807) Atopik dermatitin kəskinləşməsinə səbəb ola bilən faktorlara nə aid deyil?
A) allergenlər
B) stress
C) havanın kəskin dəyişməsi
D) bəzi qida məhsulları
E) mikroorqanizmlər
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.231
808) Hamilələrdə BA müalicəsində hansı inhalyasion qlükokortikoid daha etibarlı hesab edilir?
A) triamsinolon
B) budesonid
C) seretid
D) flutikazon
E) mometazon
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.136
809) Hansı variant övrə qeyri immunoloji mexanizmə malikdir?
A) xolinergik övrə
B) dermoqrafizm, xolinergik
C) akvagen urtikariya
D) vibrasion urtikariya
E) övrə sadalananların hamısı
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.250
810) Virusun istehsalına maneə olan, və virus infeksiyasına cavab olaraq bir çox hüceyrə tərəfindən istehsal olunan protein:
A) lizosimdir
B) komplementdir
C) piy vəzlərinin sekretidir
D) interferondur
E) selikdir
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
811) Miokard infarktı və anafilaktik şokun əsas differensial diaqnostik fərqi nədir?
A) Sadalanların heç biri
B) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı zamanı qanda kreatinkinazanın MB-fraksiyası və troponinin artması qeyd olunur
C) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı daha yüngül keçir
D) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı hemodinamik pozuntular ilə müşayət olunur
E) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı zamanı qan zərdabında -triptazanın miqdarı yüksəlir
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 15
Dostları ilə paylaş: |