Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/35
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15627
  1   2   3   4   5   6   7   8   9   ...   35

Damğalar, rəmzlər... 
mənimsəmələr
Araz Qurbanov
AZƏRBAYCAN  RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ
BAKI -2013

Baş məsləhətçi və redaktor:
Ramiz Əskər,  filologiya elmləri doktoru, professor
Məsləhətçilər:
Tahirə Allahyarova, fəlsəfə elmləri doktoru
Məsiağa Məhəmmədifilologiya üzrə fəlsəfə doktoru
Elmi redaktor:
Aqşin Məmmədov,  filologiya üzrə fəlsəfə doktoru
Dizaynerlər:
İntiqam Məhəmmədli
Azər Məhəmmədli
Tiraj: 500
Sifariş: 086
©  Strateji Araşdırmalar Mərkəzi, 2013
Strateji Araşdırmalar Mərkəzi,
Azərbaycan, Bakı şəhəri, AZ 1005, M. İbrahimov küçəsi 8 
Tel.: (+99412) 596 82 36
Faks: (+99412) 437 34 58 
E-poçt: info@sam.gov.az 
Veb ünvan: www.sam.az

- 3 -
Ramiz Əskər
Ön sözü. Mövzuya öz damğasini vuran  kitab  .............................................5
Giriş əvəzi  ...........................................................................................................9
I hissə. Damğa - etnik alın yazısı  ...................................................................13
 
«Damğa» sözünün etimoloji izahı  ...........................................................22
 
Damğa tarixi yaddaşın daşıyıcısı kimi......................................................25
II hissə. Bəzi populyar türk damğa və rəmzlərinin semantikası  ...........115
 
Xan damğası, eltəbər, baltavar ................................................................115
 
Toğrul,quşlu damğa,ikibaşlı qartal ..........................................................132
 
Ay-ulduz, Günəş-Аy ................................................................................141
 
And damğası  ...........................................................................................152
 
Bitik (pitik), tumar, nəzərlik, tilsim ........................................................159
 
Qaba ağac, töz ağac, baytərək, baytörə  .................................................164
 
Gün rəmzi, qizil alma… ..........................................................................169
 
Abak, ama, ana  .......................................................................................172
 
Alban (atban) ...........................................................................................178
 
Yay-ox damğası  ......................................................................................184
 
Oğuzların qayı boyunun damğası  ..........................................................192
 
Buta (puta) ...............................................................................................195
III hissə. Damğa işarələri. Etnogenez, təhriflər və mənimsəmələr  ........204
 
Erməni saxtakarlığı. Abidələr, xalçalar, qayaüstü təsvirlər və rəmzlər ........222
 
Qərbi Azərbaycan qayaüstü təsvirlərindəki işarələrin etnik mənşəyi  ......264
 
Qafqaz Albaniyası işarələri. Dominant etnomədəniyyətin izləri  .........276
 
Dərbəndin «naməlum» olan məlum işarələri .........................................289
Nəticə əvəzi  .....................................................................................................311
İstifadə olunmuş ədəbiyyat  ..........................................................................314
Kitabın içindəkilər

