342) Mukovissidoz zamanı ən mühüm laborator – diaqnostik test hansıdır?
A) Sidik sindromunun təyini
B) Tərdə olan elektrolitlərin təyini
C) Qanda amilazanın təyini
D) Nəcisdə piy damlalarının miqdarının təyini
E) Nəcisdə amin turşularının miqdarının təyini
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
343) Xroniki pankreatitin xarakterik klinik nişanəsi nədir?
A) Aminotranferazların artması
B) Sarılıq
C) Şəkərli diabetin inkişafı
D) Hepatomeqaliya
E) Xarici sekresiya funksiyasının kifayət qədər olmaması (hipofermentemiya)
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
344) Anadangəlmə laktoza çatışmazlığı olan şəxslərdə aşağıdakı qida maddələrinin hansının həzmi prosesində qarnın köpməsi, qaz yığılması və diareya qeydə alınır?
A) Süd
B) Şirniyyat
C) Yumurta
D) Qara çörək
E) Kələm
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
Dostları ilə paylaş: |