178) Mantu sınağı hansı məqsədlə aparılmır?
A) Vərəm prosesinin aktivliyinin təyini
B) Müalicəyə nəzarət
C) Tuberkulinə qarşı postvaksinal və infeksion allergiyanın differensial diaqnostikası
D) Tuberkulinə individual həssaslığın təyini
E) Vərəm və digər xəstəliklərin differensial diaqnostikası
Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
179) Vərəmli xəstə ilə təmasda olmuş kliniki sağlam şəxsdə tuberkulin sınağı mənfi və ya şübhəlidirsə, müvafiq müşahidədən sonra təkrar sınaq nə vaxt aparılmalıdır?
A) 1 aydan sonra
B) 1 ildən sonra
C) 3 aydan sonra
D) 2 aydan sonra
E) 6 aydan sonra
Ədəbiyyat: “Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol”, Bakı, 2010
180) Hansı preparatların uzunmüddətli qəbulu fonunda vərəm xəstəliyi yarana bilər?
A) Hipotenziv preparatların
B) Vitaminlərin
C) Antibiotiklərin
D) Qeyri - steroid iltihab əleyhinə preparatların
E) Kortokosteroidlərin
Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
Dostları ilə paylaş: |