1224) Sabit stenokardiya adlanan klinik sindrom nə vaxt meydana çıxmır?
A) Emosional stressdə
B) Fiziki gərginlikdə (hərəkət, yüksəkliyə qalxma, ağırlıq qaldırma)
C) Soyuqda, çoxlu miqdarda qida qəbulunda
D) Arterial təzyiqin yüksəlməsində
E) Sakitlikdə, çox vaxt gecələr yuxuda
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 7
1225) Son zamanlar stenokardiya simptomlarını və işemiya əlamətlərinin (gizli işemiya daxil olmaqla) aradan qaldırılmasında əlavə hansı antiişemik preparatlardan istifadə olunur?
A) Α-adrenerqik blokatorlar
B) Kalium kanalları aktivatorları
C) Α-adrenergik antaqonistlər
D) Sinus düyününün inhibitorları
E) Birbaşa renin inhibitorları
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22
1226) Bronxial astmalı hamilə qadınlara aşağıdakı preparatlardan hansının istifadəsi tövsiyə edilmir?
A) Kromoqlisiy turşusu preparatları
B) Leykotrien reseptorlarının antoqonistləri
C) Budesonid
D) β2 - reseptorlarin aqonistləri
E) Beklametazon
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
Dostları ilə paylaş: |