1440) Hepatomeqaliya, hiperqlikemiya, dərinin hiperpiqmentasiyası, qan zərdabında dəmirin miqdarının artması aşağıdakı halın hansı üçün xarakterikdir?
A) Hemoxromatoz
B) Böyrəküstü vəzin hiperfunksiyası zamanı
C) Vilson-Konovalov xəstəliyi zamanı
D) Qara ciyərin sirrozu
E) Virus etiologiyalı xroniki hepatit
Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008
1441) Ezofaqoqastroduodenal qanaxma üçün aşağıda qeyd olunan hansı hal xarakterik deyil?
A) Hemodinamika göstəricilərinin pisləşməsi
B) Hemoqlobin səviyyəsinin aşağı düşməsi
C) Xəstənin ümumi vaziyyətinin pisləşməsi
D) Leykositlərin sayının artması
E) Al qanla qusma
Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008
1442) Mədənin rentgenоqrafiyası zamanı antral hissədə taxça simptomu qeyd edilmişdir. Taxçanın diametri 2,5 sm, kənarları girintili-çıxıntılıdır, xora ətrafı selikli qişanın relyefi atipik görünür, lokal peristaltika itib. Bu hansı hal üçün xarakterikdir?
A) Mədənin antral hissəsinin fəsadsız xorası
B) Başlanğıc mərhələsində eroziyaya uğramış mədənin xərçəngi
C) Mədənin papilloması
D) Penetrasiya edən xora
E) Maliqnizasiya olunmuş xora
Ədəbiyyat: S.N.Alimetov, X.İ.Qurbanova Mədə-bağırsaq sistemi xəstəlikləri. I hissə Bakı -2011, s.162
Dostları ilə paylaş: |