160) Qrip infeksiyasından sonra yorğunluq, zəiflik və s. postinfeksion asteniya əlamətləri neçə müddət davam edə bilər?
A) 10 gün
B) 1 həftə
C) 1 ay
D) 2 - 3 həftə
E) 3 - 4 gün
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
161) Kəskin respirator infeksiya zamanı hamilələrdə əsasən hərarəti endirmək məqsədilə hansı qeyri - steroid iltihabəleyhinə preparatın istifadəsi nisbətən təhlükəsizdir?
A) İbuprofen
B) Aspirin
C) Amidopirin
D) Analgin
E) Parasetamol
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
162) Hansı profilaktik vasitə qrip infeksiyasına qarşı tam müdafiəni təmin etməyə imkan verir?
A) Qripə qarşı vaksinasiya
B) Vitamin C və Exinaseya preparatları
C) Şəxsi gigiyenaya riayət
D) Qrip infeksiyasına qarşı tam müdafiəni təmin edən vasitə yoxdur
E) Virus əleyhinə preparatların qəbulu
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
Dostları ilə paylaş: |