«Çünki İsveç dilində «vent» kəlməsi
«külək» bildirir. Məlumdur ki, coğrafi adı bu sözdən törəyə bilən Van gö-
lünün də üzərində arabir güclü küləklər əsir». Elm bu cür məntiq qarşısında
yalnız başını aşağı sala bilər!
Məlumdur ki, erməni tarixçiləri öz paranoik ideyalarını gerçəkləşdirmək,
ermənilərin Cənubi Qafqaz regionunda məskunlaşmasını az qala Nuh peyğəmbərin
dövrü ilə bağlamaq üçün ən müxtəlif üsullara əl atırlar. Məsələn, Ermənistan Milli
Elmlər Akademiyasının Tarix İnstitutu Göyçə, Geğam, Dəvəboynu (indiki «Ux-
tasar») piktoqrafik rəsmlərini vaxt itirmədən erməniləşdirmək, onları «erməni
xalqının qədim maddi-mənəvi irs nümunəsi kimi» qələmə verib UNESCO-nun
siyahısına daxil etmək məqsədilə «ARARAT» adlı yeni ictimai təşkilat (Qayaüs-
tü Təsvirlərin Öyrənilməsi üzrə Erməni Birliyi) yaratmışdır. İnstitutun əməkdaşı
və bu birliyin sədri Karen Toxatyan bildirir:
«Ermənistan yaylasının qayaüs-
tü incəsənətinin ənənələri, semantikası və təkrarolunmazlığı bu ərazinin
qədim sivilizasiya mərkəzi olmasını və mədəniyyətlərin həmin mərkəzdən
ətrafa yayılmasını təsdiqləyir. Çoxsaylı arxeoloji, etnoqrafik, astronomik və
kulturoloji faktlar qədim dünyanın sivilizasiyalarının təşəkkülündə erməni
46
С.Айвазян. «История России. Армянский след». Москва, 1998.
Damğalar, rəmzlər… mənimsəmələr
- 226 -
mədəniyyətinin aparıcı rolunu göstərir».
47
Bu qurumla əməkdaşlıq edən alimlər,
məsələn, tarix elmləri doktoru, professor V.Vaqanyan sanballı ada malik «Qədim
ermənilərin digər xalqların – iranlıların, hindlilərin misirlilərin və Köhnə Avro-
panın sakinləri ilə dünyagörüşü mübadiləsi və mədəni əlaqələri» məqaləsində
Geğam qayaüstü rəsmlərinin birində mifik Haykın Babil hökmdarı Bel üzərində
qələbəsinin təsvir olunduğunu iddia edir. Halbuki, qaya üzərində iki insanın - qa-
dın və kişinin rəqsi həkk olunmuş bu təsvir adı bəlli, soyu naməlum Haykın öz
tayfasının Babilistan ərazisindən Ağrı dağı ətəklərinə gətirməsindən ən azı 2500
il əvvəl çəkilmişdir. Əlbəttə, belə «xırda xronoloji detal» məhdud erməni fanta-
ziyası üçün ciddi maneə ola bilməzdi! Ona görə «məhdud» deyirik ki, Vaqanyan
kimilər əllərinə düşmüş real şansı - həmin təsviri «dünyanın ilk erməniləri», yəni
Adəm və Həvva ilə bağlamaq imkanını əllərindən qaçırmışlar. V.Vaqanyan sonra
yazır:
«Döyüş səhnəsini canlandıran təsvirdə qəbilə başçısı (hökmdar) nəhəng
oxunu nəhəng yayına qoyaraq düşmən üzərinə atır. Yay çox böyük olduğu
üçün aşağı hissəsi ştativə (?) bərkidilmişdir. Bu qədim dövr üçün qeyri-adi
olan mühəndis yanaşması idi. Solda isə «müqəddəs kərtənkələnin» (Belin
rəmzinin
) təsvirini görürük».
48
Beləliklə, qəhrəman Hayk erməni dilində «lay-
naliç», yəni «göl kimi geniş» adlandırılan və təbii ki, dünyada analoqu olmayan
yayının bir ucunu «müqəddəs erməni torpağına» dayayaraq əzazil Beli nişan alır,
onu məhv edir və bununla da erməni xalqının özgə torpaqlarında xoşbəxt və fira-
van gələcəyinin təməlini qoyur.
