981) Aşagıdakılardan hansı yanıq xəstəliyinin dövrlərinə aid deyil?
A) Koma dövrü
B) Bərpa (reabilitasiya )
C) Septikotoksemiya
D) Yanıq şoku
E) Kəskin yanıq toksemiyası
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
982) Yanıq şokunun müalicəsində birinci 8 saat ərzində hansı məhlulun vurulması məsləhətdir?
A) 5% - li qlükoza
B) Plazma
C) Jelatinol
D) 5% - li albumin
E) Poliqlükin
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
983) Hansı əlamət turşuların istifadəsi zamanı yaranan kimyəvi yanığın xarakterik əlaməti deyil?
A) Toxumalar susuzlaşır, kənarlarında iltihab zonası olur
B) Aydın sərhədlərə malik quru qasnaq əmələ gəlir
C) Zədələnmə çox vaxt dərin olur, iltihab zonası olur
D) Yaş nekroz törədir, qasnaq yumşaq olur
E) Toxuma zülallarının koaqulyasiyası yaranır
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
Dostları ilə paylaş: |