Damğalar, rəmzlər… mənimsəmələr
- 4 -

Damğalar, rəmzlər… mənimsəmələr
- 5 -
Ön sözü
Mövzuya öz damğasını vuran  kitab
Əlinizdəki bu kitab çox ağır, çətin və mürəkkəb bir mövzuya – damğa-
lara  həsr olunmuşdur. Petroqlif, piktoqram, rəmz, heraldika, nəhayət, yazı 
kimi  damğa  da  bəşər  mədəniyyəti  tarixində  çox  mühüm  yer  tutur. Təəssüf 
ki, türk, eləcə də Azərbaycan damğaları sistemli şəkildə araşdırılmamış, elmi 
dövriyyəyə yetərincə daxil edilməmiş, bizlərə məxsus olan bir çox tarixi dəyər 
kimi yağmalanmış, başqa mədəniyyətlərə və millətlərə peşkəş edilmişdir. Bu 
mənada  Araz  Qurbanovun  oxuculara  təqdim  olunan  «Damğalar,  rəmzlər...  
mənimsəmələr» adlı kitabı son dərəcə aktual və dəyərli tədqiqatdır.
Damğalar xüsusi mülkiyyətin meydana çıxması ilə yaşıd olsa da, bəzi eh-
timallara əsasən, daha çox atın türk etnosu tərəfindən əhliləşdirilməsi ilə bağ-
lıdır. Çünki at digər heyvanlara nəzərən ən sürətli nəqliyyat və savaş vasitəsi, 
dolayısı ilə ən qiymətli və baha əmtəə idi. Hələ hun çağında türklər qonşu 
Çinə çoxlu sayda at ixrac edirdilər. Bu atlar rənginə, növünə, cinsinə və digər 
zahiri  əlamətlərinə  görə  (qaşqa,  çəkil  və  s.)  təsnif  olunur  və  çeşidlənirdi. 
Bəzən bir-birinə oxşar  kəhərləri və ya qaşqaları ayrı-ayrı istehsalçılara görə 
fərqləndirmək  ehtiyacı  yaranırdı.  Təbii  ki,  bunu  kağız  üzərində  aparmaq 
təcrübi baxımdan doğru deyildi, çünki ilxıda atlar bir-birinə qarışdıqda onları 
ayırd etmək qeyri-mümkün idi. Ona görə də atların kimə, hansı ailəyə, boya, 
soya mənsub olduğunu dərhal və səhvsiz anlamaq üçün damğalardan istifadə 
edilirdi. Müəyyən yaşdan sonra atın sağrısına (buduna) qızmar dəmirlə heç 
vaxt silinməyəcək şəkildə xüsusi damğa vurulurdu. 
Daha  sonra  bu,  başqa  sahələrdə  bir  qədər  fərqli  məqsəd  və  metodlar-
la  (bayraq  və  sancaqlar  üzərində,  silahlarda,  sənətdə,  xüsusilə  xalçaçı-
lıqda,  bəzək  əşyaları,  zərgərlik,  gil  və  çini  qab-qacaq  istehsalında,  yasaq 
ərazilərin  sərhədlərinin  göstərilməsində  və  s.)  tətbiq  olunmağa  başlandı, 
gömrük,  möhür,  imza,  siqnatura,  müəlliflik  funksiyaları  qazandı.  Maraqlı 
cəhət budur ki, türkcə  «damğa» sözü bir çox dillərə (rus, ərəb, fars, monqol 
və  s.)  keçmiş,  rusca  «tamqa»,  «tamojnya»,  «tabun»  sözləri  də  buradan  ya-
ranmışdır. Əski türkcədəki «tamqaçı» (damğaçı) sözü ilə dövlətin ən yüksək 