Ardıcıllıqla: Geğam petroqliflərindəki rəqs edən insanların və ya
«ştativli yayı çəkən Haykın» təsviri: Pazırıq xalçasındakı yəhər təsvirində analoji rəmz. Bu
işarə qırğız xalçaçılığında «kosmüyiz» (qoşa buynuz) adlanır.
49
Başqırd xalq tətbiqi sənətində «kuçkar» ornamenti
50
47 «Мессиджи далеких предков», «Голос Армении», 6 ноябрь, 2011, No 127
48 В. Ваганян. «О мировоззренческих и культурных связях древних армян с предками иранцев
и индийцев, египтян и жителями Старой Европы (о рождении мотива борьбы Митры с быком)»,
http://grishashax.livejournal.com/31874.html
49 И.Раимбердиева. «Таинственный мир кыргызских узоров», http://www.akipress.org/comments/news
50 http://www.myshared.ru/slide/400487/#
Damğalar, rəmzlər… mənimsəmələr
- 227 -
İndi isə erməni salnaməçilərinə müraciət edək. Movses Xorenatsiyə (ya-
şadığı dövr də yaradıcılığı kimi müəmmalıdır: VI əsrdən IX əsrə kimi) görə,
igid Hayk zavallı erməni xalqının düşməni olan Belə üçyeləkli
(dəmrəsi/uclu-
ğu üçpərli olan)
ox atmışdır. Bu ox Babil hökmdarının çiynini deşib keçərək
yerə sancılmışdır. Yepiskop Sebeos (VII əsr) isə Movsesin bəsit fantaziyası
ilə razılaşmır və and içir ki,
«Bir ucu yerə bərkidilmiş nəhəng yaydan çı-
xan dəmrəsi ÜÇPƏRLI ox əvvəlcə Belin mis qalxanını, sonra DƏMİR
ZİREHİNİ, daha sonra isə bədənini də deşib keçmiş və xeyli aralıda
yerə düşmüşdür». Burada diqqəti qədim atıcı silahların təsnifatı baxımın-
dan bir neçə məqam cəlb edir. Əvvəla, İ.Dyakonov, M.Piatrovski, E.Tompson,
O.Maenxen-Gelfe, Y.Xudyakov kimi nüfuzlu alimlər arxeoloji materiallar və
qədim mətnlər əsasında müəyyən etmişlər ki, mifik Haykın yaya qoyub at-
dığı üçyeləkli və ya dəmrəsi üçpərli ox tarixən saka-skiflərə, samatlara və
kimerlərə məxsusdur, onlar tərəfindən regiona gətirilib və absurd «erməni ox-
çuluq sənəti» ilə heç bir əlaqəsi yoxdur. Bu isə erməni mətnlərinə inansaq,
«babilistanlı Heraklın» - Haykın qəhrəmanlığından nə az, nə də çox – düz
3.500 - 4 min il sonra baş vermişdir. Bundan başqa, «Kitabi-Dədə Qorqud»
dastanında «üçyeləkli» adlandırılan belə oxlar oğuz və qıpçaq tayfaları ara-
sında da geniş yayılmışdır. Digər tərəfdən, həmin dövrlərdə dəmir nadir və
qızıla bərabər tutulan metal olduğu üçün hətta hökmdarların zirehli geyimləri
mis və bürüncdən olurdu, ən yaxşı halda isə qızıl təbəqə ilə örtülürdü. Bunu
Yaxın Şərqdə, Ön Asiyada aparılmış arxeoloji qazıntıların nəticələri də təsdiq
edir. Üçüncü məqam isə «etnik erməni yayının» forma və ölçüləri, ox atışı
texnikası ilə əlaqədardır. Müasir erməni alimləri «laynaliçin» ölçülərini real-
lıqla bağlamaq üçün onu kiçildib-kiçildib hündürlüyünü 2 metr səviyyəsində
saxlamaqla kifayətlənmişdilər. Əvəzinə isə heç bir tarixi mənbəyə istinad
etmədən oxun ölçülərini artırmışdılar: «
Erməni oxları o dərəcədə böyük idi
ki, düşmən onları yerdən yığaraq nizə kimi istifadə edirdi».
