövlanə gözəl
bənzətmələrdən, folklor ənənələrindən geniş istifadə edib.
Xəlifənin Leylidən sorğusu və Leylinin ona cavabı.
Sordu xəlifə bir gün, sənsənmi haman Leyli? Aşiqin oldu Məcnun, səhraya saldı meyli? Sən başqa gözəllərdən, fərqli gözəl deyilsən, Leyli dedi: – Danışma, sən ki: Məcnun deyilsən. Məcnunun gözüylə sən, baxsaydın əgər mənə, Hər iki dünyamız da boş görünərdi sənə. Sən özün-özündəsən, Məcnun özündə deyil, Məhəbbət yollarında, ayıq olmaq şərtdir bil. (1, s.48) Mövlanə qədim ərəb əfsanəsi olan «Leyli və Məcnun»dan
folklor nümunəsi kimi istifadə etmişdir. Düzdür, Nizami Gəncəvi
bu əfsanədən bəhrələnərək Mövlanədən çox qabaq «Leyli və
Məcnun» poemasını yazmışdır. Lakin Mövlanə Nizaminin adını
bir dəfə olsun qeyd etməyib.
Mövlanə başqa bir şeirində yenə yazır:
Məcnun eşitdi bir gün, yolçudan bir xəbəri, Leyli xəstələnibdir, neçin yoxdur xəbəri?! Dedi: – Bəhanəsiz mən, necə gedim yanına?! Getməsəm görüşünə, dözərəmmi mən buna?! Ey kaş bilikli təbib, olaydım mən əzəldən?! Heç əlim üzərmidim, Leyli kimi gözəldən?!