Damğalar, rəmzlər… mənimsəmələr
- 6 -
məmuriyyətlərindən  biri  olan  «möhürdar»,  indiki 
mənası ilə «dövlət katibi» vəzifəsi ifadə edilmişdir.
Tarixin  müəyyən  çağında  damğalar  artıq  yazı 
sistemlərinə  nüfuz  edir.  Misal  üçün,  bunu  Orxon 
əlifbasında da görmək mümkündür. Bu əlifbadakı 
38 işarə-hərfdən 14-nün damğalardan ibarət olduğu 
dərhal sezilir. Yan tərəfdəki 6 işarə isə damğaları 
ən parlaq şəkildə ifadə edir. Rəsmdəki əl işarəsinin 
l, ya ya bənzəyən işa rənin y, oxu andıran işa rənin x
itə bənzəyən işa rənin 
t, ev (çadır) işarəsinin b  («b» 
son ralar bir çox sözlərdə «v»-yə çev  rilmişdir), ata 
oxşayan işarənin isə 
t hərfini ifadə etdiyini gö  rü-
rük.  Bunun  başqa  örnəkləri  də  vardır. Araz  Qurbanov  öz  kitabında  onların 
20-sini damğa rəmzi kimi izah etmişdir. 
                Kiçik  ön  sözdə  əlifbaya  xeyli  yer  verməyimiz  səbəbsiz  deyil. 
Ermənilər bir çox platformalarda özlərini orijinal əlifba sahibi, mədəni millət 
kimi qələmə verir, bizi isə əlifbasız xalqlar cərgəsinə aid edirlər. Halbuki fini-
kiya-aramey mənşəli erməni əlifbasından fərqli olaraq bizim runik əlifba daha 
milli, daha orijinal və qat-qat qədimdir. 
Araz Qurbanov  kitabının «Damğa – etnik alın yazısı» adlanan I hissəsində 
damğaları  etnik  mənsubiyyət  göstəricisi,  dominant  etnomədəniyyətin 
təzahürü,  dominant-vassal  münasibətlərinin  əlaməti,  ərazi  mənsubiy yətinin 
qrafik əlaməti kimi geniş təhlil etmiş, Azərbaycan xalçalarında işlənmiş dam-
ğaları, qədim və orta əsrlərdə mövcud olmuş türk dövlətlərinin bayraqların-
dakı damğaları, finikiya və türk runik əlifbasındakı işarələri müqayisə etmiş, 
ortaq damğalara görə türk xalqlarının yaşadığı arealı göstərmiş, əhəməni və 
sasani  tayfa  rəmzləri  arasındakı  etnik  türk  damğalarını  müəyyənləşdirmiş, 
oğuz boyları və damğalarını ayrıca araşdırmış, «damğa» sözünün etimoloji 
izahını vermişdir. 
Kitabın II hissəsi «Bəzi populyar türk damğa və rəmzlərinin semantika-
sı»  adlanır.  Müəllif  burada  xan  damğası,  ikibaşlı  qartal/quşlu  damğa,  daha 
doğrusu,  onqon  quşlar,  ay-ulduz  rəmzləri,  andiçmə  rəmzləri,  bitik,  tumar, 
nəzərlik, tilsim ilə bağlı rəmzlər, totem sayılan qaba ağac, töz ağac, baytərək, 
baytörə rəmzləri, Gün rəmzi, qızıl alma, abak, ama, ana ilə əlaqədar rəmzlər, 
yay-ox,  buta  rəmzlərinin  semantikasını  açmışdır.  Bu  fəsil  faktiki  material-

