928) Hansı preparat bronxial astma zamanı tutmaları dərhal aradan qaldırmır?
A) Aminofillin
B) Berotek
C) Formaterol
D) Berodual
E) Seretid
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
929) Atopik dermatitlərdə yerli isifadə uçün nəzərdə tutulan yüksək dərəcəli aktivliyə malik olan qükokortikosteroidlərə hansı aid deyil?
A) Hidrokortizon
B) Fluosinol asetonid
C) Hidrokortizon 17 - butirat
D) Mometazon furoat
E) Betametazon
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
930) Aşağıdakılaarın biri Layella sindromunun sinonimidir?
A) Epidermal toksik ödem
B) Angionevrotik ödem
C) Eksfoliativ dermatit
D) Epidermal toksik nekroliz
E) Allergik dermatomiozit
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
931) Dərman allergiyası törədən preparatların əlavə təsirlərinə hansı əlamət aid deyil?
A) Preparatın ləğv edilmsindən 3 - 5 gün sonra reaksiyanin xeyli azalması yaxud tam keçməsi
B) Reaksiyanın preparatın yalnız təkrar dozasından sonra yaranması
C) Reaksiyanın ilk dozadan sonra baş verməsi
D) Preparatla təkrar müalicəyə başladıqda reaksiyanın yenidən yaranması
E) Reaksiyanın preparatın kiçik dozasında belə yaranması
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
932) Layell sindromunun müalicəsində yüksək dozada istifadə olunan qlyukokortikosteroidləri hansı preparatlar qrupu ilə birgə təyin etmək məsləhət görülmür?
A) Analgetiklərlə
B) Dekstranlarla
C) Proteoliz inhibitorları ilə
D) Sidik qovucularla
E) Dezintoksikasiya edici təsirli məhlullarla
Ədəbiyyat: Рациональная фармакотерапия аллергических заболеваний: Рук. для практикующих врачей /Р.М.Хаитов и др. – М.:Литтерра,2007. – 504 с
933) I tip allerqik reaksiyaların iştirak etdiyi allerqik xəstəliklərə hansı aid deyil?
A) Autoimmun hemolitik anemiya
B) Anafilaktik şok
C) Kvinke ödemi
D) Övrə
E) Atopik bronxial astma
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.12
934) II tip allergik reaksiyaların iştirak etdiyi allergik xəstəliklərə hansı aid deyil?
A) Allergik dərman aqranulositozu
B) Atopik bronxial astma
C) İnterstisial nefrit
D) Trombositopeniya
E) Autoimmun hemolitik anemiya
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.13
935) III tip allergik reaksiyaların iştirak etdiyi allerqik xəstəliklərə hansı aid deyil?
A) Artyus fenomeni
B) Qlomerulonefrit
C) Övrə
D) Zərdab xəstəliyi
E) Ekzogen allerqik alveolit
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.13
936) IV tip allergik reaksiyaların iştirak etdiyi allergik xəstəliklərə hansı aid deyil?
A) Brusellyoz
B) Vərəm
C) Kontakt allerqik dermatit
D) Allergik rinit
E) Cüzam
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.15
Dostları ilə paylaş: |