954) Fəsilli allergik riniti zamanı hansı kliniki əlamət qeyd olunmur?
A) Qızdırma
B) Fəsil kəskinləşmələri
C) Müsbət dəri sınaqları
D) Anamnezdə allergiya
E) Konyuktivit
Ədəbiyyat: «Иммунопатология и аллергология. Стандарты диагностики и лечения». Под ред. Акад. РАМН, проф. Хаитова Р.М. Москва, 2001
955) Hansı faktorlar anafilaktik şokun ağırlığını gücləndirir?
A) Beta-adrenoblokatorlarla müalicə
B) AÇF - inhibitorları ilə müalicə
C) Hamısı
D) Xəstədə bronxial astmanın olması
E) Yanaşı gedən ürək-damar xəstəlikləri
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000
956) 63 yaşlı xəstədə ÜİX, hipertoniya və aspirin formalı bronxial astma olduğu zaman arterial təzyiqin nəzarəti üçün sadalanan hansı preparatdan istifadə etmək məsləhət deyil?
A) İzosorbid dinitrat
B) Kaptopril
C) Nifedepin
D) Propranolol
E) Eufillin
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000
957) Hansı xəstəliklərdə hemolitik anemiya müsbət Kumbs reaksiyası ilə müşahidə olunur?
A) Dermatomiozitdə
B) Sistemli qırmızı qurd eşənəyində
C) Trombositopenik purpurada
D) Düyünlü periarteriitdə
E) Sistemli sklerodermiyada
Ədəbiyyat: В.И.Маколкин, С.И.Овчаренко. «Внутренние болезни».М., 1999 г
Dostları ilə paylaş: |