Damğalar, rəmzlər… mənimsəmələr
- 7 -
larla həddən artıq yüklüdür, burada onlarca, yüzlərcə damğa, rəmz və işarə 
təhlilə cəlb edilmiş, onların mənası dolğun şəkildə izah olunmuşdur. Kitabın 
III hissəsi «Damğa işarələri. Etnogenez, təhriflər və mənimsəmələr» adlanır. 
Bu, kitabın ən maraqlı qismidir. Müəllif əvvəlcə Qobustan, Gəmiqaya, Man-
na, Midiya rəmzləri ilə türk damğalarını müqayisə edir, 9-15 rəmzlə damğanın 
üst-üstə düşdüyünü göstərir. Pazırıq işarələri ilə türk damğaları arasında 19 
dəfə eynilik müşahidə edən A.Qurbanov Azərbaycanda rəmz və damğaların 
heç bir dəyişikliyə uğramadan tarix boyu davam etdiyini, bunların uzaq Altay 
bölgəsində yerləşən Pazırıq kurqanı ilə də eyniyyət göstərdiyini yazır.
Tədqiqatın  «Erməni  saxtakarlığı. Abidələr,  xalçalar,  qayaüstü  təsvirlər  və 
rəmzlər» bölməsində ermənilərin müəmma dolu saxta tarixi, mifik «erməni yayı 
və oxu», Haykın «atıcılıq» məharəti, Ağtomar kilsəsindəki barelyefdə təsvir olu-
nan qıpçaq döyüşçüsünün ermənilər tərəfindən «xristian kral» şəklinə salınması, 
ermənilərə «məxsus» olan qayaüstü təsvirlərin başqa planetlərdən gələn varlıq-
lar haqqında çox qiymətli məlumat daşıması və ağlasığmaz başqa cəfəngiyyatlar 
sadalanır  və  ifşa  olunur.  Bədnam  qonşular  Azərbaycan  xalça  məktəblərinin 
nümunələrini,  rəmzlərini,  ornamentlərini  -  bir  sözlə,  bütün  elementlərini 
mənimsəməyə can atmış, dünya elmi ictimaiyyətini aldatmaq məqsədilə kitab-
lar yazmış və ya yazdırmış, ingiliscə xalça demək olan «karpet» sözünü Qərbdə 
xalça mağazası açmış erməni taciri Karapetin adı ilə bağlamaq dərəcəsinə qədər 
saxtakarlığa əl atmışlar. Kitabda daha sonra erməni sənətşünaslarının uydurma-
ları, erməni xalçası kimi qələmə verilən sənət nümunələrində Azərbaycan xalça 
məktəblərinə məxsus damğalara, habelə başqa türk xalqlarına aid damğalara 
gen-bol rast gəlinməsi fakları bir-bir göstərilir. 
A.Qurbanov  Qərbi  Azərbaycan  qayaüstü  təsvirlərindəki  işarələrin  et-
nik  mənşəyinə  haqlı  olaraq  xüsusi  bölmə  həsr  etmişdir.  İş  burasındadır  ki, 
ermənilər  çox-çox  sonralar  gəlib  yerləşdikləri  bu  coğrafiyada  bizə  məxsus 
nə varsa hamısına qeyd-şərtsiz sahib çıxaraq həyasızcasına mənimsəmişlər. 
Bunların arasında qayaüstü təsvirlər xüsusi yet tutur. Ermənilər bu təsvirlərin 
yozumunu da özlərinə xas olan formada - bəzən gülməli, bəzən də fantas-
tik  şəkildə  göstərirlər.  Müəllif    bu  bölmədə  Qərbi Azərbaycan  işarələrinin 
Mərkəzi  və  Ön Asiya, Avropadakı  türk    damğaları  və  göytürk  əlifbası  ilə 
müqayisəsini vermiş, erməni iddialarının əsassız  olduğunu sübuta yetirmiş-
dir. A.Qurbanov Qafqaz Albaniyasının tarixini, mirasını, eləcə də damğa və 
işarələrini mənimsəmiş ermənilərin bütün əməllərini elmi məntiq və sübut-

Damğalar, rəmzlər… mənimsəmələr
- 8 -
larla  ifşa  etmişdir.  Tədqiqatçı  Dərbəndin  qala  divarları  üzərindəki  işarələri 
mənimsəməyə cəhd edən erməni alimlərinin qeyri-elmi tezislərini alt-üst et-
miş, Dərbəndə aid 98 işarənin ortaq türk damğaları ilə, qıpçaq və oğuz sim-
volları ilə, göytürk və uyğur əlifbalarındakı işarələrlə qarşılıqlı müqayisəsini 
aparmışdır.
Araz  Qurbanovun  «Damğalar,  rəmzlər...    mənimsəmələr»  adlı  kitabı  bu 
sahədəki çox mühüm boşluğu dolduran, saxtakarlara tutarlı cavab verən, türk 
və Azərbaycan  damğa və rəmzlərilə bağlı bir çox məsələləri ilk dəfə elmi 
dövriyyəyə daxil edən, bəzi qaranlıq məqamlara aydınlıq gətirən - bir sözlə, 
mövzuya öz damğasını vuran tədqiqatdır. Hazırda müəllifin geniş həcmli «Or-
taq türk  rəmzləri və damğaları» kitabı nəşrə hazırlanır. Müəllifə bu çətin işdə 
uğurlar arzulayırıq.
Ramiz Əskər, 
professor

