882) Hipoqlikemik effekti hansı hormon həyata keçirir?
A) Adrenalin
B) Qlükoqon
C) Somatotrop hormon
D) İnsulin
E) Qlükokortikoidlər
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
883) Şəkərli diabetdən şübhələndikdə ilk növbədə aşağıdakılardan hansı təyin edilir?
A) Sidikdə qlükoza
B) Triqliseridlər
C) Qlükolizləşmiş hemoqlobin
D) Qanda qlükoza
E) Sidikdə zülal
Ədəbiyyat: Комаров Ф.И., Коровкин Б.Ф., Меньшиков В.В. Биохимические исследования в клинике, Москва, 2001
884) Lipidlərin sorulması əsasən harada baş verir?
A) Yoğun bağırsaqda
B) 12-barmaq bağırsaqda
C) Nazik bağırsaqda
D) Ağız boşluğunda
E) Mədədə
Ədəbiyyat: Маршалл В.Д. Клиническая биохимия, Москва 2000
885) İnsan orqanizmində miqdarı 1 kq - 2 kq-a yaxın olan mineral hansıdır?
A) Mg ++
B) Ca ++
C) Fe
D) K +
E) Na +
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
Dostları ilə paylaş: |