387) Aşağıdakılardan hansı tireotoksikozun sinonimi deyil?
A) Miksedema
B) Bazedov xəstəliyi
C) Qreyvs xəstəliyi
D) Hipertireoz
E) Diffuz toksiki ur
Ədəbiyyat: Ж.Д. Кобалава, С.В. Моисеев, В.С. Моисеев, «Основы внутренней медицины», 2014, стр. 686
388) Tireotoksikoz zamanı ürək-damar əlamətlərindən hansı müşahidə olunmur?
A) Sistolik küy
B) Ürək tonların karlaşması
C) Taxikardiya
D) Nəbz təzyiqin çoxalması
E) Səsli I ton
Ədəbiyyat: Ж.Д. Кобалава, С.В. Моисеев, В.С. Моисеев, «Основы внутренней медицины», 2014, стр. 686-687
389) Diffuz toksiki ur zamanı cərrahi müdaxilə nə zaman göstəriş deyil?
A) Diffuz toksiki ur residivləşəndə
B) Tireotrop hormonların miqdarı azalanda
C) Toksiki urun döşarxası yerləşəndə
D) Vəzi böyük həcmdə olanda
E) Tireostatiklərə dözümsüzlük olanda, aqranulositoz yarananda
Ədəbiyyat: Ж.Д. Кобалава, С.В. Моисеев, В.С. Моисеев, «Основы внутренней медицины», 2014, стр. 690
Dostları ilə paylaş: |