Damğalar, rəmzlər… mənimsəmələr
- 9 -
Giriş əvəzi
«Dünlə bərabər getdi cancağımız,
İndi yeni sözlər söyləmək lazım.                                                                                                  
qədər söz varsa dünənə aid
Onları yenidən söyləmək lazım».
Mövlanə Camaləddin Rumi
Bu kitab xalqımızın mədəni irs nümunələrindən, kollektiv yaddaşımızın 
unudulan  elementlərindən  olan  rəmz  və  damğa  işarələri  barədə  «tarix  yaz-
maq» iddiasından deyil, etnomədəniyyət, etnopsixologiya və etnik mifoloji 
təsəvvürlərlə sıx bağlı olan həmin nişanların mənşə və semantikasını, onla-
rın  tətbiqi  xüsusiyyətlərini  öyrənmək  və  başqalarına  çatdırmaq  istəyindən 
yaranmışdır. Çünki haradan nə ilə gəldiyini unudan, haraya və hansı yüklə 
gedəcəyini də bilməyəcəkdir. Xalqa haradan gəldiyini xatırlatmaq tarixçilərin, 
haraya gedəcəyini müəyyən etmək isə siyasətçilərin işidir. Gizlinlər isə uzaq-
da, «qırx qapı arxasında» deyil, ətrafımızda, məişətimizdə, hələ də yaşanan 
adət-ənələrimizdə - bir sözlə, özümüzdədir. Bu çətin işdə çəkindiyimiz var-
dısa, o da gerçəklikləri bilmədən təhrif etmək xofu idi. Odur ki, səhvlərimizi 
qabaqcadan görüb qarşısını alanlara, bu kitabın ərsəyə gəlməsində yardımçı 
olanlara dərin minnətdarlığımızı bildiririk.  
«Kökün kim!». Böyük mütəfəkkir Mahmud Kaşğarinin (1008-1105) «Diva-
ni lüğət-it-Türk» əsərində yer almış müdrik atalar sözləri arasında gizlənən bu 
xatırlatma dahi türk aliminin gələcək nəsillərə ünvanladığı əbədi vəsiyyətidir. 
Yer üzündə «böyük» və ya «kiçik» xalq, «üstün millət», «ali irq» və ya «seçil-
miş» etnos olmasa da, onların hər birini digərlərindən fərqləndirən etnomədəni 
xüsusiyyətləri, dili, təkrarolunmaz maddi-mənəvi irsi vardır. Xalqlar həm də 
onları öz keçmişləri, bu günü və gələcəkləri arasında rabitə quran mifik Diri-
lik Ağacının (Qaba Ağac, Baytərək) qol-budaqlarının əcdad-köklərə bağlılığı 
ilə  də  seçilirlər.  Bu  kökdən  ayrılanlar,  onlara  miras  qoyulan  irsə  yiyə  dura 
bilməyənlər isə mənbəyindən uzaq düşən çaya bənzəyirlər: axarı ilk vaxtlar nə 
qədər güclü olsa da, müvəqqətidir, yol qət etdikcə quruyacaq. Hələ eramızdan 
əvvəl böyük yunan mütəfəkkiri Platon «Dialoqlar» əsərində əcdadların qoyub-
getdiyi irsin müasirlər üçün vacibliyini belə ifadə edirdi: 
«Siz də, digər xalq-
lar da hər dəfə özünüzə əlifba yaratmağa, yeni həyata uyğunlaşmağa im-

