1009) Mərkəzi venoz təzyiq aşağıdakıların hansından asılı deyil?
A) Sol mədəciyin hipertrofiyasından
B) Döş qəfəsi daxili təzyiqdən
C) Venoz damarların tonusundan
D) Dövr edən qanın kütləsindən
E) Sağ mədəciyin funksiyasından
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
1010) Feoxromositomanın klassik simptomlarına hansılar aiddır?
A) Baş gicəllənmə, yuxususluq, ürək bulanma
B) Bradikardiya, beta - blokatorların təsirinə pressor effekt
C) Güclü baş ağrıları, tərləmə, ürək döyünmə
D) Çətin nəzarət olunan arterial hipertenziya, ortostatik hipotenziya
E) Yorğunluq, döş qəfəsində nöqtəvarı ağrılar, susama
Ədəbiyyat: Arterial hipertenziyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009
Dostları ilə paylaş: |