51
Qədim si-
lahlar üzrə ixtisaslaşmış mütəxəssislər və tarixçilər bu iddia ilə razı deyillər.
Əvvəla, silahşünaslıqda «erməni yayı» və ya «erməni oxu» deyilən anlayış-
lar yoxdur. Dünya oxçuluq sənətində tarixən ən hündür yayların ölçüləri isə
belədir: Qərbdə - ingilis yayı (lonqbou) - 2 metr; Orta əsr alman piyada ox-
çusunun yayı – 2 metr; Yapon yayı (yumi) – 2 - 2,2 metr. Ən nəhayət, Vol-
qaboyu qıpçaq piyada oxçularının yayı - 1,8 metr. İlkin orta əsrlərə təsadüf
edən qıpçaq yayının dartım qüvvəsi zəif, cəmi 13-14 kiloqram (Azərbaycan
və Osmanlı yaylarında – 80 kiloqram), oxun uçuş məsafəsi isə 90 metr (ana-
51
В.Ваганян. «Каменная летопись цивилизации». Ереван, Нжар, 2006
Damğalar, rəmzlər… mənimsəmələr
- 228 -
loji olaraq, 350-800 metr) olduğu üçün geniş yayılmamış və hərb sənətindən
çıxarılmışdır. Bir «xırda» məsələni də vurğulayaq. Professor Vaqanyan pro-
to-ustadları M.Xorenatsi və yepiskop Sebiosun yazdıqlarından fərqli olaraq,
Haykın elmi-texniki tərəqqinin nailiyyətlərindən bəhrələnərək daha innova-
tiv yol seçməsini, «yayın ucunu üçayağa – ştativə» bərkitdiyini bildirmişdir.
Əgər «təkrarolunmaz erməni oxatma üsulu» budursa, onun geniş şərhə ehti-
yacı yoxdur. Tarix və qədim atıcılıq vasitələrindən, elementar fizika qanun-
larından məlumatsız olan, qaya üzərindəki ibtidai kişi təsvirini «yay+ştativ»
kimi yozmağa çalışan professor V.Vaqanyan bu iddiaları ilə nəinki Geğam qa-
yaüstü təsvirlərinin ermənisayağı semantikası, o cümlədən «erməni oxçuluq
sənəti» üzərindən qalın xətt çəkir. Çünki kirişin dartılması nəticəsində istər
yayın, istərsə də arbaletin qollarına fiziki enerjinin bərabər şəkildə toplanma-
sı və oxa ötürülməsi üçün ən vacib şərtlərdən biri həmin qolların tamamilə
sərbəst, maneəsiz və dayaqsız olmasıdır. Əks-təqdirdə, belə silahdan, xüsusilə
«erməni yayından» ox atmaq qeyri-mümkündür.
Ermənistan tarixşünaslığında saxtakarlığın paranoya həddinə çatdırıl-
masına dair başqa bir misal. Bir vaxtlar hətta Ayın görünməyən tərəfinin
və Mars səthinin ən qədim xəritələrinin Matenadaran kitabxanasında və
Eçmiədzin arxivlərində saxlanıldığını iddia edən akademik Suren Ayvazyanın
həmkarları tarixi Azərbaycan torpaqları – Göyçə və Zəngəzur ərazilərindəki
qayaüstü təsvirlərin mənimsənilməsi üçün bu gün dəbdə olan paleoəlaqələr
– yadplanetlilərlə qədim əlaqələr mövzusundan da bəhrələnməkdədirlər.
Belələri Göyçə, Geğam, Dəvəboynu piktoqrafik rəsmlərinin semantikasının
erməni mifləri çərçivəsində yozumunun mümkünsüzlüyünü nəzərə alaraq, on-
ları hətta uzaq keçmişdə ulduzlardan gəlmiş astronavtların elmi təsəvvürləri ilə
əlaqələndirməyə cəhdlər göstərirlər. Bu tipli «elmi məqalələrin birində bildiri-
lir:
«Geoloqlar Q.Vartanov və O.Azizbekov bir sıra qayaüstü təsvirlərdə
canlı materiya, həyatın yaranışı və dezoksiribonuklein turşusu (DNT)
haqqında məlumatlara rast gəlmişlər. Təsvirlərin isə yeddi min il yaşı
vardır. Əlbəttə, o dövrdə «Ararat yaylasının» sakinləri belə biliklərə ma-
lik ola bilməzdilər… Geğam dağlarının yamaclarında robotları xatırla-
dan qayaüstü təsvirlər vardır. Onların hətta skafandrları da dəqiq gö-
rünür. Digər təsvirdəki robotun sinəsində isə monitor vardır. Bir neçə il
bundan əvvəl erməni məktəbliləri Ararat dağının ətraflarında sinəsində
ekran olan robotları və kosmik gəmiləri görmüşlər».
