1364) Vərəm xəstəliyinin aşkar etmək üçün hansı allergik sınaq qoyulur?
A) Mantu
B) Şik
C) Dik
D) Bürne
E) Frenkel
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г
1365) Təbii passiv immunitet nədən sonra yaranır?
A) Keçirilmiş infeksiyadan sonra
B) Qamma - qlobulin yeridildikdən sonra
C) Zərdabların yeridilməsindən sonra
D) Anticisimlərin anadan dölə transplasentar ötürülməsindən sonra
E) Törədicigəzdirənlikdən sonra
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г
1366) Aşağıdakı infeksiyalardan hansı virus infeksiyalarına aiddir?
A) Vərəm
B) Vəba
C) Qızılca
D) Səpgili yatalaq
E) Qarın yatalağı
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г
1367) Aşağıdakı xəstəliklərin hansının törədicisi Spiroxetlərdir?
A) Furunkulyozun
B) Toksoplazmozun
C) Kandidozun
D) Vərəmin
E) Leptospirozun
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г
1368) Aşağıda sadalanan hansı xəstəliyi spor əmələ gətirməyən bakteriyalar törədir?
A) Dizenteriya
B) Qazlı qanqrena
C) Qarayara
D) Tetanus
E) Botulizm
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г
Dostları ilə paylaş: |