1361) Miokard infarktı üçün hansı doğrudur?
A) Hamısı doğrudur
B) Mioqlobinin həm qanda,həm də sidikdə təyini diaqnostik əhəmiyyət kəsb edir
C) Nekroz zonasının genişlənməsinə qarşı aparılan müalicənin səmərəliliyinə nəzarət etmək üçün zərdabda mioqlobinin təyini əhəmiyyət kəsb edir
D) Zərdabda mioqlobinin artması miokard infarktının ən erkən markeridir
E) Böyrəklərdə filtrasiya olduğuna görə mioqlobin qandan tez yox olur
Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
1362) Sidiyin reaksiyası nə zaman qələviləşir?
A) Sistit zamanı
B) Böyrək çatışmazlığında
C) Hipertermiyada
D) Aclıq zamanı
E) Şəkərli diabet zamanı
Ədəbiyyat: Е.А. Кост. Справочник по клиническим лабораторным методам исследований,1975
1363) Aktiv immunizasiya aparılması üçün aşağıdakılardan hansı istifadə edilmir?
A) Diri vaksinlər
B) İmmunoqlobulinlər
C) Anatoksinlər
D) Sintetik vaksinlər
E) Ölü vaksinlər
Ədəbiyyat: Е.А. Кост. Справочник по клиническим лабораторным методам исследований,1975
Dostları ilə paylaş: |