52
Erməni alimlərinin
52
М.Троицына. «У инопланетян время разбрасывать камни», http://othereal.ru/u-inoplanetyan-vremya-
razbrasyvat-kamni/
Damğalar, rəmzlər… mənimsəmələr
- 229 -
paleoəlaqələrə misal olaraq göstərdikləri təsvirlərdən biri də Zəngəzurda, mü-
asir Ermənistan Respublikasında, ötən əsrin 80-ci illərinin sonlarınadək etnik
azərbaycanlıların tarixən məskunlaşdıqları Sisyan rayonunun Şəki kəndi ya-
xınlığındadır. Dəvəboynu (indiki «Uxtasar») dağındakı qayaüstü təsvirlər era-
dan əvvəl III-I minilliklərə aid edilir. Mütəxəssislər onların üslub tərzini Qo-
bustan, Gəmiqaya, Kəlbəcər, Urmiyə rəsmlərinin analoqu kimi dəyərləndirir
və bəzi semantik elementlərini Kerç ətrafındakı Küloba arxeoloji mədəniyyəti,
Qazaxıstan və Altay piktoqrafik rəsmləri ilə eyniləşdirirlər.
53
Həmin oxşarlıq,
xüsusilə qaya təsvirlərinin yaxınlığındakı Şəki kəndinin adının «saka» etnoni-
mi ilə bilavasitə bağlılığı, bu ərazinin Sünik vilayəti kimi Qafqaz Albaniyası
ərazisinə daxil olması, rəsmlərdə saka-türk mifik təsəvvürlərinin və yaşam
tərzlərinin inikası, arxeoloji qazıntılar zamanı tapılan etnik maddi-mədəniyyət
nümunələri, eləcə də üçyeləkli dəmrələr erməni tarixçilərini çətin vəziyyətə
salsa da, çıxış yolu tapmaq üçün yenə də yadplanetlilərə üz tutmuşlar. Yeri
gəlmişkən, qədim və orta əsr mənbələrində ermənilərin dəvəçiliklə məşğul
olması haqqında məlumata rast gəlməzsiniz. Odur ki, ötən əsrin sonların-
da Dəvəboynu dağının adının kalka şəklində «Uxtasar» (ermənicə: «Dəvə
dağı») şəklində dəyişdirilməsi erməni məntiqsizliyinin və xəstə təfəkkürünün
növbəti nümunəsidir.
Dəvəboynu təsvirlərindən birinə diqqət yetirək. Ortaq türk rəmzləri və
damğaları kontekstində
işarələri ayrı-ayrılıqda Tanrı (Tenqri)-
Günəş vəhdətini təcəssüm etdirsə də, qaya üzərində bu semantikanın deyil, adi
təsərrüfat vasitəsinin – boyunduruqlu öküz arabasının təsvirini görürük. Əski
mifik təsəvvürlərdəki Tenqri, Ana və Günəş obrazları isə araba təsvirindən
aşağıdakı rəmz/damğa işarələri ilə
göstərilmişdir. Saka-skiflərdə və
qədim türklərdə müqəddəs varlıq, totem sayılan təkə (koçkar, kaçkar, qoçqar,
qoşqar və s.) erməni miflərində yeri olmayan varlıqdır.
