1357) Pankreatitlər zamanı zərdabda hansı fermentin miqdarı yüksəlir?
A) Qələvi fosfataza
B) Lipaza
C) Qlutamatdehidrohenaza
D) Urokinaza
E) QQTP (qamma - qlutamiltranspeptidaza)
Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
1358) Mədəaltı vəzin xəstəlikləri zamanı zərdabda hansı fermentin təyininin diaqnostik əhəmiyyəti daha böyükdür?
A) Tripsin
B) Pankreatik α - amilaza
C) β - amilaza
D) Histidaza
E) Ümumi α - amilaza
Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
1359) Hansı hormonun hiperqlikemik təsiri var?
A) Qlükokortikoidlər
B) Estrogenlər
C) İnsulin
D) Androgenlər
E) Paratireoid hormonlar
Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
1360) Xolesterinin bioloji rolu nədir?
A) İg - nin sələfidir
B) Vitaminlərin, steroid hormonların sintezi üçün əsasdır
C) Turşu - qələvi müvazinətinin saxlanmasında iştrak edir
D) Lipotrop funksiya daşıyır
E) Oksigenin toxumalara daşınmasını təmin edir
Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
Dostları ilə paylaş: |