418) Hansı dəyişiklik İtsenko-Kuşinq sindromuna xas deyil?
A) Hiperkalsiuriya
B) Hipoqlikemiya
C) Hiperkalsiyemiya
D) Hiperqlikemiya
E) Hipokaliyemiya
Ədəbiyyat: Ж.Д. Кобалава, С.В. Моисеев, В.С. Моисеев, «Основы внутренней медицины», 2014, 701 стр.
419) İtsenko-Kuşinq sindromuna xas olmayan kliniki əlaməti göstərin:
A) Hirsutizm
B) Arterial hipotenziya
C) Miopatiya
D) Amenoreya
E) Osteoporoz
Ədəbiyyat: Ж.Д. Кобалава, С.В. Моисеев, В.С. Моисеев, «Основы внутренней медицины», 2014, 701 стр.
420) Adison xəstəliyinə xas olmayan laborator dəyişiklik hansıdır?
A) Hiperqlikemiya
B) Neytropeniya
C) Hipernatriyemiya
D) Eozinofiliya
E) Hiperkaliyemiya
Ədəbiyyat: Ж.Д. Кобалава, С.В. Моисеев, В.С. Моисеев, «Основы внутренней медицины», 2014, 703 стр.
421) Böyrəküstü vəzin qabıq maddəsinin birincili çatışmazlığının etiologiyasında rol oynamır:
A) Antifosfolipid sindrom
B) İnfeksion xəstəliklər
C) İrsi pozğunluqlar
D) Qlükokortikoidlərin uzunmüddətli istifadəsi
E) Metastazlar
Ədəbiyyat: Ж.Д. Кобалава, С.В. Моисеев, В.С. Моисеев, «Основы внутренней медицины», 2014, 703 стр.
422) Adison xəstəliyini İtsenko-Kuşinq sindromundan fərqləndirən kliniki əlamət hansıdır?
A) Tüklərin tökülməsi
B) Depresiya
C) Arterial hipertenziya
D) Amenoreya
E) Mialqiyalar
Ədəbiyyat: Ж.Д. Кобалава, С.В. Моисеев, В.С. Моисеев, «Основы внутренней медицины», 2014, 703 стр.
Dostları ilə paylaş: |