1961-ci ildə Azərbaycan alimi Məşədixanım Nemət Qərbi Azərbaycanda
- Zəngəzurun Qarakilsə (indiki «Sisyan») rayonunun Urud kəndində apar-
dığı araşdırmalar zamanı burada orta əsrlərə aid edilən sənduqə tipli və
qoç heykəlli türk məzar daşları üzərində damğa işarələri, totem təsvirləri
ilə yanaşı, «min evladi ağvan» (alban övladı, alban nəslindən) sözlərini də
aşkar etmişdir. Tədqiqatçı Vəfa Quliyeva həmin yazını şərh edərək bildi-
rir:
«İndiyə kimi elmi ədəbiyyatda belə bir fikir hökm sürürdü ki, guya
islam dini buraya nüfuz edildikdə dini etiqad baxımından xristian olan
alban tayfaları gürcüləşmiş və ya erməniləşmişdilər. Urud abidələri
53
М. Urud. «Zəngəzur». Bakı, 2005
Damğalar, rəmzlər… mənimsəmələr
- 230 -
isə albanların hələ islamdan öncə türk etnomədəni məkanına daxil
olmasını əyani şəkildə göstərir. Bu nadir tapıntı erməni tarixşünaslı-
ğında formalaşan və türk elementinin Qafqaza gəlmə oldugunu iddia
edən konsepsiyasını alt-üst edir və azərbaycanlıların (etnik türklərin –
A.Q.)
Qafqazın avtoxton əhalisi olduğunu sübuta yetirirdi. Ermənilər
buna cavab olaraq həmin nekropolu məhv etmiş, 1988-ci ildə bütün
azərbaycanlıları bu ərazilərdən didərgin salmış, dağıda bilmədiklərini
isə erməniləşdirmişlər».
54
Ardıcıllıqla: Zəngəzurda, Dəvəboynu dağındakı bu təsviri erməni tarixçiləri qədim
«ulduz müharibələri» ilə əlaqələndirirlər; Qobustandakı Yazılıdaş ərazisindəki 55-ci daş
üzərində araba rəsmi;
55
Qazaxıstanın Eşkiölmes dağ silsiləsində saka-skiflərin at arabası
təsviri (e.ə.VII–VI əsrlər);
56
3.Saymalıtaş Qırğızıstan) - eramızdan əvvəl III minilliyə və II
minilliyin əvvəllərinə aid edilən araba rəsmi.
57
Bütün bunlara baxmayaraq, erməni həmkarı akademik Suren Ayvazya-
nın «elmi axtarışlarından» bəhrələnən ukraynalı Anatoli İvanov «Qədim
əcdadların mesajları» məqaləsində yuxarıda göstərilən Dəvəboynu qa-
yaüstü təsvirini «qədim ermənilərin bəşər tarixində kosmosdan gəlmiş
yadplanetlilərlə ilk əlaqə qurmasının qrafik təcəssümü» kimi dəyərləndirir.
O yazır:
«Ermənistan qədim dövrlərdə «Nemizida» adlanan qoşa ul-
duz sistemindən uçub gələn astronavtların Yer üzündə yaratdıqları
ən qədim sivilizasiyanın bizə gəlib çatan bir parçasıdır. Ermənistanın
müxtəlif guşələrində aşkar olunmuş on minlərlə qayaüstü təsvir ulduz-
lararası səfərlər edən astronavtların planetimizə enmələrinin sübutları-
dır. Qədim rəssamlar - ermənilərin əcdadları qayalar üzərində çəkilmiş
bu təsvirlərlə həmin ulduz sistemlərinin, qalaktikaların funksiyaları,
orada gedən fiziki proseslərlə bağla elmi informasiyanı gələcək nəsillərə
54
V.Quliyeva. «Azərbaycan memarliğinin şah əsərlərinin durumu», Uluslararası Türkçe Edebiyat Kültür
Eğitim Dergisi Sayı: 1/4 2012.
55
И.Джафарзаде. «Гобустан. Наскальные изображения». Баку, 1973.
56
http://www.uralrockart.ru/p1_gl4_1.html#
57
А.Мартынов. «Археология» // Искусство бронзового века Евразии, М., 2013.
Damğalar, rəmzlər… mənimsəmələr
- 231 -
çatdırmağa çalışmışlar. Onların bu proseslər haqqında məlumatları
müasir elmin bilgilərindən qat-qat çox idi» . Sonra A.İvanov Hollivudun
məşhur «Ulduz müharibələri» üslubunda Dəvəboynu təsvirinə belə drama-
tik şərh verir: «
Burada (araba təsviri nəzərdə tutulur - A.Q.) qədim rəssam
Nemezida qoşa ulduz sistemini həkk etmişdir. Ulduzların arasından
start götürən kosmik gəmi Günəş sisteminə doğru səmt götürmüşdür.
