769) Cell və Kumbsa görə allergik reaksiyaların neçə tipi ayırd edilir?
A) 7
B) 1
C) 3
D) 4
E) 2
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.9
770) Xəstə qadın, 51 yaşında 2 gündür ki davam edən, bədən hərarətinin artması, təngnəfəslik, öskürək, başağrıları, əzələ və oynaqlarında olan ağrılardan şikayət edir. Dediyinə görə bu əlamətlər onda evə saxlamaq üçün tutuquşu gətirəndən yarım gün sonra yaranıb. Quşu evdən kənarlaşdırdıqdan sonra xəstənin vəziyyəti bir qədər yaxşılaşıb. Sizin ehtimalınız :
A) ekzogen allergik alveolit
B) AXOX
C) miliar vərəm
D) bronxektoziya
E) bronxial astma
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 585
771) Aşağıda qeyd edilmiş hansı qrup preparatlar anafilaktoid reaksiyalar törədə bilər?
A) dekstranlar, heterogen zərdablar
B) insulin, asetisalisil turşusu
C) lateks, beta-laktam həlqəli antibiotiklər
D) allergen ekstratları, siprofloksasin
E) yodtərkibli rentgenkontrast maddələr, qeyri-steroid iltihab əleyhinə preparatlar
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 530
772) Uzuntəsirli dərman preparatlarından yaranmış anafilaktik şok üçün əsasən hansı klinik gedişat səciyyəvidir?
A) kəskin bədxassəli gediş
B) residivverən və uzanmış gediş
C) kəskin xoşxassəli gediş
D) heç biri
E) abortiv gediş
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 484
Dostları ilə paylaş: |