26) Aşağıdakılardan hansı ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsinin məqsədlərinə aid deyil?
A) Simptomların yüngülləşdirilməsi
B) Xəstəliyin inkişaf etməsinin qarşısının alınması
C) Fiziki gərginliyə tolerantlığın artması
D) Xəstəliyin tam müalicəsi
E) Ölüm hallarının azaldılması
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
27) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində istifadə olunan qısamüddətli β2-aqonistlərə hansı aid deyil?
A) Fenoterol
B) Formoterol
C) Terbutalin
D) Levabuterol
E) Salbutamol
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
28) Xəstəxanadan kənar pnevmoniya xəstəliyinin diaqnozu qoyulması üçün simptomların başlanmasından neçə gün əvvəl pasiyentin xəstəxanada olmaması şərtdir?
A) 5 gün
B) 10 gün
C) 2 gün
D) 14 gün
E) 7 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
29) Plevra boşluğuna mayenin evakuasiyasından sonra təkrar tez yığılması hansı xəstəlik üçün xarakterik əlamət sayılır?
A) Ağciyərlərin vərəmi
B) Plevranın şişləri
C) Bronxların adenokarsinoması
D) Qırmızı qurd eşənəyi
E) Xroniki qandövranı çatışmazlığı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
30) Xəstəxanadan kənar pnevmoniyanın müalicəsi zamanı antibakterial müalicənin müddəti minimum neçə gün tövsiyyə edilir?
A) 5 gün
B) 2 gün
C) 15 gün
D) 7 gün
E) 10 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
Dostları ilə paylaş: |