0
·ν,
mühitdəki sürəti isə υ=λ·ν olacaq. Bir mühitdən digər mühitə keçdikdə işığın tezliyi və və periodu dəyişmir,
dəyişən yalnız dalğa uzunluğu və dalğanın sürətidir.
Vakuumdan sındırma əmsalı n olan mühitə keçdikdə:
1.
İşığın sürəti n dəfə azalır:
𝜐 =
𝑐
𝑛
.
2.
İşığın dalğa uzunluğu n dəfə azalır:
𝜆 =
𝜆
0
𝑛
.
3.
İşıq dalğasının tezliyi və periodu dəyişmir.
Sındırma əmsalı n olan mühitdən vakuuma keçdikdə isə işığın sürəti və dalğa uzunluğu dəyişmir.
Dalğaların interferensiyası
İki müxtəlif mənbədən bir nöqtəyə gələn dalğalar toplanır. Nəticədə mühitin bu nöqtədəki yekun
rəqsləri ya zəifləyir, ya da ki güclənir.
Dalğaların toplanması nəticəsində müşahidə olunan zamana görə yekun rəqslərin sabit qarşılıqlı
güclənməsi və zəifləməsi interferensiya adlanır.
İnterferensiya hadisəsi koherent dalğaların toplanması nəticəsində yaranır.
Koherent dalğalar – eyni tezliyə və sabit fazalar fərqinə malik olan dalğalardır.
Fazalar fərqindən asılı olaraq fəzanın verilmiş nöqtəsinə gələn iki dalğa bir birini ya gücləndirə
bilər, ya da ki zəiflədə və hətta bir birini tamamilə söndürə bilər.
Dalğaların toplanmasının nəticəsi həmin dalğaların necə üst-üstə düşməsindən asılıdır.
Dalğaların mənbələrini A və B nöqtələrində yerləşdirək. A və B nöqtəərində C nöqtəsinə qədər olan
məsafəni d
1
və d
2
ilə işarə edək. Onda Δd=d
1
–d
2
kəmiyyəti – A və B mənbələrindən gələn iki dalğanın
yollar fərqidir.
Əgər A və B mənbələrindən C nöqtəsinə dalğalar eyni fazada gəlirsə onda yekun rəqslərin
amplitudu artır. Bu halda birinci dalğanın qabarığı ikinci dalğanın qabarığı ilə üst-üstə düşür. Birinci dalğanın
kökıkliyi ikinci dalğanın kökəkliyi ilə üst-üstə düşür. Bu dalğalar, toplanaraq, fəzanın verilmiş nöqtəsində elə
bir dalğa yaradır ki, onun amplitudu birinci və ikinci dalğanın amplitudlarının cəminə bərabərdir:
A
yekun
=A
1
+A
2
.
Əgər birinci və ikinci dalğaların amplitudları eynidirsə A
1
=A
2
=A,
onda yekun rəqslərin amplitudu:
A
yekun
=2∙A.
Dostları ilə paylaş: |