680) Klinik praktikada ən çox işlədilən statin hansıdır?
A) Simvastatin
B) Atorvastatin
C) Lovostatin
D) Rozuvastatin
E) Fluvestatin
Ədəbiyyat: Кобалава Ж.Д.// Клиническая фармакология и терапия. 2000
681) Aşağıdakı preparatlardan hansı supraventrikulyar aritmiyalarda təsirsizdir?
A) Verapamil
B) Diqoksin
C) Lidokain
D) Propranolol
E) Adenozin
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
682) Hipo - və ya hipertireoidizm, fotosensibilizasiya, pulmonal fibroza hansı antiaritmik preparat səbəb ola bilər?
A) Propafenon
B) Lidokain
C) Meksiletin
D) Amiodaron
E) Xinidin
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
683) Qulaqcıq səyriməsində ritmə nəzərət məqsədi ilə işlədilən ən effektli preparat hansıdır?
A) Disopiramid
B) Diqoksin
C) Meksiletin
D) Fenitoin
E) Lidokain
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология национальное руководство,2007г.
684) Mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün ilk növbədə hansı preparat istifadə olunur ?
A) Lidokain
B) Obzidan
C) Novokainamid
D) Verapamil (finoptin)
E) Strofantin
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
685) Lidokain effektli olmayanda mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün hansı preparat təyin edilir?
A) Obzidan
B) Strofantin
C) Mezaton
D) Verapamil (finoptin)
E) Kordaron
Ədəbiyyat: А. В. Недоступ « Как лечить аритмии. Диагностика и терапия нарушения ритма проводимости», 2006г.
686) Sadalananlardan hansı arterial hipertenziya zamanı subklini orqan zədələnməsinə aid deyil?
A) Göz dibinə qansızma
B) Topuq - bazu AT indeksi < 0, 9
C) Elektrokardioqrafik SMH və exokardioqrafik sol mədəciyin hipertrofiyası
D) Qan plazmasında kreatinin səviyyəsinin mülayim artması
E) Yuxu arteriyalarının intra - media qalınlığı < 0, 9
Ədəbiyyat: Arterial hipertenziyanın diaqnostikası və müalicəsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kliniki protokolu , Bakı, 2009
Dostları ilə paylaş: |