820) Portal hipertenziyanın diaqnozunun qoyulmasında əsas üsul hansıdır?
A) Splenomanometriya
B) Ezafaqoqastroduodenoskopiya
C) Qida borusu və mədənin rentgenskopiyası
D) Hepatomanometriya
E) Portohepatoqrafiya
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
821) Kəskin appendisit diaqnozu ilə uzanmış uşağın yataqda vəziyyəti hansıdır?
A) Qarnı üstə
B) Sağ böyrü üstə ayağını qarnına sıxaraq
C) Sol böyrü üstə
D) Arxası üstə
E) Oturaq vəziyyətdə
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с
822) Xaya qişalarının kəskin yaranmış hidropsu üçün daha xarakterik simptom hansıdır?
A) Xayalığın bir yarısında şişkinliyin meydana çıxması
B) Kəskin ağrı
C) Xayalığın hiperemiyası
D) Ümumi vəziyyətin pisləşməsi
E) Hərarətin yüksəlməsi
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с
823) Qarının aşağı şöbəsində, sağ yarısında ağrılar olduqda ilk növbədə hansı xəstəliklərdən şübhələnmək lazımdır?
A) Koprostaz
B) Plevrit
C) Kəskin appendisit
D) Böyrək daşı
E) Ginekoloji hər hansı bir xəstəlik
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с
824) Aşağı ətraf venalarının qapaq çatışmazlığını müəyyən etmək üçün aşağıda göstərilən sınaqlardan hansı ən çox informativdir?
A) Fleboqrafiya
B) Doppleroqrafiya
C) Retroqrad yolla çanağın fleboqrafiyası (Valsalv sınağı)
D) Reovazoqrafiya
E) Delbe - Pertes sınağı
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
Dostları ilə paylaş: |