175) Aktinomikozun spesifik müalicəsi nə ilə aparılır?
A) Aktinolizat
B) Gentamisin
C) Metronidazol
D) Amfoterisin B
E) İntrakanazol
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
176) İnsanlarda ağciyər vərəminin əsas törədicisi nədir?
A) Mycobacterium bovis
B) Mycobacterium africanum
C) Mycobacterium tuberculosis
D) Mycobacterium kansasii
E) Mycobacterium avium
Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
177) Vərəmin hansı klinik forması ÜST təsnifatına görə ağciyərdən kənar vərəmə aiddir?
A) Vərəmli plevrit
B) Miliar vərəm
C) Tuberkuloma
D) Birincili vərəm kompleksi
E) Ocaqlı vərəm
Ədəbiyyat: “Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol”, Bakı, 2010
Dostları ilə paylaş: |