838) Yoğun bağırsağın hansı hissəsində divertikullar daha tez rast gelinir?
A) Siqmayabənzər bağırsaq
B) Kor bağırsaq
C) Köndələn çəmbər bağırsaq
D) Düz bağırsaq
E) Enən çəmbər bağırsaq
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
839) Aşağıda sadalanan simptomlardan hansı qəbizlik üçün xarakterik deyildir?
A) Meteorizm
B) Büzdüm, sağrı və bud nahiyəsində ağrı
C) Diareya
D) Ürekbulanma
E) Subfebril temperatura
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
840) Gərginlik stenokardiyasının diaqnostikasında ən yüksək həsaslığı olan müayinə hansıdır?
A) Dipiridamol sınağı
B) Tredmil yük sınağı
C) Hiperventilyasiya sınağı
D) EKQ
E) Statik fiziki yük sınağı
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
841) ÜİX( Ürəyin işemik xəstəliyi) olan xəstədə aterosklerotik düyünün harada yerləşməsi zamanı proqnoz daha pis olur?
A) Sağ tac arteriyanın arxa enən şaxəsində
B) Sol tac arteriyanın dolanan şaxəsində
C) Sol tac arteriyanın kötüyündə
D) Sol tac arteriyanın ön enən şaxəsində
E) Sağ tac arteriyada
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
842) Miokard infarktının kəskin mərhələsində mədəcik taxikardiyasının müalicəsi hansı əsas seçim preparatı ilə aparılır?
A) Novokainamid
B) Verapamil
C) Beta - blokatorlar
D) Diltiazem
E) Lidokain
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
Dostları ilə paylaş: |