Qoşa ulduzların qarşılıqlı fiziki əlaqələrini qədim rəssamlar həmişə
düz xətlə (şəkildə: araba oxu və qolu) təsvir etmişlər. Bundan başqa,
Ermənistanın qədim sakinləri kosmik gəmiləri, adətən, oval şəklində
təsvir etmişlər (şəkildə: boyundurq və ya xamut). Gəmi ulduzların cazibə
qüvvəsindən uzaqlaşmaq üçün böyük enerji sərf edir. Qayaüstü rəsmdə
Günəş çoxqollu rəmz, Yer planeti isə xaç kimi göstərilmişdir. Günəş sis-
teminin yanındakı keçilər isə xaçın həqiqətən də Yer planeti olduğunu
təsdiqləmək üçün çəkilmişdir».
58
Ermənilərin abidələr vasitəsilə əcdad axtarışını daha bir sensasiyalı «faktla»
zənginləşdirmək istərdik. Ötən əsrin ortalarında erməni antropoloqu Andro-
nik Caqayan Qərbi Azərbaycan – indiki Ermənistan Respublikası ərazisindəki
köhnə məzarlıqda guya yaşı iki min ilə çatan insan kəlləsi aşkar etmişdir. İx-
tisasca plastik cərrahlıq üzrə mütəxəssis olan A.Caqayan kəlləni «armenoid»
tipi adlandırdıqdan sonra doktor Frankenşteyn məharəti ilə «ermənilərin ulu
əcdadının» xarici görkəmini bərpa etməyə çalışmışdır. Alınan portret dünya
anropoloqlarının gülüşünə səbəb olmuşdur. Bərpaçı bütün istəyinə baxmaya-
raq, sanballı erməni burnunu qıpçaq türkünün almacıqlı sifətinə qətiyyən uy-
ğunlaşdıra bilməmişdir.
59
Aşağıda erməni saxtakarlığının daha bir klassik nümunəsini təqdim edirik.
Van gölündəki Ağtomar adasındakı məbəd üzərindəki bir barelyef (1) haq-
qında erməni tarixçiləri bilərəkdən susmağı üstün tuturlar. Onun təsvirlərinə
«qədim erməni memarlığına» dair kitablarda da rast gəlməzsiniz. Əslən
istanbullu olan tarixçi Sirapi Ter-Nersesyan «Ermənistan, məişəti, dini,
mədəniyyəti» adlı əsərində barelyefdəki atlı döyüşçü təsvirinin ünvanını
göstərmədən onu
«XIV əsrdə yaşamış erməni əmiri II Asanın» (Həsənin -
A.Q.)
barelyefi» olduğunu iddia edir.
60
Burada istənilən oxucunun diqqətini
çəkən məqam müəllifdə «vicdan hissinin» oyanması, «Ermənistanın əmiri»
ifadəsini işlətməkdən çəkinməsidir.
58
А.Иванов. «Армения – наследница древних цивилизаций», http://voskanapat.info/?p=4293
59
А.Гурбанов. «Сказки армянских мудрецов». Баку, 2005.
60
С.Тер-Нерсесян. «Армения, быт, религия, культура». М., Центрополиграф, 2008 .
Damğalar, rəmzlər… mənimsəmələr
- 232 -
1.
2.
Ağtomar məbədinədə «erməni əmiri II Asanın» təsviri (Foto İ.Heydərlinindir). Orijinalı
(1) və Yerevan tarixçilərinin qəsdən təhrif etdikləri variant (2).