Damğalar, rəmzlər… mənimsəmələr
- 10 -
kan tapan kimi sanki göy yarılır, oradan başınıza bədbəxtliklər, amansız 
xəstəliklər yağmağa başlayır. Və siz yenidən savadsızlara, nadanlara çev-
rilirsiniz. Beləliklə, keçmiş əyyamlarda ölkənizdə nələrin baş verdiyindən 
xəbərsiz körpələr kimi hər şeyə yenidən başlamalı olursunuz»
Keçmişə  biganəlik  total  unutqanlıq  yaradır.  O  da  həqiqətdir  ki,  bu  gün 
bir  çox  xalqların  üzləşdiyi  süni  etnomədəni  münaqişələrin,  ərazi  iddiaları-
nın mayası genetik vərdişə çevrilmiş unutqanlıqda, öz tarixinə biganəlikdə, 
onu qoruya bilməməkdədir. Görkəmli fransız maarifçisi Şarl Lüi Monteskyö 
1721-ci ildə qələmə aldığı «İran məktubları» romanında türk xalqları tarixi-
nin  gələcəkdə  üzləşəcəyi  təhrif  və  saxtakarlıqları  bəsirətlə  görərək  təəssüf 
hissi ilə bunları yazırdı: 
«Yer üzündə heç bir xalq nə fatehlik şöhrəti, nə 
də  əzəməti  ilə  onlarla  (Azərbaycan  türkləri  –  A.Q.)  yarışa  bilməz.  İra-
nın  həqiqi  hökmdarları  onlardır.  Kirin,  Kiştapsın  taxtında  qürurla 
əyləşənlər də onlardır… Bu fateh xalqın yalnız tarixçiləri çatışmayıb ki, 
şanlı qələbələrinin şöhrətini yazıb ətrafa yaysınlar… Bu cəngavər xalq öz 
məğlubedilməzliyinə o qədər inanıb ki, ötən qələbələrini əbədiləşdirmək 
qayğısına  qalmayıb».
1
  Fateh  babalarımızın  öz  tarixlərinə  biganəliyi  isə 
yüz  illər  sonra,  XIX-XX  əsrlərdə  acı  nəticələrini  verdi.  Tarixi Azərbaycan 
torpaqları parçalandı, kiçildi və bu ərazilərin əcdadlarımıza məxsus olması 
barədə sübutları başqa xalqların mənbələrindən arayıb-axtarmaqdan başqa bir 
çarəmiz qalmadı. Eramızdan əvvəl yaşamış Çin şairi Sıma Syan-Ju haqlı idi: 
«Öz  tarixini  bilməyən  və  bundan  nəticə  çıxarmayan  xalq  əcdadlarının 
çəkdiyi əzabları yenidən yaşamağa məhkumdur»... 
Təhlillər göstərir ki, bəzən əhəmiyyətsiz görünən, orta statistik istehlakçı 
təfəkküründə  sadə «naxış», «bəzək ünsürü» kimi qəbul edilən qədim dam-
ğa  işarələri  milli-mədəni  irsin  təhriflərə,  mənisəmə  səylərinə  ən  dayanıq-
lı olan elementləridir. Məsələn, iddialı tərəflər qədim Azərbaycan xalçasını 
özününküləşdirə,  «milli  mədəniyyətinin  nümunəsi»  kimi  təbliğ  edə  bilər. 
Lakin onların üzərindəki kodlaşdırılmış sakral təsvirləri, güclü etnik «immu-
niteti» ilə seçilən ortaq türk damğa işarələrini mənimsəmək isə mümkünsüz-
dür. Bu işarələr konkret ərazilərdə, məsələn, tarixi Azərbaycan torpaqlarında, 
Türkiyədə, Mərkəzi və Ön Asiyada, Krımda, Şərqi Avropada və s. ilkin tarixi-
etnomədəni mənzərənin bərpasında  unikal vasitə olmaqla yanaşı, türk xalq-
larının protovətəni, miqrasiya prosesləri, dini inancları, mifologiyası, adət və 
1 Ш.Л.Монтескье. “Персидские письма”. Москва, Издательство “ИОЛОС”, 1993.

