191) Tütünçəkmədən imtina etdikdən neçə il sonra ağ ciyər xərçəngi riski tütün çəkən insanlara nisbətən 70% - dən çox azalır?
A) 1 il
B) 5 il
C) 10 - 15 il
D) 5 - 9 il
E) 2 - 4 il
Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
192) Tütünçəkmədən imtina etdikdən neçə il sonra ağciyərlərin funksiyaları tütün çəkməyən insanlarda olduğu vəziyyətə gəlir?
A) 5 - 9 il
B) 2 - 4 il
C) 5 il
D) 10 - 15 il
E) 1 il
Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
193) Tütünçəkmədən imtina etmək üçün dərman vasitəsinə aşağıdakılardan hansı aid deyil?
A) 1%- li Nikotin turşusu inyeksiya şəklində
B) Nikotin tərkibli plastır (dəriüstü istifadə üçün)
C) Nikotin tərkibli saqqız
D) Nikotin tərkibli inhalyator
E) Nikotin tərkibli sorulan həb
Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
194) Tütünçəkmədən imtina edən pasientlərin müalicəsində hansı dərman vasitələrinin istifadəsi tövsiyyə olunmur?
A) β - blokatorlar
B) Benzodiazepinlər
C) Anksiolitiklər
D) Opioid antaqonistləri
E) Sadalananların hamısı
Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
Dostları ilə paylaş: |