1526) Botulizm zamanı hansı göz simptomları rast gəlinmir?
A) Ptoz
B) Bəbəklərin işığa süst reaksiyası, konvergensiyanın və akkomadasiyanın pozulması
C) Korneal refleksin güclənməsi
D) Göz almalarının hərəkətinin məhdudlaşması, ekzoftalm
E) Midriaz, nistaqm
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1527) Botulizm zamanı qlossofarinqonevroloji pozğunluqların əlamətinə aşağıdakılardan hansı aid deyil?
A) Ağızın açılmasının çətinləşməsi, çeynəmə zamanı ağrı
B) Burun çalarlı nitq, dizartriya
C) Səsin xırıltılı olması, afoniya
D) Ağızda quruluq
E) Udmanın pozulması, mayenin burundan qayıtması
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1528) Botulizm zamanı əzələlərin innervasiyasının pozulması nə ilə təzahür etmir?
A) Tənəffüs əzələlərinin çatışmazlığı ilə
B) Dəri hissiyyatının pozulması ilə
C) Boyun və yuxarı ətraf əzələlərinin parezi və zəifliyi ilə
D) Kəskin ümumi zəifliklə
E) Yerişin pozulması ilə
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1529) Botulizm zamanı etiotrop vasitə kimi aşağıdakılardan hansı istifadə olunur?
A) Azitromitsin
B) Penisillin
C) Vankomisin
D) Levomisetin
E) Kanamisin
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
Dostları ilə paylaş: |