1449) Ağ ciyər arteriyasının trombemboliyasının risk amillərinə hansı aid deyil?
A) Onkoloji xəstəliklər
B) Siqaretçəkmə
C) Anamnezdə dərin venaların trombozu
D) Şəkərli diabet
E) Cərrahi müdaxilə
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.512
1450) Ağ ciyər arteriyasının trombemboliyasının klininiki təzahürlərinə hansı aid deyil?
A) Hipotermiya
B) Taxikardiya və ritm pozğunluğu
C) Öskürək
D) Təngnəfəslik
E) Döş qəfəsində ağrı
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.513
1451) Ağ ciyər arteriyasının trombemboliyası hansı xəstəliklə diferensial diaqnostika tələb etmir?
A) Perikardın tamponadası
B) Xroniki bronxit
C) Pnevmoniya
D) Miokard infarktı
E) Xondrit
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.523
1452) Aşağı ətrafların varikoz genəlməsindən əziyyət çəkən 45 yaşlı xəstədə qəflətən fiziki gərginlik zamanı sürətlənmiş tənəffüs, təngnəfəslik və döş sümüyü arxasında ağrı əmələ gəlib. Bədənin yuxarı hissəsində sianoz müşahidə olunur. Auskultasiyada sağ orta ağ ciyər sahəsində fitverici xırıltılar eşidilir. EKQ-da QIIISI fenomeni qeyd olunur. Hansı xəstəliklə əlaqədər ola bilər?
A) Kəskin miokard infarktı
B) Ağ ciyər arteriyasının tromboemboliyası
C) Spontan pnevmotoraks
D) Bronxial astma
E) Pnevmoniya
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.511
Dostları ilə paylaş: |