1500) Pielonefritlərin müalicə prinsiplərinə aşağıdakılardan hansı aiddir?
A) Qlükokortikoidlər, qeyri-steroid iltihab əleyhinə preparatlar, sitostatiklər
B) Antikoqulyantlar, antiaqreqantlar, prednizolon
C) Qlükokortikoidlər, hipotenziv preparatlar, antipiretiklər
D) Qeyri-steroid iltihab əleyhinə preparatlar, antiazotemik preparatlar, antianemik preparatlar
E) Antibiotiklər, uroseptiklər, böyrək qan cərəyanının yaxşılaşdırılması
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1501) Xroniki böyrək çatışmazlığında elektrolit balansında aşağıdakılardan hansı qeyd edilmir?
A) Hiperkalsiemiya
B) Hiperkaliemiya
C) Hiperurikemiya
D) Hipokalsiemiya
E) Hipermaqniemiya
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1502) Aşağıdakılardan hansı xroniki böyrək çatışmazlığı zamanı hemodializin aparılmasına göstəriş deyil?
A) Hiperkaliemiya (konservativ müalicəyə tabe olmayan)
B) Ağciyərlərin alveolyar ödeminin əmələ gəlməsi
C) Yumaqcıq filtrasiyası sürətinin 45-50 ml/dəq olması
D) Periferik toksiki neyropatiyanın əlamətlərinin artması
E) Oliqoanuriyanın yaranması
Ədəbiyyat: Шилов Е.М. Нефрология. Учебное пособие. 2007.
1503) Şəkərsiz diabetli xəstələr üçün aşağıdakı əlamətlərdən hansı xarakterik deyil?
A) Polidipsiya
B) Hipotenziya
C) Sidiyin xüsusi çəkisinin yüksək olması
D) Sidiyin xüsusi çəkisinin aşağı olması
E) Poliuriya
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Фадеев В.А. Эндокринология, 2007.
Dostları ilə paylaş: |