Damğalar, rəmzlər… mənimsəmələr
- 11 -
ənənələri, hərb sənəti və hərbi-siyasi konfederasiyaları və s. haqqında qərəzsiz 
məlumat mənbəyidir. Məhz bu amillər bizi qədim türk damğaları ilə əlaqəli 
aşağıdakı suallara cavab axtarmağa sövq edir:
•  Əgər  Ön  Asiya,  xüsusilə  tarixi  Azərbaycan  və  Anadolu  ərazilərinə  ilk 
türk köçü həqiqətən də eramızın V əsrinə təsadüf edirsə, burada 2-5 min 
il əvvəllərə aid olunan və dünyada «türk damğaları» kimi tanınan qədim 
işarələrin müəllifləri kimlərdir?
•  Azərbaycan  ərazisindəki  Qobustan,  Gəmiqaya,  Göyçə  qayaüstü 
təsvirlərindəki işarələri, Manna, Midiya, sak-skif, bəzi sarmat, əhəməni və 
sasani rəmzlərini, Orxon-Yenisey əlifbasını əski türk damğa nişanları ilə 
hansı etnomədəni bağlar birləşdirir? Bu sual ətrafında araşdırmalar həqiqi 
türk köçünün «Şərqi Sibirdən Cənub-Qərbə» doğru deyil, məhz Ön Asi-
yadan istiqamətlənməsinə dair qənaətlərin təsdiqinə yardımçı ola bilərmi?
•  Əgər Avrosentrizm nəzəriyyəsi tərəfdarlarının iddia etdikləri kimi, həmin 
damğa işarələri qədim türk xalqlarına deyil, hind-avropalılara (slavyanla-
ra, hindlilərə, germanlara, skandinavlara)
 məxsusdursa, görəsən, nə üçün 
onların semantikası yalnız əski türklərin mifologiyası, yaşam tərzi, spesifik 
hərb sənəti və inancları
 (qam-şaman dini, tanrıçılıq) əsasında dəqiq izahını 
tapır? Digər iddialı xalqlar həmin damğa nişanlarının mənşə və mahiyyətini 
«unutduqları» halda, onların məhz ortaq türk ornamentləri, dövlət simvol-
ları sırasında bu günə kimi qorunub-saxlanılmasının səbəbi nədir?
•  Elmi  ədəbiyyatda  şərti  olaraq  «Qafqaz  Albaniyası»  adlandırılan  Alban 
dövlətinin rəmz və damğa nişanlarının türk mənşəli olması həmin dövrdə 
bu ərazidə hansı etnomədəniyyətin dominant rolunun göstəricisidir? 
•  Xristian dininin bir sıra rəmzlərinin İsa Məsihin mövludundan və xaçın 
kult obyekti kimi qəbul edilməsindən xeyli əvvəl qədim türk inancların-
da ilahi nişanlar, nəsil və tayfaların fərqləndirmə işarələrinin olması hansı 
etnomədəni və siyasi proseslərlə əlaqəlidir? 
Antik və Orta əsr tarixçilərin məlumatına  görə, qədim türk atlı döyüşçüləri 
savaş ərəfəsində bir-birini tanımaları və hərb meydanını Göydən seyr edən 
Tenqri xanın onları düşməndən fərqləndirməsi üçün alınlarına, baş geyimlərinə 
mənsub olduqları nəslin damğalarını və dini rəmzlərin təsvirlərini çəkərdilər. 
Əgər döyüşçünün qisməti şəhidlik olsaydı, onu Tenqri məkanına da həmin 
alın yazısı ilə yola salırdılar. Bəlkə də, bu gün «qəzavü-qədər» anlamını verən 
«alın yazısı» ifadəsinin ilkin semantikası bu ayin ilə əlaqəlidir. 

