146) Amforik tənəffüs hansı patologiyada eşidilə bilər?
A) Ağciyər absesi
B) Bronxoektazlar
C) Krupoz pnevmoniya
D) Emfizema
E) Bronxial astma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
147) Ağciyər absesinin rentgenoloji şəkli necə olur?
A) Nazik divarlı boş dairə
B) Ağciyərin qeyri homogen kölgəliyi
C) Daxilində üfuqi maye səviyyəsi olan dairə
D) Rentgenoloji təyin edilmir
E) Üçbucaq şəkilli infiltrasiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
148) Ağciyər absesini ilk növbədə hansı xəstəliklə differensasiya etmək tövsiyyə olunur?
A) Tuberkulyoma
B) Ağ ciyər xərçəngi
C) Ağciyər exinokokkozu
D) Asperqillyoma
E) Kavernoz vərəm
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
149) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin risk faktorları içərisində ilk növbədə aşağıdakılardan hansının rolu daha böyükdür?
A) Respirator infeksiyalar
B) Genetik meyillik
C) Peşə tozları
D) Tütün tüstüsü
E) Oksidləşdirici stress
Ədəbiyyat: “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
150) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin ağırlıq mərhələləri adətən nəyə əsasən müəyyən olunur?
A) Klinik simptomlara əsasən
B) Bəlğəmin müayinəsinə əsasən
C) Qanın müayinəsinə əsasən
D) Rentgenoloji müayinələrə əsasən
E) Spirometriya nəticəsinə əsasən
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
151) Hansı preparatlar ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində mərkəzi rol oynayır?
A) Kortikosteroidlər
B) Antibiotiklər
C) Antioksidantlar
D) Bronxolitiklər
E) Bəlğəm mukokinetikləri
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
Dostları ilə paylaş: |