1430) Pielonefritlərin müalicə prinsiplərinə aşağıdakılardan hansı aiddir?
A) Qeyri-steroid iltihab əleyhinə preparatlar, antiazotemik preparatlar, antianemik preparatlar
B) Qlükokortikoidlər, qeyri-steroid iltihab əleyhinə preparatlar, sitostatiklər
C) Qlükokortikoidlər, hipotenziv preparatlar, antipiretiklər
D) Antibiotiklər, uroseptiklər, böyrək qan cərəyanının yaxşılaşdırılması
E) Antikoqulyantlar, antiaqreqantlar, prednizolon
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1431) Xroniki böyrək çatışmazlığında elektrolit balansında aşağıdakılardan hansı qeyd edilmir?
A) Hipokalsiemiya
B) Hipermaqniemiya
C) Hiperkalsiemiya
D) Hiperkaliemiya
E) Hiperurikemiya
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1432) Aşağıdakılardan hansı xroniki böyrək çatışmazlığı zamanı hemodializin aparılmasına göstəriş deyil?
A) Oliqoanuriyanın yaranması
B) Periferik toksiki neyropatiyanın əlamətlərinin artması
C) Yumaqcıq filtrasiyası sürətinin 45-50 ml/dəq olması
D) Ağciyərlərin alveolyar ödeminin əmələ gəlməsi
E) Hiperkaliemiya (konservativ müalicəyə tabe olmayan)
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1433) Şəkərsiz diabetli xəstələr üçün aşağıdakı əlamətlərdən hansı xarakterik deyil?
A) Sidiyin xüsusi çəkisinin yüksək olması
B) Polidipsiya
C) Poliuriya
D) Sidiyin xüsusi çəkisinin aşağı olması
E) Hipotenziya
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Фадеев В.А. Эндокринология, 2007.
Dostları ilə paylaş: |