1422) Qulaqcıqların səyriməsi ilə fəsadlaşmış xroniki ürək çatışmazlığı olan xəstələrdə aşağıdakılardan hansı seçim preparatıdır?
A) Varfarin
B) Pentoksifillin
C) Asetilsalisil turşusu
D) Kurantil
E) Klopidoqrel
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyi. Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı 2010.
1423) Uzadılmış təsirli dihidropiridin qrup Ca antaqonisti xroniki ürək çarışmazlığının müalicəsində nə zaman istifadə edilməlidir?
A) Angioplastika əməliyyatı keçirmiş xəstələrdə
B) Xəstəlik ağciyərlərin alveolyar ödemi ilə ağırlaşdıqda
C) Yanaşı olaraq kəskin miokard infarktı olarsa
D) Yanaşı olaraq stenokardiya olarsa
E) Ritm pozğunluğu olan xəstələrdə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyi. Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı 2010.
Dostları ilə paylaş: |