Həmin kitabdakı qrafik şəkildə isə (2) orijinal təsvirə ciddi və kobud
düzəlişlər edilmiş, qıpçaq döyüşçüsünün qıyıq gözləri, almacıq sümükləri,
yəhərin quşqunundan (atın quyruğunun altından keçən qayış) asılan aypa-
ra ornamenti, uzunboğaz çəkmələri, kiriş çəkən barmaqlarının vəziyyəti, ən
nəhayət, qədim türk savaş sənətində şəhidlik rəmzi sayılan düyünlənmiş at
quyruğu (qədim türk hərb ənənələrində ölümə hazır olan döyüşçünün rəmzi,
buna «atı çərlətmək» deyirdilər) tamamilə silinmişdir. Bundan başqa, at quy-
ruğu ilə bəzədilmiş tuğulğası (dəbilqəsi) Avropa tacı, üstü metal lövhəli zireh-
li sırıqlısı rahib çuxası ilə əvəz olunmuş, kompozit saka-hun yayı isə Avropa
tipli kamana dəyişdirilmişdir. Bununla belə, hətta S.Ter-Nersesyanın saxtalaş-
dırdığı təsvirin əsas elementləri - qədim silahlar üzrə ekspertlərin «türk qay-
dası» adlandırdıqları yayçəkmə tərzi (kirişi baş barmaqla dartmaq), xüsusilə
mütəxəssislər arasında «skif metodu», «türk oxçuluq qaydası» kimi tanınan
arxaya ox atma üsulu («Koroğlu» dastanında - «qıyqacı») Ağtomar məbədi
qurucularının «erməni mənşəyi» barədə mifi şübhə altına alır. Maraqlıdır ki,
ermənilərin bu cür sərsəm fikirləri avrosentrizm tərəfdarları üçün keçərlidir.
Beləliklə, türk xalqlarının bu ərazilərdə tarixən yaşamış əcdadları ilə ge-
netik rabitəsi məqsədli şəkildə kəsilir, sahibsiz qalan zəngin maddi-mədəni
irsin iddialılar tərəfindən mənimsənilməsinə başlanılır. Lakin arxeoloq və et-
noloqlara tədqiqat istiqamətlərini və metodologiyaları təkidlə diqtə edən av-
rosentrizm nəzəriyyəsinin, Hind-Avropa xalqlarının «mədəni üstünlüyü» kon-
sepsiyasının bütün imkanlarına baxmayaraq, onun da həssas cəhətləri vardır.
Onların ən başlıcası maddi-mədəni irsin mənimsənilməsi səylərinin obyek-
Damğalar, rəmzlər… mənimsəmələr
- 233 -
tiv və hamı tərəfindən qəbul edilən elmi bazaya söykənməməsidir. Belə olan
təqdirdə, arxeoloji və etnoqrafik materiallar arasında yer alan etnik rəmz və
damğa işarələri daha güclü toxunulmazlıq immunitetinə, kompilyasiyaya qarşı
ciddi müqavimətə malikdirlər. Və bu işarələri özünküləşdirmədən bütöv etnik
mədəniyyət qatını, onun daşıyıcılarının etnomədəni xüsusiyyətlərini, inanc-
larını, adət və ənənələrini mənimsəmək mümkün deyildir. Belə olan təqdirdə
iddiaçıların çıxış yolu ya həmin sübutları gizlətmək, ya da məhv etməkdir.
Ardıcıllıqla: Ərzincanın (Türkiyə) Kamaliyyə bölgəsi Dilli vadisindəki qayaüstü təsvirdə
geriyə ox atan döyüşçü.
61
Kimer oxçusu (antik qab üzərində təsvir); Qədim türk döyüşçüsü
(Sülek, Altay); Xakasiyanın Konen kəndində tapılmış Saka oxçusunun metal təsviri;
62
Avar im-
periyasının bayrağı; Çin rəsmində Göytürk atlı oxçusu; Avropa qravyürasında hun oxçusu;
63
Qıyqacı ox atan səfəvi oxçusu «hilal» tipli yay ilə (XVII əsr miniatürlərindən fraqmentlər).
Yuxarıdakı təsvirləri Ağtomar barelyefi ilə müqayisə edin. Ortaq türk hərb
sənətinin ayrı-ayrı dövrlərini əhatə edən rəsmlərlə «erməni əmiri II Asanın»
61
Osman Mert. «Kemaliye’de eski türk izleri: Dilli vadisindeki petroglif ve damgalar», A.Ü. Türkiyat
AraştırmalarıEnstitüsü Dergisi Sayı 34 Erzurum, 2007.
62
Т. Гриц. «Меткие стрелки», Москва, 1956.
63
А. Баяр. «Тайная история татар», http://kitap.net.ru/bayar4.php
|