31) Aşağıdakı klinik formalardan hansı birincili vərəmə aiddir?
A) Fibroz kavernoz ağciyər vərəmi
B) İlkin vərəm kompleksi
C) Tuberkuloma
D) İnfiltrativ vərəm
E) Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası
Ədəbiyyat: Перельман М. И., Корякин В. А. «Туберкулез» 1990 г.
32) Кəskin respirator infeksiyaların və qripin müalicəsində əsas rol nə oynayır?
A) Аntibakterial terapiya
B) Virus əleyhinə terapiya
C) Vitaminoterapiya
D) Immunokorreksiya
E) Simptomatik terapiya
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008
33) Kəskin respirator infeksiyaların müalicəsində antibiotiklər nə zaman təyin olunur?
A) Xəstəlik başlanan kimi
B) Burundan irinli ifrazat olarkən
C) Bakterial fəsadlaşma olduqda
D) Xəstəliyin 2 - ci günü
E) Hərarət 38 ° C yuxarı olduqda
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008
Dostları ilə paylaş: |