Damğalar, rəmzlər… mənimsəmələr
- 12 -
 Tarixdə təkcə ayrı-ayrı fərdlərin deyil, hər bir xalqın, millətin də öz mis-
siyası, öz tale yolu və alın yazısı vardır. Bu yol isə keçmişin öyrənilməsindən 
başlanır. Hüseyn Cavidin təbirincə desək, 
«Turana qılıncdan daha kəskin 
ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət»...
Yaşlıların  xatırlamasına  görə,  keçmişdə  Azərbaycanda  yad  qonaqdan 
«Kimlərdənsən?»  soruşanda  əvvəlcə  mənsub  olduğu  tayfanın,  sonra  isə 
nəslinin adını deməli idi. Daha uzaq əyyamlarda isə belə sorğu-suala da eh-
tiyac yox idi. Qərib adamın geyimi, silahı, yəhəri üzərindəki damğa işarələri 
onların sahibi haqqında ətraflı məlumat verirdi. Bu gün Azərbaycanda bir çox  
insan nəsil şəcərəsini, tayfasını, yeddi arxa dönəninin kimliyini qürurla xatır-
layır, onlarla fəxr edir. Yaddaşlardan silinən bir şey varsa, o da həmin kimliyi 
təsdiqləyə biləcək tarixi şəhadətnamələr – damğa işarələridir... 
Müəllif

Damğalar, rəmzlər… mənimsəmələr
- 13 -
- I HİSSƏ -
Damğa - etnik alın yazısı
Mən sizlərə oldum  xaqan,
Düşməsin əlimizdən nə yayımız, nə qalxan 
Damğamız olsun bizə yol göstərən bir nişan».
«Oğuz Xaqan» dastanından
Vaxt  «inanılmaz»  dediyimiz  sürətlə  keçir.  Zamanın  axarında  nəsillər 
bir-birini əvəz edir, əhatəmizdəki fetişlər ilkin mahiyyətlərini itirir, adiləşir, 
mənəvi  dəyərlər  təzələnir,  bütöv  sivilizasiyalar,  mədəniyyətlər  çökərək 
estafeti  yenilərə  ötürür.  Yaddaşlarda  isə  yalnız  keçmişin  kodlaşdırılmış 
işartıları – ötənlərin rəmz və işarələri, onların yozumları və bir də təhriflər 
qalır. Əlimizə aldığımız hər bir kitab da məzmunundan, müəllifin üslubundan, 
yazıldığı dildən asılı olmayaraq, rəmz və işarələrin toplumudur. İnsanlar təkcə 
sözlərlə deyil, yazı işarələri və təsvirlər vasitəsilə də öz fikirlərini ifadə edir, 
başqalarına çatdırır. Nitqimizdə və ya qələmə aldığımız mətnlərdəki sözlər də, 
rəqəmlər də ayrı-ayrılıqda müəyyən səslərin şərti işarələrlə rəmzləşdirilmiş 
formalarıdır. Səslərin, müxtəlif mənalı sözlərin işarələnmiş məntiqi ardıcıllığı 
isə bitmiş fikri – cümlələri, yazı mətnlərini – bir sözlə, müsahib və ya oxucu 
ilə ünsiyyəti yaradır. 
İnsanı bioloji varlıq kimi digər canlılardan fərqləndirən xüsusiyyətlərdən 
biri  onun  abstrakt  düşüncəyə  malik  olması,  ətrafında  baş  verən  hadisələri, 
bütövlükdə  hər  hansı  bir  informasiyanı,  ideyanı,  prosesləri  sadələşdirilmiş 
obrazlara,  asan  qavranılan  şərti  işarələrə  çevirmək  qabiliyyətidir.  Analitik 
psixologiya təliminin banilərindən olan Karl Qustav Yunqun təbirincə desək, 
qədim  mifik  təfəkkürün,  dünyanı  dərketmə  formalarının,  müxtəlif  dinlərə, 
incəsənət  növlərinə,  bütövlükdə  ayrı-ayrı  etnik  mədəniyyətlərə  parçalanan 
bəşər  sivilizasiyasının  bütün  arxetipləri,  yəni  ilkin  obrazları  məhz  sadə 
rəmzlər vasitəsilə ötürülərək dövrümüzə gəlib çatmışdır.
2
 Bu işarələr fərqli 
sosial-mədəni, intellektual təbəqələrə, etnomədəni qruplara, zaman kəsiyinə, 

К.Юнг. “Архетип и символ”. Издательство “Ренессанс” СП “ИВО-СиД”, 1991.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin