693) β - talassemiya diaqnozu hansı analizlə təsdiq olunur?
A) Koaquloqramma ilə
B) Zərdabda dəmirin artması ilə
C) Pansitopeniya ilə
D) Trombositopeniya ilə
E) Fetal hemoqlobin və hemoqlobinin A2 fraksiyası ilə
Ədəbiyyat: Ф. И. Комаров, А. И. Хазанова. «Диагностика внутренних болезней» 1998г.
694) «Kəskin leykoz» diaqnozu nəyin əsasında qoyulur?
A) Sitokimyəvi və morfoloji dəyişiliklərin
B) Şikayətlərin
C) Hepatosplenomeqaliyanın
D) Qan azlığının
E) Limfa düyünlərin böyüməsinin
Ədəbiyyat: Г.П.Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
695) “Xroniki mieloleykoz” - un spesifik markeri hansıdır?
A) Splenomeqaliya
B) Hepatosplenomeqaliya
C) Leykoformulada mielositlərin olması
D) Trombositoz
E) Filadelfiya xromosomu (Phı)
Ədəbiyyat: Г.П.Матвейкова. «Лечение внутренних болезней.Справочник» 1997г.
696) Bioptatda Berezovski – Şternberq hüceyrələr aşkar olması hansı diaqnozu təsdiqləyir?
A) Hoçkin xəstəliyini
B) Rustitski – Kaler xəstəliyini
C) Vilson – Konovalov xəstəliyini
D) Valdenstrem makroqlobulinemiyasını
E) Villebrand xəstəliyini
Ədəbiyyat: Г. П. Матвeйкова. «Лечение внутренних болезней. Справочник» 1997г.
Dostları ilə paylaş: |