803) Aşağıda qeyd edilmiş hansı qrup preparatlar anafilaktoid reaksiyalar törədə bilər?
A) lateks, beta-laktam həlqəli antibiotiklər
B) insulin, asetisalisil turşusu
C) dekstranlar, heterogen zərdablar
D) yodtərkibli rentgenkontrast maddələr, qeyri-steroid iltihab əleyhinə preparatlar
E) allergen ekstratları, siprofloksasin
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 530
804) Uzuntəsirli dərman preparatlarından yaranmış anafilaktik şok üçün əsasən hansı klinik gedişat səciyyəvidir?
A) kəskin xoşxassəli gediş
B) kəskin bədxassəli gediş
C) abortiv gediş
D) heç biri
E) residivverən və uzanmış gediş
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 484
805) Hamiləlik rinitlərinin müalicəsində ən təhlükəsiz müalicə vasitəsi hansıdır?
A) nazal kromonlar
B) dekongestantlar
C) II nəsil antihistamin
D) nazal qlükokortlar
E) I nəsil antihistamin
Ədəbiyyat: Midletons allergy, 2010, səh.987
806) Hamiləlik rinitlərinin müalicəsində istifadəsinə icazə verilən antihistamin preparatları hansılardır?
A) loratadin və setirizin
B) astemizol
C) terfenadin
D) loratadin və terfenadin
E) feksofenadin və dezloratadin
Ədəbiyyat: Midletons allergy, 2010, səh.987
Dostları ilə paylaş: |