773) Atopik dermatitin kəskinləşməsinə səbəb ola bilən faktorlara nə aid deyil?
A) allergenlər
B) havanın kəskin dəyişməsi
C) bəzi qida məhsulları
D) stress
E) mikroorqanizmlər
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.231
774) Hamilələrdə BA müalicəsində hansı inhalyasion qlükokortikoid daha etibarlı hesab edilir?
A) triamsinolon
B) seretid
C) mometazon
D) flutikazon
E) budesonid
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.136
775) Hansı variant övrə qeyri immunoloji mexanizmə malikdir?
A) vibrasion urtikariya
B) övrə sadalananların hamısı
C) akvagen urtikariya
D) dermoqrafizm, xolinergik
E) xolinergik övrə
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.250
776) Miokard infarktı və anafilaktik şokun əsas differensial diaqnostik fərqi nədir?
A) Sadalanların heç biri
B) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı hemodinamik pozuntular ilə müşayət olunur
C) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı daha yüngül keçir
D) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı zamanı qan zərdabında -triptazanın miqdarı yüksəlir
E) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı zamanı qanda kreatinkinazanın MB-fraksiyası və troponinin artması qeyd olunur
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 15
Dostları ilə paylaş: |