24) Ağır gedişli ağciyərlərin xroniki obstruktiv xəstəliyi zamanı rast gəlməyən simptomlar hansılardır?
A) Aşıq - baldır oynağının ödemi
B) Öskürək nəticəsində qabırğaların sınığı
C) İnspirator təngnəfəslık
D) Çəkinin azalması, anoreksiya
E) Öskürək bayılmaları (sinkope)
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
25) Ev şəraitində eksudativ plevrit diaqnozu müəyyən olunmuş, lakin etiologiyası tam aydınlaşdırılmayıb, xəstənin ümumi vəziyyəti nisbi kafidir. Sizin taktikanız nədən ibarətdir?
A) Ev şəraitində geniş spektrli antibiotiklərlə müalicənin aparılması və xəstələri nəzarətdə saxlamaq
B) Pasiyenti növbə ardıcıllığı ilə terapiya şöbəsinə hospitalizasiya etmək
C) Plevra boşluğuna plevral punksiya ilə antibiotiklərlin yeridilməsi ilə ambulator müalicə
D) Pasiyenti təcili olaraq pulmonologiya şöbəsinə hospitalizasiya etmək
E) Ev şəraitində geniş spektrli antibiotiklər və kortikosteroid hormonlarla müalicənin aparılması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |