Damğalar, rəmzlər… mənimsəmələr
- 267 -
izahı, xalça toxunuşu, buğda və arpa əkini, üzüm, ərik, nar, alma bağla-
rının salınması və s. məhz «fövqəldahi» ermənilərin adı ilə bağlıdır».
130
Patoloji şizofreniyadan
, «ümummilli dahilik sindromundan» əziyyət çəkən
Yerevan alimlərinin bu tipli fikirləri istər-istəməz məşhur bir deyimi yada
salır: «Erməni müdrikləri həqiqətən də taxta araba təkərini icad etmişlər.
Lakin onlar təkər layihəsi üzərində baş sındırarkən digər xalqlar reaktorda
nüvəni parçalayırdılar»...
Qeyd edək ki, «fundamental tədqiqatlarında» ruslar istisna olunmaqla,
bütün qeyri-erməni xalqlara, xüsusilə gürcülərə və türklərə patoloji nifrəti
şizofreniya həddinə çatdıran akademik Suren Ayvazyanın «akademik»
düşüncəsinə əsasən (əgər onun fikirlərini belə adlandırmaq mümkündürsə),
ruslar və ermənilər nəinki qohum xalq, hətta həmyerlidirlər. Rusların ta-
rixi vətəni Van gölünün sahilləri olmuşdur. «Bu gölün adı onların «İvan»
kəlməsində qalmışdır. Bundan əlavə, rus dilində gürcülərə şamil edilən
«qruzin» sözü slavyan mənşəli olub «qruzçik», yəni «hambal» kəlməsinin
törəməsidir:
«Çünki gürcülər tarix boyu rusların yüklərini daşımışlar».
Türklərə gəldikdə isə, ermənilərin qanına hopmuş patoloji türk fobiyası bu-
rada da özünü aydın büruzə verməkdədir: «
Onlar psixi cəhətdən anormal
və genlərində barbarlığa, psixopatlığa və patoloji sadizmə meyil olan
xalqdırlar».
131
Ayvazyanın həmfikri - tarix elmləri doktoru A.Martirosyan isə
«Ermənistanın ibtidai heroqlifləri və onların Urartu-erməni bənzərləri
»
məqaləsində həmin qayaüstü təsvirlər haqqında oxuculara bunları təlqin
edir:
«Deşifrə olunmuş və hələ oxunmamış onlarca işarələr aydın
şəkildə göstərir ki, eramızdan əvvəl III minillikdən etibarən ibti-
dai Ermənistanda heroqlif işarələrindən istifadə edilmişdir və bu da
Ermənistanın Şərq sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu
göstərir. Qədim ermənilərin yüksək səviyyəyə malik olmasını çoxsay-
lı kosmik və zodiak işarələri də təsdiqləyir. Bu ölkə astronomiya elmi-
nin beşiyidir».
132
Onun «kosmik işarələr» adlandırdığı təsvirlərə isə
(qoç, qoç buynuzu, bərəkət rəmzi), (yay-ox) etnik ornament kimi bu
gün təkcə Azərbaycanda deyil, türk xalqlarının yaşadıqları bütün region-
130
С.Айвазян. «История России. Армянский след». Москва, 1998.
131
С.Айвазйан. « История России. Армянский след». Москва: «Крон-Пресс», 2000.
132
А.Мартиросян. «Первобытные иероглифы Армении и их Урарто-армянские двопники»,
http://lraber.asj-oa.am/2335/1/64.pdf
Damğalar, rəmzlər… mənimsəmələr
- 268 -
larda rast gəlirik. Heç də təsadüfi deyildir ki, SSRİ Elmlər Akademiyasının
akademiki, tanınmış arxeoloq və şərqşünas, Dövlət Ermitaj Muzeyinin di-
rektoru Boris Piotrovski (1908-1990) erməniləri qədim qayaüstü işarələri
özününküləşdirmək, onlara inanılmaz yozumlar vermək və bu işarələri «bü-
tün əlifbaların anası» kimi tanıtmaq səylərindən hiddətlənərək Ermənistan
Elmlər Akademiyası Rəyasət Heyətindəki çıxışında bunları bildirmişdir:
«Mesamor hay heroqlifləri haqqında geniş reklam olunan və təəssüf
ki, mötəbər elmi jurnalların da səhifələrinə çıxarılan mif dağılmışdır.
Halbuki, Mesamor petroqliflərinin «deşifrəsi» əsasında guya dünya-
nın bütün əlifbalarının mesamor-giksos-qədim erməni yazılarından
törənməsi barədə məsuliyyətsiz qənaətlər irəli sürülürdü».
133
O, indiki
Ermənistan ərazisində orta əsrlərə aid məzar daşları üzərindəki epiqrafik
yazıları, məsələn, «Əli... Qasım xan» sözlərini «qədim erməni əlifbası və
mətni nümunələri» kimi təqdim edən və onları «… sonra Od evi. İki dəfə
xeyir-dua alan və bulaqlı torpaqların əbədi sahibi olan Akop» kimi yozan
Suren Ayvazyana xitabən ərəb əlifbası ilə yazılmış mətnləri soldan-sağa de-
yil, sağdan-sola oxunmasını tövsiyə etmişdir. B.Piatrovski sonra demişdir:
«Ayvazyan kufi xətti ilə DAMĞA NİŞANLARINA bənzəyən işarələrlə
yazılmış «Məhəmməd», «Həsən», «Əli» sözlərini və buynuzlu heyvanla-
rın təsvirlərini də «hay heroqlifləri» adlandırmış və belə bir yozum ver-
mişdir: «Yay çölü… dövlətlilər gəldi-gedərdi… əsas zəngin binalar…
buynuzlu heyvanlar qurban kəsilmişdir… Qoy zəngin evlər cəhənnəmin
yolunu bağlasınlar».
134
B.Piotrovskinin son qənaəti, daha doğrusu, Ayvaz-
yan saxtakarlığına diaqnozu isə belə idi: «
Onun ortaya atdığı fərziyyələrin
çərçivəsi
və dəhşətli savadsızlığın əlamətləri heyrət doğurmaya bilməz».
İndi isə Kür-Araz mədəniyyətinin hələ də cavabsız qoyduğu suallarla ta-
nış olaq. Məlumdur ki, bu mədəniyyət Erkən Tunc dövrünə, yəni tuncun me-
tal xəlitə olaraq qədim insanların təsərrüfat fəaliyyətinə daxil olduğu çağlara
(e.ə. IV minilliyin sonu – III minillik) təsadüf edir.
Məlumdur ki, tunc misin,
qalayın və sürmənin qatışığından alınan möhkəm metaldır. Ötən əsrin 50-ci
illərində alimlərimizin apardığı arxeoloji qazıntılar nəticəsində sübut olun-
muşdur ki, təkcə tarixi Azərbaycan ərazilərində deyil, ümumiyyətlə, Qafqaz
və Cənubi Qafqazda Erkən Tunc dövrü eramızdan əvvəl III minillikdə baş-
lanmışdı. İndiyədək tuncdan hansı ölkədə ilk dəfə istifadə edilməsi dəqiq
133
Ф.Ахундов. «Разрушители фалсификаций», http://nofalsify.com/.
134
Изв. АН Арм.ССР, Науки о Земле, XVII, 6
Damğalar, rəmzlər… mənimsəmələr
- 269 -
müəyyən edilməsə də, bu bir həqiqətdir ki, məhz mis və qalay yataqlarının
yaxın olduğu region Tunc dövrünün ilk vətənidir. Qafqaz və Cənubi Qaf-
qaz ərazilərində isə qədim qalay mədənləri olmamışdır! Lakin bu, hələ də
elmi müzakirələr mövzusu olsa da, arxeoloji materiallar, qədim metal əşya
nümunələrinin analizləri həmin qənaəti təsdiqləməkdədir. Qeyd etmək la-
zımdır ki, Tunc dövründə Qafqazda qalay xüsusi qiymətə malik idi. Məsələn,
regionda aşkar olunmuş tunc əşyaların tərkibində qalayın miqdarı nadir hal-
larda 10%-i keçirdi. Bu faktın özü də qalayın regionda az tapılan metal ol-
duğunu və kənardan gətirildiyini təsdiqləyir.
135
Tanınmış arxeoloq, professor
İ.Səlimxanov Azərbaycanda metallurgiyanın və metalişləmənin məhz yerli
zəmin əsasında təşəkkül tapdığını bildirsə də, bütövlükdə Qafqaz regionun-
da metallurgiya dövrünün xəlitələrdən başladığını sübuta yetirmişdir. Yəni
tuncun hazırlanmasında istifadə edilən qalay buraya kənardan gətirilmişdir.
Lakin haradan? Tunc istehsalını yerli əhaliyə öyrədənlər kimlər olmuşlar?
Azərbaycan ərazisində qalayın olmamasını vurğulayan digər azərbaycanlı
arxeoloq Yusif Səfərov bu qənaəti bölüşərək, qalayın Ön Asiyadan daşınması
fikrindədir.
136
Akademik Boris Piotrovski isə Qafqazda qədim qalay yataq-
larının mövcud olmamasına dair rəylərlə razılaşmayaraq, bu metalın qədim
dövrlərdə kassiterit mineralından alınmasını və qədim Urartu dövlətinə
Urmiyə gölünün şərq sahilindən gətirilməsini iddia etmişdir.
137
Lakin kassi-
terit emalı texnologiyasının mürəkkəbliyi səbəbindən bu ideya hətta ehtimal
səviyyəsində təsdiqini tapmamışdır. Bu fikri dağıstanlı alim Ömər Davudov
dağınıq şəkildə olsa da, bölüşür: «Məlumdur ki, o dövrdə də Dağıstanda
kassiterit mineralı vardı, lakin açıq qalay yataqları haqqında məlumat yox-
dur. Qalay buraya kənardan, məsələn, Böyük Britaniya, İtaliya, İspaniya
(?) və ya Qazaxıstan ərazilərindəki mədənlərdən çatdırıla bilərdi».
138
Tunc
dövrü mədəniyyətinin konkret ünvanını, ilkin mənbəyini isə təqribən 110
il bundan əvvəl Praqa Universitetinin professoru, arxeoloq, etnoqraf, Çex
Elmlər Akademiyasının üzvü Lübor Niderle (1885-1944) göstərmişdir. Av-
ropada Tunc dövrü mədəniyyəti haqqında nəzəriyyələri dərindən təhlil edən
alim özünün yeni nəzəriyyəsini irəli sürərək bunları yazırdı:
«İlk növbədə
135
А.Мнацаканян, И.Селимханов. «Исследование некоторых оловянных предметов, наиденных в
Армении», http://hpj.asj-oa.am/1633/1/1971-1(285).pdf
136
Y.Səfərov. «Qədim Azərbaycan: nə bilirik», Bakı, 1989.
137
Б.Б.Пиотровский. «История и культура Урарту». Ереван, 1944.
138
О.Давудов. «Прикаспийская торговая дорога и археологические материалы», http://
dagistanhistory.livejournal.com/11308.html
Damğalar, rəmzlər… mənimsəmələr
- 270 -
qeyd etmək lazımdır ki, mövcud elmi nəzəriyyələrin heç biri Tunc döv-
rünün beşiyini Avropa ərazilərindən kənarda axtarmır. Dəqiq tipoloji
tədqiqatların nəticələri bu beşiyin Şərqdə, Asiyada olduğunu göstərir.
Çox böyük ehtimallara görə, bu yeni mədəniyyət məhz orada yaranmış
və bir neçə marşrut üzrə Avropaya çataraq burada yayılmışdır».
139
L.Niderle qənaətlərini təsdiqləmək üçün görkəmli alman alimi Rudolf
Virxovun (1821-1902) Qafqaz ərazisindəki arxeoloji araşdırmalarının
nəticələrinə də müraciət etmiş, öz nəzəriyyəsi üçün əlavə təsdiqləyici sübut-
lar müəyyənləşdirmişdir. Belə ki, R.Vixrovun qənaətinə görə, Qafqaz yeganə
və əsas səbəb üzündən Tunc dövrünün vətəni sayıla bilməz: Bu ərazidə qalay
yoxdur. Buradakı məzarlıqlardan aşkar olunan tunc əşyalar tamamilə fərqli
xarakteristikaya malikdir və onların mənşəyini Asiyanın içərilərində axtar-
maq lazımdır: «
Tunc dövrü mədəniyyəti Qərbə iki istiqamət üzrə daxil
olmuşdur. Birincisi, Ural dağlarından səmt götürmüş, digəri isə Xəzər
dənizinin cənub sahilləri ilə Kiçik Asiyaya gətirilmiş və oradan (tarixi
Azərbaycan ərazilərindən – A.Q.)
Avropaya yayılmışdır. Bu marşrutlar-
dan ən əhəmiyyətlisi və təsirlisi ikinci yol olmuşdur».
140
Macarıstanda və
Sibirdə tapılmış tunc əşyalar arasındakı yaxınlıq vaxtilə danimarkalı arxe-
oloq Safus Otto Mülleri də (1846-1934) ciddi maraqlandırmışdır. Bu fakt
hər iki ərazi arasında qədim mədəni bağlılığın mövcudluğundan xəbər ve-
rir. Lübor Niderle bu barədə bildirir: «
Avropada Tunc dövrünə aid silah
və məişət alətlərinin böyük hissəsi yalnız Sibir və Macarıstana aiddir.
Onların içərisində ikiağızlı baltalara (təbərzin, sakaris), çəkic-baltalara
(bozdoğan, çomak),
oraqlara və s. ən çox Sibirdə, Rusiyanın cənubunda,
sonra isə Macarıstanda və digər Avropa ərazilərində rast gəlinir. Bu
marşrutun özü Tunc dövrü mədəniyyətinin harada formalaşmasından
və necə yayılmasından xəbər verir». Və alimin son qənaəti belə olmuşdur:
«Beləliklə, bu mədəniyyət Mərkəzi Asiyada yaranmış, Sibirdə yüksək
inkişaf səviyyəsinə çatdırılmış və oradan Qərbə, Avropaya doğru səmt
götürmüşdür».
141
139
Л.Нидерле. «Человечество в доисторические времена» (доисторическая археология Европы и
славянских земель). Санкт-Петербург, 1898.
140
Yenə orada.
141
Л.Нидерле. «Человечество в доисторические времена» (доисторическая археология Европы и
славянских земель). Санкт-Петербург, 1898.
Damğalar, rəmzlər… mənimsəmələr
- 271 -
Cədvəl 11. Qərbi Azərbaycan ərazisindəki «erməni heroqliflərinin»
ortaq türk damğa işarələri və Göytürk hərfləri vasitəsilə semantik izahı
№
Qərbi
Azərbaycan
işarələri
Mərkəzi,
Ön
Asiya
və
Avr
opadakı türk
damğaları
Damğa semantikası və
Göytürk
əlifbası
ilə
müqayisəsi
№
Qərbi
Azərbaycan
işarələri
Mərkəzi,
Ön
Asiya
və
Avr
opadakı türk
damğaları
Damğa semantikası və
Göytürk
əlifbası
ilə
müqayisəsi
1
Damğa adları: «Qaba Ağac»,
«Dirilik Ağacı», «Töz Ağac»,
«bayterek», «baytörə», «dirək»
və s. «Şəcəreyi-Tərakimə»
əsərinə görə, bu işarə Oğuzun
salur boyunun da damğası
olmuşdur. Göytürk yazılı
mətnlərində yalnız «iç» (daxili)
sözünü bildirmək üçün istifadə
edilir.
27
Damğa adları: «balta»,
«çəkic», «kərki», «təbər»,
«sakar» (ikiağızlı
saka-skif baltası).
Mərkəzi Asiyanın, Şimali
Qafqazın və Krımın
qıpçaq tayfaları arasında
daha çox yayılmışdır.
«Təvarixi al-i Səlcuq»
əsərinə əsasən, oğuzların
çəbni tayfasının da
damğası olmuşdur.
2
Türk damğa işarələri təsnifatında
«sənək» (qoşa ucluqlu nizə,
ikidişli döyüş yabası) adını
daşıyır. «Cami ət-Təvarix»
əsərində oğuzların yazar
boyunun damğası
kimi
göstərilir. Səfəvi xanədanında
«durbaş» (kənara çəkil) kimi də
tanınmışdır. Etnik rəmz olaraq,
Qızıl Orda dövlətində və Krım
xanlığında, karalar (karaimlər)
arasında daha geniş yayılmışdır.
Qədim türk əlifbasında cingiltili
«l» samitini bildirir.
28
Damğa adı: «and»
(qardaşlaşmaq, qana
and içmək). Müxtəlif
variantları
Mərkəzi və
Ön Asiyada, Cənubi
Qafqazda geniş
yayılmışdır. Əmir
Teymurun dövlət rəmzi
olmuşdur. Onun dairə və
ya yarımdairə daxilində
olan təsvirindən
Göytürk əlifbasında «nt»
və «nd» səs birləşməsini
göstərmək üçün istifadə
edilmişdir.
3
Qədim türk damğalarından,
qoruyucu sakral işarələrdən
(nəzərlik), ilahi rəmzlərdən
sayılır. Semantikasını tiyəsi
düz qılınc (tiq) kimi də yozmaq
olar. Qobustan, Gəmiqaya
təsvirlərində, Midiya. Manna
işarələrində, Tyan-Şan,
Saymalıtaş, Tamqalıtaş, Sülek
qayaüstü rəsmlərində də rast
gəlinir. Oğuzun əfşar tayfasının
damğası («Cami ət-Təvarix»).
29
Bu işarənin xristian dini
ilə əlaqəsi yoxdur. İlahi
qüdrət, Yaranış, bolluq
anlamlarını daşıyır.
Damğa adları: «Dirilik
Ağacı», «Qaba Ağac»,
«Həyat Ağacı». Türk
xalqlarının yaşadıqları
ərazilərdə etnik damğa
işarələri və tətbiqi sənət
ornamentləri kimi tanınır.
Damğalar, rəmzlər… mənimsəmələr
- 272 -
4
Damğa adı: «Qılınc». Qoruyucu
rəmz xarakteri daşıyır. Göyçə
qayaüstü yazılarında onun
kimi variantı da vardır.
«Şəcəreyi-Tərakimə»
əsərində həmin işarənin həm də
oğuzun yıva boyunun damğası
olduğu bildirilir.
30
Qobustan, Gəmiqaya
və Baykal gölünün
şimalındakı Subuktuy
qayaüstü təsvirlərində,
Midiya dövlətinə aid
maddi-mədəniyyət
nümunələri üzərində rast
gəlinir. E.Triyarskiyə
görə, tipik türk
damğalarından biridir.
Damğa semantikası
«ev» kimi yozulur.
«Məskunlaşmaq», «binə
salmaq» bildirir.
5
Dünyanın bir sıra qədim
xalqlarında solyar rəmzdir.
Qədim türk simvolizmində
«Tanrı-Günəş» vəhdətini ifadə
edir. Damğa adı: «Günəş»,
«təkər»
31
Damğa təsnifatında
«baltavar», «xan
damğası», etnik xalça
ornamentlərində isə
«daraq» adlandırılan
işarənin variantlarından
biridir. Mərkəzi Asiyada
«at damğası» da deyilir.
6
Qədim tanrıçılıq dininə əsasən,
Humay Ananın rəmzlərindən
sayılır. Türk xalqlarının
xalçaçılıq sənətində nəzərlik
xarakterli ornamentlərdəndir.
Damğa adı: «bitik», «pitik»,
«tumar», «tumarça», «tumarca»
və s.
32
Dövlətçilik rəmzi
olaraq, tipik türk
damğalarından sayılır
(İ.Baski, E.Triyarski).
«Yay» hakimiyyəti, «ox»
isə onun vassallarını
bildirir. Damğa adı:
«Yay-ox», «saok», «yay»
və s. Damğa işarəsi kimi
müxtəlif variantları türk
xalqlarının yaşadıqları
bütün ərazilərdə
yayılmışdır.
7
«Ox» damğası. Qədim türk
tayfaları arasında ən populyar
rəmzlərdən biri sayılır. «Təvarixi
əl-Səlcuq» əsərinə əsasən,
oğuzların bayat boyunun, «Cami
ət-Təvarix» mətninə görə isə
kınık boyunun damğasıdır.
Göytürk əlifbasında dilarxası kar
«k» samitini ifadə edir.
33
Damğa adı: «abak»,
«ama», «ana». Bir
sıra türk xalqlarının
gəlinlik geyimlərində
və zinyət əşyalarında,
toy şirniyyatlarının,
gəlin otaqlarının
bəzədilməsində indi
də istifadə olunur.
Qadın başlanğıcının,
həyatın yaranışının,
nəsil artımının rəmzidir.
«Ana və bətnindəki
övlad» anlamının qrafik
təzahürüdür.
kimi variantları da vardır.
Əlifbada
işarəsi
də «nt» və «nd» səs
birləşməsini bildirir.
Damğalar, rəmzlər… mənimsəmələr
- 273 -
8
Bu işarə Yenisey və Talas
kitabələrində dil-diş cingiltili «d»
samitini bildirir.
34
Damğa adı: «yüyən»,
«qoşa göz», «buxov».
9
Damğa adı: «kuray» (qarğı ney)
Göytürk əlifbasında kipləşən
dilortası «k» samiti kimi incə
saitlərlə işlənir.
35
Damğa adı: «qaz ayağı»,
«qaz təriyi». Oğuz
elinin bir sıra damğa
işarələrində tayfanın
onqonu olan quşun
caynağının təsviridir.
10
Damğa adı: «bucaq». İşarənin
variantı alaçığın və ya
çadırın qapısını bildirir. Göytürk
əlifbasında dodaqlanan «o» və
qapalı «i» saitlərini ifadə edir.
36
Damğa adı: «beşik».
Altaylarda «ev» anlamını
da verir. Azərbaycanda
Cəlairlər dövlətinin
rəmzi olmuşdur. Göytürk
əlifbasında kar «ş»
samitidir.
11
Damğa adı: «Barxan» (qum
təpəciyi). Mərkəzi Asiya,
Azərbaycan, Anadolu, kumık,
qaraçay-balkar nəsil-tayfa
işarələri, Qafqaz Albaniyasının
maddi-mədəniyyət nümunələri,
ortaq xalça ornamentləri
arasında geniş rast gəlinir.
«Məskunlaşmaq», «binə salmaq»
kimi izah olunur. Oğuzun dögər
boyunun damğası ilə
eyni
semantikaya malikdir.
37
Damğa adı: «qoşa
tumar» (qoşa nəzərlik),
«uyğur». Anadoluda
«saçbağı» (saçın ücuna
vurulan lent) adlanır.
Damğa işarələri arasında
(dərə, dağlar
arasında vadi) kimi
variantı da vardır. Ortaq
türk xalçaçılıq sənətində
nəzərlik xarakterli əsas
işarələrdəndir. Göytürk
yazılarında «bş» səs
birləşməsini bildirir və
«baş» kimi oxunur.
12
«Daraq damğa»nın qrafik
variantlarından biridir.
Azərbaycan, Anadolu, Şimali
Qafqaz, Türkmənistan xalçaçılıq
sənətinin haşiyə elementi kimi
geniş yayılmışdır.
38
«Ev» anlamını verən
damğa işarəsidir.
Cingiltili «b» səsi kimi
oxunur. İncə saitlərin
işləndiyi sözlərdə istifadə
edilir.
13
Damğa təsnifatında «oz damğa»,
«təpə xaç», «subaş», «sarman»,
«dörd ünsür», «çərxi-fələk»,
«qaz», «qaz təpiyi», «şəmsi-
gərdan» (farsca: Günəşin
bədəni) adları ilə tanınır.
Nəzərlik xarakterlidir.
39
Mərkəzi Asiyada
«batbay» adlanan
bu işarə «Tanrı-
Günəş» rəmzinin
variantlarındandır.
Azərbaycanda ən
qədim təsviri Qobustan
qayaüstü rəsmlərindədir.
Xalça ornamenti kimi
geniş istifadə edilir.
14
Damğası «sənək»
olan nəsil
və ya tayfanın açası/xaçı.
40
Yenisey abidələrinin
mətnlərində həm «e»
səsini, həm də incə əsaslı
sözlərdə «b» səsini
bildirir.
Damğalar, rəmzlər… mənimsəmələr
- 274 -
15
Damğası «Dirilik Ağacı»
olan nəslin asası/xaçı.
41
Damğa adı: «ilan».
«Şəcəreyi-Tərakimə»
mətninə görə, oğuzun
yaparlı boyunun rəmzi.
16
Damğa adı: «Qalxan». Nəzərlik
funksiyasını daşıyan «tumar»
damğasının şərti variantı
sayılır. Qədim salnamələrə
və təsvirlərə əsasən, Hun və
Xəzər dövlətlərinin, Mərkəzi
Asiya və Qafqaz Albaniyasının
atlı döyüşçüləri üçkünc
qalxanlardan istifadə etmişlər.
Göytürk əlifbasında
işarəsi
«kosmos», «klub» sözlərinin ilk
samiti kimi «k» səsini bildirir.
42
Damğa adları:
«Döngələk», «domalaq»,
«Gün belgisi» (Gün
nişanı), «Domalaq
ana», «Gün domalaq»,
«Nurullah», «Sarı
baybişe», «Baybike»,
«Nurullah», «Altun top»,
«Altun alma», «şəmbər»
(çəmbər), və s. Günəşin
rəmzidir. «Şəcəreyi-
Tərakimə» əsərinə
görə, oğuzların alkaevli
tayfasının damğasıdır.
Səfəvi hökmdarı II
Təhmasibin bayrağını
bəzəmişdir.
17
Damğa adları: «Günəş»,
«şonqar», «hunqar» (şahin),
«ikibaşlı qartal» və s. Nadir
Şah Əfşarın taxtında Aypara ilə
yanaşı olan bəzək ünsürlərindən
biri. İslam dinində cənnətin
səkkiz qapısını, müsəlmanın
səkkiz əməlini, Əhli-Beyti
simvolizə edir. Ortaq türk
mifologiyasında Günəş-
Tanrının, onun dünyəvi və dini
hakimiyyətlərinin birliyinin
simvoludur.
43
Damğa adları: «süngü»,
«nizə», «qarğı», «hərbə».
Tək halda bir tayfanı,
qoşa şəkildə isə
tayfalar birliyini ifadə
edir. Göytürk əlifbasında
novlu kar «s» samitini
bildirir.
18
Damğa adı: «sarkay», «aşamay»
(Humay Ananın açası/xaçı).
«Təvarixi əl-Səlcuq» əsərinə
görə, oğuzların avşar boyunun,
«Hünərnamə» mətnlərinə əsasən
isə kızık boyunun damğasıdır.
Göytürk əlifbasında cingiltili
«d» samitini ifadə edir. Xalça
naxışlarında nəzərlik anlamını
verir.
44
Damğa adı: «qurd başı»,
«qurd ağzı». Tatarıstanda
«İskəndər damğası» da
deyilir. Azərbaycan xalça
naxışları arasında da
geniş yayılmışdır.
19
«Təvarixi əl-Səlcuq» və
«Hünərnamə» əsərlərindəki
təsnifata görə, oğuzların yazır
tayfasının damğasıdır. Mərkəzi
Asiyada bu tipli damğalar
«qarğa izi» adlanır.
45
Oğuzların kızık boyunun
damğası
bu işarənin
variantlarından
(«Hünərnamə») sayılır.
Əlifbada dilarxası,
burunda tələffüz edilən
«n» səsini göstərmək
üçün istifalə edilir.
Damğalar, rəmzlər… mənimsəmələr
- 275 -
20
Damğa adı: «ocaq». Azərbaycan,
Anadolu, Şimali Qafqaz, Mərkəzi
Asiyada həm damğa işarəsi,
həm də ornament kimi geniş
yayılmışdır. «Şəcəreyi-Tərakimə»
əsərinə əsasən, oğuzun alayuntlu
boyunun damğasıdır.
46
Damğa adı: «bosaqa»
(qapı çatısı, çərçivəsi).
Yenisey və Talas
kitabələrində dil-diş
cingiltili «d» samitini
bildirir. Azərbaycan xalça
naxışlarında da istifadə
olunan motivdir.
21
Damğa adı: «Alban». Solyar
rəmz kimi Tenri xanı (Günəşi)
simvolizə edir. «Şəcəreyi-
Tərakimə» əsərinə görə, oğuzun
bayat tayfasının damğası
olmuşdur. Bundan başqa, Çingiz
xanın atasının nəsil damğasıdır.
47
Damğa adı: «Ay», «yay»
(atıcı silah). Göytürk
yazılarında bu işarə
novlu (dilortası) cingiltili
«y» samitini ifadə edir.
«Ay» damğasının digər
bir variantıdır. Göytürk
əlifbasında işarəsi «n»
samitini bildirmək üçün
istifadə edilir.
22
Solyar rəmzdir. Yazılı mətnlərdə
«z» samitinin işarəsi. İncə və
qalın saitli sözlərdə işlədilir.
48
Damğa işarələri arasında
«atlı» (yəhər və minicinin
ayaqları) kimi tanınır.
Göytürk əlifbasında «t»
səsini bildirir.
23
Damğası «çəkic»
olan
tayfanın açası.
.
49
Volqaboyu tatarlarında
və başqırdlarda «ayı
başı» damğası.
24
«Sənək» damğasının bir
variantıdır. Təsvir baxımından
oğuzların bəydili tayfasının
damğasına yaxındır.
50
Göytürk əlifbasında
liqatür işarə kimi «lt»
səsini ifadə edir.
25
Oğuz elinin bəydili, bayandur
(Şəcəreyi-Tərakimə) və eymür
boyunun («Hünərnamə»)
damğası.
51
Damğa adı: «daraq»,
«baltavar», «yavlan»,
«xan damğası» və
s. «İkibaşlı qartal»
mifologeminin qrafik
təzahürlərindəndir.
26
Damğa adı: «Açar». Şimali və
Cənubi Qafqaz, Krım, Tatarıstan
və Mərkəzi Asiyada yayılmış
«alban» və «quyruqlu Ay»
damğalarının törəməsidir.
52
«Təvarixi al-i Səlcuq»,
«Hünərnamə»
mətnlərində göstərildiyi
kimi, oğuzların yaparlı
boyunun damğasıdır.
Lakin
ayvazyanların, vaqanyanların saxtakarlıq fəaliyyətlərinə rəğmən,
onlara ortaq türk mədəniyyətinə istər-istəməz göstərdikləri böyük xidmətə -
Göyçə qayaüstü rəsmlərindəki «qədim erməni əlifbası» işarələri təvirlərini
kitablarında dərc etdirdiklərinə görə səmimi minnətdarlığımızı bildiririk.
Çünki məhz həmin təsvirlərə əsaslanaraq qədim türk və Göyçə rəmzlərinin
Damğalar, rəmzlər… mənimsəmələr
- 276 -
müqayisəli təhlilini aparmaqla, bu nişanların müəlliflərinin etnik mənşəyi
haqqında tamamilə fərqli fikir söyləmək, erməni «müdriklərinin» iddiaları
üzərindən xətt çəkmək mümkündür.
Qafqaz Albaniyası işarələri.
Dominant etnomədəniyyətin izləri
«Babasının qəbrini bilməyən, balasının qədrini bilməz».
Qədim oğuz məsəli
Qafqaz Albaniyasının maddi-mənəvi irsi, dominant etnik mənsubiyyəti,
dövlətçilik ənənəsi, dili və nəhayət, əlifbası ətrafında illər uzunu davam
edən müzakirələr həqiqət axtarışında olan müdrik korların mübahisəsi haq-
qında hind rəvayətini xatırladır. Rəvayətə görə, qədim zamanlarda bir şəhərə
görünməmiş canlı - fil gətirirlər. Onunla maraqlananlar arasında şəhərin altı
müdrik şəxsi də vardı. Lakin onlar kor idilər və heç vaxt fil görməmişdilər.
«Bunu necə edək?» - deyə düşünürlər. Çox fikirləşib bu qənaətə gəlirlər ki,
fil haqqında aydın təsəvvür almaq üçün gərək ona əlləri ilə toxunsunlar. Bi-
rinci müdrik filin iri, yastı qulaqlarından tutur: «Bu heyvan yelpiyə oxşayır»,
- deyir. İkinci kor filin ayağından yapışır və əvvəlkinə etiraz edir: «Elə deyil,
ağaca bənzəyir!» - deyir. Nəhəng canlının quyruğuna toxunan üçüncü müd-
rik bir qədər fikirləşib filin qalın ip olduğunu söyləyir. Sonra filin uzun, əyri
dişindən yapışan, gövdəsinə toxunan, xortumundan tutan dördüncü, beşinci
və altıncı müdriklər onun nizəyə, hündür divara və ilana bənzədiyini deyirlər.
Mübahisə uzanır və kor müdriklər nə inadlarından dönürlər, nə də ki filin
necə canlı olduğunu öyrənə bilirlər… Əslində, onların hər biri öz məntiqində
haqlı idi. Yaratdıqları problemin isə olduqca sadə çıxış yolu var idi. O da
həqiqətin təkcə mübahisədə deyil, həm də müqayisədə yarana bilməsidir. Altı
kor fərdi analizdən sintezə doğru irəliləməli, gəldikləri qənaətləri tam halında
birləşdirməli və bundan sonra özlərində fil haqqında aydın təsəvvür yaratmalı
idilər. Lakin onların arasındakı daxili ziddiyyət, fikir, mövqe ayrılığı ortaq
məxrəcə gəlməyə, mübahisəni sağlam müzakirəyə, dialoqa çevirməyə mane
oldu. Nəticədə altı kor və inadkar müdrikin tarixə düşən mübahisəsi isə bu
günədək elm aləmində bir örnək olaraq qaldı. İrandilli alimlər Qafqaz Albani-
yasını «qədim İran ölkəsi», ləzgi tədqiqatçıları «Ləzgistan», etnik baxımdan
türk olan tarixçilər «türklərin qurduğu dövlət», təbii ki, hər yerə və hər şeyə
iddialı olan ermənilər isə qondarma «Böyük Ermənistan ərazilərinə daxil olan
Damğalar, rəmzlər… mənimsəmələr
- 277 -
erməni vilayəti» kimi görürlər. Və hind rəvayətindəki kor müdriklər kimi on-
lar da hələ də bir araya gəlib mübahisələrini təmkinlə həll edə bilməyiblər.
Qafqazın və Cənubi Qafqazın etnik mənzərəsi onun unikal təbiəti
qədər zəngindir. Ərazi etibarilə kiçik, lakin etnomədəni müxtəliflik baxı-
mın rəngarəngliyi ilə seçilən bu regionda fərqli dillərdə danışan və fərqli
mədəniyyətlərin daşayıcıları olan yüzdən çox xalqın nümayəndələri yaşayırlar.
Bununla belə, Qafqazda tarixən formalaşmış endemik birgəyaşayış prinsipləri
həssas olduğu qədər xarici zərərli təsirlərə dayanıqlı deyildir. Təhlilçilərin
ümumi qənaətinə görə, regiona kənardan nüfuz etdirilən və ayrı-ayrı geosiya-
si maraqların təminatına xidmət edən aqressiv separatizm, milli ayrı-seçkilik
meyillərinin gücləndirilməsi, qarşılıqlı ərazi iddialarının baş qaldırması daxili
müqaviməti zəif olan Qafqazı «problemli regiona» çevirməyə, etnik, dini və
gözlənilən ərazi münaqişələrinin «barıt çəlləyinə» bənzətməyə əsas verir.
Bu regionda tarixən yaşayan türk xalqlarının etnogenezi, onların ortaq
etnomədəniyyəti, maddi-mədəni irsi siyasiləşdirilmiş tarixşünaslığın və et-
noqrafiyanın geosiyasi maraqlara, etnik və dini mənafelərə xidmət edən və
saxtakarlıqlara daha çox məruz qalan sahələrindəndir. Tarixi gerçəkliklərin
məqsədli şəkildə təhrif olunmasına yönəldilən belə fəaliyyət Avropa, Rusiya,
Ermənistan və İran tarixşünaslığında hakim mövqe tutan rəsmi konsepsiyadan
qaynaqlanmaqdadır. Həmin konsepsiya isə obyektiv tarixi-arxeoloji, antropo-
loji, etnoloji araşdırmaların nəticələrini bir kənara qoyaraq, «qədim yaşayış
məskənləri Şərqi Sibir və Monqolustanın bozqır çölləri ilə məhdudlaşan köçəri
türklərin» Ön Asiyaya, Avropaya yalnız orta əsrlərdə «yarımvəhşi vandal tay-
falar» qismində ayaq basdıqlarını, yerli xalqların ali sivilizasiyalarını süquta
yetirdiklərini və onun xarabaları üzərində özlərinin «qarışıq» mədəniyyətlərini
yaratdıqlarını təlqin etməkdədir. Bu tipli yanaşmaların ötəri qısqanclıq-
dan, tarixi hadisələri bilməməkdən və ya milli natamamlıq kompleksindən
bəhrələndiyini söyləmək ən azı naşılıq olardı. Tarixin ibrət dərsləri öyrədir
ki, zahirən «zərərsiz» görünən belə iddialar, əslində, qalın siyasi pərdə arxa-
sında gizlənən etnosiyasi maraqların ideoloji təminatına xidmət edir. Müa-
sir beynəlxalq təcrübə isə ayrı-ayrı ölkələrdə belə təbliğatın dövlət siyasəti
səviyyəsinə qaldırılmasını gələcək geosiyasi tələblər, o cümlədən ərazi iddi-
aları üçün bəraətverici təminat əldə etmək məqsədi daşıdığını təsdiqləyir. Bu
gün Qafqaz regionunda «etnik münaqişə» pərdəsi altında davam edən hərbi-
siyasi qarşıdurmaların ideoloji təminatında tarixi gerçəkliklərin məqsədli
şəkildə saxtalaşdırılması mühüm rol oynamaqdadır. Nəticədə, tarix nəcib elm
çərçivəsindən çıxaraq özünün mənəvi-etik prinsiplərini, obyektivliyini itirir,
Damğalar, rəmzlər… mənimsəmələr
- 278 -
siyasi maraqların girovu olan subyektiv ideoloji vasitəyə çevrilir.
Həqiqətən də, tarix vicdanlı alimlərin axtardıqları irfani yoldur. Onun da
öz «övliyaları», «pirləri», hətta «iblisləri» var. «Nəzarətdən çıxan», saxta-
laşdır
ılan tarix isə məkrli siyasətçilərin əlində təsirli silahıdır. Rusiya və
Ermənistanda isə bu silah Azərbaycanın tarixi torpaqlarına iddiaların formalaş-
masına, o cümlədən Qafqaz Albaniyasının maddi-mənəvi irsinin, dövlətçilik
ənənələrinin mənimsənilməsinə yönəldilmişdir. Şərti olaraq «Qafqaz Alba-
niyası
» adlandırılan dövlət eramızdan əvvəl təqribən IV-III əsrlərdən eramı-
zın VIII əsrinədək tarixi Azərbaycan ərazilərində mövcud olmuş və müasir
Ermənistan Respublikasını, Gürcüstanın və Dağıstanın cənub hissələrini əhatə
etmişdir. Qafqaz Albaniyasının
etnik mənsubiyyəti və inancları ətrafında
müzakirələr bu gün obyektiv elmi araşdırma çərçivəsindən kənara çıxaraq,
geosiyasi və etnosiyasi maraqlar səviyyəsinə qalxmışdır. Bu günün geosiyasi
reallıqları bu mövzunun həm də xarici qüvvələrin əlində Azərbaycana qarşı
separatçılıq və əsassız ərazi iddialarının ödənilməsi vasitəsi olduğunu göstərir.
Antik tarixçi Strabonun məlumatına görə, Qafqaz Albaniyasının əhalisi 26
dildə danışan tayfalardan ibarət idi. Eramızın ilk əsrlərindən başlayaraq, sa-
sani hökmdarlarının göstərişi ilə əraziyə bir sıra irandilli tayfalar köçürülmüş
və elə həmin ərəfədə isə şimaldan - Dərbənd keçidindən hunların, subarların,
xəzərlərin, barsillərin və digər türkdilli xalq və tayfaların cənuba doğru növbəti
miqrasiyası başlanmışdır. Xüsusən də, döyüşkən subar (suvar) tayfaları Al-
baniyanın içərilərinə doğru irəliləyərək, onun qədim paytaxtı Qəbələ şəhəri
ətrafında məskunlaşmışdılar. Buna görə də ilkin orta əsrlərə aid mənbələrdə
bu şəhər «Qəbələ-Subar» da adlandırılırdı. Ərəblərin regiona yürüşünə qədər
ölkə əhalisi üç etnik qrupdan – türkdilli, qafqazdilli və irandilli əhalidən ibarət
idi. Buna baxmayaraq, S.Yeremyan, A.Mnasatakanyan, A.Babaxanyan kimi
erməni tarixçilərinin iddialarına görə, guya V əsrin sonlarından etibarən ölkə
əhalisinin böyük hissəsi erməniləşmiş, «işğalçı türk tayfaları» isə Qafqaza və
Cənubi Qafqaza ən yaxşı halda VIII əsrdə ayaq basmışlar.
Əbülqazi Bahadur xan Xivəli «Şəcərəyi-Tərakimə» əsərində (1660-cı il)
yazırdı: «
Oğuz xan dövründən Çingiz xan zamanına kimi Tın (Don), İdil
(İtil, Volqa)
və Yaik çayları arasında yerləşən Qıpçaq ölkəsindən başqa
diyar yox idi. Onlar bu ölkədə dörd min il yaşamışlar. Buna görə də bu
torpaq «Dəşti-Qıpçaq» (Qıpçaq çölü) adlanır». Bir sıra qədim və orta əsr
müəlliflərinin əsərlərində, o cümlədən Fəzlullah Rəşidəddinin «Oğuznamə»,
Müslihiddin Larinin 1566-cı ildə qələmə aldığı «Miratül-Ədvar və Mürkatül
Əxbar» salnamələrində qədim türklərin sasanilərdən təqribən bir əsr əvvəl (177-
Damğalar, rəmzlər… mənimsəmələr
- 279 -
ci il) Qafqazda, eləcə də Dərbənd və Dərbənd ətrafında məskunlaşmasından
bəhs olunur.
142
Ermənistanın və Rusiyanın bəzi siyasi dairələrinin fitvası ilə hərəkət edən
Dağıstan separatçıları isə arqumentsiz-filansız Qafqaz Albaniyasını «mü-
asir Rusiyanın tarixi torpaqları» kimi görmək niyyətindədirlər. Məsələn,
erməni «tarixçiləri» Vladimir Barxudaryan və Suren Ayvazyan həyasızcasına
Azərbaycanı «ermənilərə aid olan tarixi faktları siyasi məqsədlər naminə sax-
talaşdırmaqda» ittiham edirlər. Qafqaz Albaniyası ətrafında mübahisələrdə
özünə yer edən və Rusiyada etnik separatizmi və Azərbaycana qarşı ərazi
iddialarını rəsmi dövlət səviyyəsinə qaldıran «Federal Ləzgi Milli-Mədəni
Muxtariyyətı» adlı qondarma qurumun təşəbbüsü ilə 2008-ci ilin may ayında
Moskvada «Qafqaz Albaniyası və ləzgidilli xalqlar (kursiv bizimdir – A.Q.):
tarixi-mədəni irs və müasirlik» mövzusunda beynəlxalq konfrans keçirilmiş-
dir. Rusiyanın Regionların İnkişafı və Xarici İşlər nazirliklərinin, Dövlət Du-
masının və Rusiya Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən və
siyasi təyinatını gizlətməyən bu psevdoelmi tədbir, əslində, Azərbaycana qarşı
ərazi iddialarının təkcə Ermənistan tərəfindən dəstəklənmədiyini açıq şəkildə
göstərir. Lakin hər iki separatçı qrup arasındakı simbiozun özü də şərtidir.
Misal üçün, Rusiyadakı ləzgi separatçıları Qafqaz Albaniyasının ərazilərini
tarixdə mövcud olmayan və XXI əsrin antiazərbaycan yönümlü geosiyasi id-
dialarının nəticəsində dövriyyəyə buraxılan qondarma «Ləzgistan dövləti»nin
şəriksiz «tarixi əraziləri» hesab edirlər. Ermənilər isə öz növbələrində Qaf-
qaz Albaniyasını uydurma «Böyük Ermənistan»ın bir parçası olmasına, bu-
radakı maddi-mənəvi irsin şəriksiz erməniləşdirilməsinə iddialıdırlar. Lakin
bu sərsəm ideya müəllifləri Azərbaycan əleyhinə istənilən kampaniyada bir
araya gələn kimi müvəqqəti atəşkəs elan edir, «ortaq məxrəc» tapmağa çalı-
şır və Qafqaz Albaniyasını «tarixdə erməni-ləzgi dövlətçiliyinin nümunəsi»
qismində tanıtmağa çalışırlar. Bu yerdə ixtisasca yarımçıq fizik olan psevdo-
albanşünas, millətçilik hissləri paranoya xarakteri almış Hacı Abdurəhimovun
«Qafqaz Albaniyası-Ləzgistan: tarix və müasirlik» adlı «monoqrafiyasını»
(Dağıstan Dövlət Universiteti nəşriyyatı, 1995-ci il) xatırlamaq yerinə düşər.
Suren Ayvazyan və Zori Balayanın üslubu ilə yazılan kağız yığnağında heç
bir tarixi fakta və maddi sübutlara söykənmədən Qafqaz Albaniyası dövlətinin
yaranması, maddi-mədəni irsi, hətta əlifbası yalnız «ləzgi tayfalarının» adı
ilə bağlanır, Bakıya, Şamaxıya, Şəki və Qəbələyə, Qusara ərazi iddiaları
edilir, Nizami Gəncəvi, Abbasqulu ağa Bakıxanov, Uzeyir Hacıbəyov «et-
142 К.Алиев. «Кипчаки на Кавказе до и после нашей эры», газета «Ёлдаш/Времена», 28-03-2008
Damğalar, rəmzlər… mənimsəmələr
- 280 -
nik ləzgi» elan olunur, «qeyri-ləzgi xalqları» aşağılanır, hətta regionda möv-
cudluqları şübhə altına alınır. Avar alimi, professor Murad Maqomedov isə
Hacı Abdurəhimovun sayıqlamaları ilə qətiyyən razılaşmır, Dağıstan Dövlət
Universitetinin növbəti nəşri olan «Avarların tarixi» kitabında onu qatı
millətçilikdə və avar xalqının dövlətçilik ənənələrini, maddi-mənəvi irsini, o
cümlədən Qafqaz Albaniyasını ləzgiləşdirməkdə ittiham edir, digər tərəfdən
hətta Avar imperiyasını müasir avarların (maarulal) qədim dövləti adlandırır.
143
Erməni professurası - B.Arutonyan, P.Muradyan, L.Xurşudyan, E.Zohrabyan,
A.Anasyan, A.Papazyan, A.Mnasakanyan B.Ulubabyan, Q.Arakelyan (siya-
hını artırmaq da olar) isə hər ikisini saxtakarlıqda günahlandıraraq, nəinki
Qafqaz Albaniyasını, hətta Dağıstan ərazilərini də «qədim erməni torpaqları»
elan edirlər...
Onlardan biri - Ermənistanın populyar tarixçilərindən olan Yerevan Dövlət
Tarix İnstitutunun əməkdaşı Anjela Teryan müəllifi olduğu «Ermənistanın
şərq hissəsinin (Ağvəng, Girdman, Utik) tarixi və ya albanlar kimlərdir?»
adlı məqaləsində təkcə Kür-Araz mədəniyyətini deyil, Midiya, Qafqaz Al-
baniyası dövlətlərini, Şimali Qafqazı, Gürcüstanı da «qədim ari-erməni sivi-
lizasiyasının tarixi əraziləri» olduğunu sübuta yetirmək üçün qeyri-adi linq-
vistik gözbağlayıcılardan istifadə etməkdən belə çəkinməmişdir. A.Teryan,
rəvayətlərə görə, erməni xalqının əcdadı mifik Haykın Babilistandan Ağrı
dağı ətəklərinə köç etməsindən az qala dörd min əvvəl mövcud olmuş «Kür-
Araz mədəniyyətinin» adını «Erməni yaylası mədəniyyətinə» dəyişmiş və
tədricən onun əhatə etdiyi əraziləri qondarma «Böyük Ermənistanın» torpaq-
ları kimi təqdim etmişdir. O yazır:
«Arxeoloji materiallara söykənərək deyə
bilərik ki, Qafqaz Albaniyasının Qardman-Utik ərazilərinin mədəniyyəti
Ermənistan yaylasının digər mədəniyyətləri ilə sıx şəkildə bağlıdır. «Kür-
Araz mədəniyyəti» isə Ermənistan yaylasının köklü tayfalarının (qədim
ermənilərin)
həyat tərzi üçün xarakterik idi. ...Naxçıvan isə hətta Qaza-
xın qədim yaşayış məntəqələrini – Şomutəpə, Qarğalartəpə, Baba dərviş
və s. birləşdirən Ararat vadisinin coğrafi davamıdır». «Alpan», «Albani-
ya
» kəlmələrinin etnonim kimi dəyərləndirilməsi nəticəsində onun erməni
mənimsəmələri cəhdlərindən uzaqlaşdırılması da Suren Ayvazyanın qadın
variantını
çox rahatsız etmişdir: «Aqvanq/Albaniya» etnonim deyildir,
Ermənistanın şərq hissəsini - Kürün sol sahillərini, Qardmanı (Girdma-
nı)
, Utiki, Arsakı, Paytakaranı əhatə edən əyalətin adıdır. Buranın əhalisi
ermənilərdən ibarət olmuş, ərazi erməni şahlığına tabe edilmiş, mədəni,
143
М.Магомедов. «История аварцев». Махачкала, 2005
Damğalar, rəmzlər… mənimsəmələr
- 281 -
dini, iqtisadi aspektlərdən Ermənistana bağlı olmuşdur». «Ağvəng» sözü-
nün (türk dillərində – Ağ kilsə.
«Ağ» sözü aşağı statuslu məbədlərə aid edilir-
di) etimologiyasına gəldiklə isə A.Teryanın onu erməni antroponiminə (insan
adına) çevirmək, M.Xorenatsiyə istinad edərək Haykın «sakit və məzlum»
olan və buna görə də «aqu», yəni «şirin» kimi tanınan oğlu Sisakın adı ilə
bağlamaq istəyi orijinal söz oyunu ilə nəticələnmişdir. Əvvəla, əgər A.Teryan
hədəf kimi «Ağvəng» sözünü deyil, «Aquan» etnonimini götürsəydi, yəqin
ki, bu yalana kimlərisə inandıra bilərdi. Lakin tanınmış erməni filoloqu Qra-
çiya Açaryanın etirafına görə, «aqu» sözü erməni leksikasına türk dilindən
keçmişdir. Qədim «aqu/eqi/eyqi» sözü əski türklərdə «şirin» anlamını ve-
rirdi.
144
Beləliklə, «Ağvəng» sözü türk mənşəli olduğu üçün erməni dilinin
kontekstindən kənara çıxır. Digər tərəfdən, erməni dilində də «vəng» (kilsə,
monastr) sözünün olduğunu nəzərə alsaq, «Ağvəng» kəlməsini «Şirin kilsə»
kimi yozmaq hətta xristian əxlaqına zidd əməldir.
A.Teryanın «linqvistik kəşflərinə» dair başqa bir misal. O da məlumdur ki,
eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərində Dərbənd istiqamətindən
Cənubi Qafqaza daxil olan saka-skif tayfaları burada öz bəyliklərini – antik
tarixçilərin mənbələrinə «Sakasena» (Sakların yeri/məskəni) kimi düşən
dövləti qurmuşlar. Vaxtilə Strabon «sakların kimmerlər və trerlər kimi
çapqınlıq etmələrindən» bəhs edərkən yazırdı ki, «onlar tutduqları ərazini
«Sakasena» adlandırmışlar». Həmin ərazi sonralar Qafqaz Albaniyasının
vilayətlərindən biri olmuşdur. A.Teryan bu bəyliyi erməniləşdirmək üçün
«Sakasena» toponimini «Şekaşen» kimi təqdim edərək bildirir ki,
«bu söz
erməni mənşəlidir, çünki «şek» sözü ermənicə «kürən» deməkdir. Yəni
«Sakasena» «kürənlərin ölkəsi» mənasını verir.»
145
Üstəlik, «Girdman»
vilayəti də qədim ermənilərə məxsusdur. Ona görə ki, «
Qardman» kəlməsi
iki erməni sözünün birləşməsindən yaranmışdır. «Qard» sözü «silah»,
«
man» isə «insan» anlamını verir. Bu mənqtiqlə vilayətin adı erməni
dilindən «silahlı insanların ölkəsi» kimi tərcümə olunur».
146
Sözsüz
ki, inandırıcıdır. Lakin erməni leksikasını bilməyənlər və soyuq silahların
etimologiyasından məlumatı olmayanlar üçün... Əvvəla, Anjela Teryana
məlum olsun ki, «qard» nə qədim, nə də müasir soyuq silah adıdır, üstəlik
ermənilərlə əlaqəsi yoxdur. «Qard» fransız dilində «mühafizə edən» deməkdir,
döyüşçünün əlini qorumaq üçün silahın tiyəsi və qəbzəsi (sapı) arasındakı
144
Г. Ачарян. «Этимологический словарь армянского языка», I (на арм. языке). Ереван, 1971.
145
А.Терян. «История Восточной Части Армении /Агванк, Гардман, Утик/ или кто
такие албаны?», http://angelateryan.wordpress.com
146
Yenə orada
Damğalar, rəmzlər… mənimsəmələr
- 282 -
üfiqi hissəyə orta əsrlərdə verilən addır. İkincisi, belə məlum olur ki, A.Teryan
«gorda» adlı Şərq silahını – uzunluğu bəzi hallarda 90-93 santimetrə çatan,
əksər hallarda tiyəsi nisbətən əyri olan, yatağanın sələfi sayılan kəsici silahı
nəzərdə tutmuşdur. Uzun, birağızlı, ensiz bıçağı xatırladan, qoruyucu hissəsi
– qardası olmayan bu silah Mərkəzi Asiya və Şimali Qafqazın türk xalqlarında
«saplı» (ruslarda – «sablya»), çərkəzlərdə «iri bıçaq» anlamını verən «şaşka»
adlanır. V.Abayev «Osetin dilinin tarixi-etimoloji lüğəti» əsərində «korda»
sözünün Avestada keçən «kərata» sözündən törəndiyini, fars dilindəki «gurd»
(qəhrəman) kəlməsi ilə əlaqəli olduğunu bildirir. Çeçenlər isə onu türkcə
«qurd» adlandırırlar. Bəzi yozumlara görə, bu ad bir qayda olaraq silahın
tiyəsinə həkk olunan qurd təsvirləri ilə bağlıdır.
Etnosiyasi polemikalardan bir qədər uzaqlaşıb Qafqazda və Qafqaz Al-
baniyasında qədim türk tayfalarının məskunlaşmasına və bu ərazidə han-
sı etnomədəniyyətin dominant mövqeyə malik olmasına qədim rəmzlər və
tanınma-fərqləndirmə nişanları (damğalar) kontekstindən yanaşaq. Şimali
Qafqazdan olan tədqiqatçı Həsən Yaxtaniqov da öz əsərlərində müasir Da-
ğıstanda (Qafqaz Albaniyasına aid şimal əraziləri daxil edilməklə) yaşayan
yerli xalqlara məxsus olan, eləcə də arxeoloji araşdırmalar nəticəsində tapılan
tanınma-fərqləndirmə işarələri arasında ortaq türk damğaları kimi tanınan ni-
şanları saka, hun, avar (Avar xaqanlığı), xəzər, bulqar, suvar və s. etnomədəni
məkanından ayırmaq, ən yaxşı halda onları orta əsrlərə bağlamaq niyyətini
gizlətmir. Lakin onu da etiraf edir ki, həmin damğa işarələri Dağıstan və Şi-
mali Qafqazın qeyri-türk xalqlarının sosial-iqtisadi həyatına yalnız XVI əsrdə
geniş daxil olmuş və nəsil-tayfa rəmzləri, mülkiyyət huququnu təsdiqləyən
nişanlar kimi XX əsrin əvvəllərinədək istifadə edilmişdir. Bu ərazilərdə qeyri-
türk xalqların damğa işarələri haqqında ilk məlumata isə yalnız XVII əsrdə
təsadüf olunur. Belə ki,
«1630-cu ilə aid səndlərdə ilk dəfə olaraq kabardin
knyazı Şolox Sunçaleyeviçin rus çarı Mixail Romanova göndərdiyi atın
üzərində damğa işarəsinin olduğu göstərilmişdir».
147
H.Yaxtaniqov həmin
damğanın təsvirini verməsə də, digər əsərində - «Dağıstan damğaları» kita-
bında Şimali Qafqaz və Dağıstan knyazlarının nişanları içərisində ortaq türk
işarələrindən birinin – vassallıq rəmzi sayılan «baltavarın» çoxsay-
lı variantlarının olduğunu xüsusi qeyd edir. Türk simvolizmində «xan dam-
ğası», «daraq damğa», «quşlu damğa» adları ilə də tanınan həmin işarələrin
semantikası isə yalnız türk xalqlarının ortaq mifik təsəvvürləri, dövlətçilik
ənənələri və hərb sənəti kontekstindən izah olunur.
147 Х.
Яхтанигов. «Адыгские тамги», http://diplomrus.ru/raboti/23713?mod=dissertations
Damğalar, rəmzlər… mənimsəmələr
- 283 -
1907-ci ildə Qafqaz və Cənubi Qafqazın tarixi, etnoqrafiyası üzrə
mütəxəssis, general Nikolay Karaulov da balkar zadəgan təbəqəsinin dam-
ğaları ilə Krım xanlarının baltavar rəmzinin ortaq xarakter daşıdıqlarını
müəyyən etmişdir. Bundan başqa, kabardin xalqının şifahi xalq ədəbiyyatına
əsasən, onların məşhur knyaz nəsillərinin – Kudenetovların və Tambiyevlərin
də noqay və Krım kökənli olduğu bildirilir. H.Yaxtaniqov «baltavarın» Şi-
mali Qafqaza «miqrasiyasının» səbəblərini belə izah edir:
«XVII əsrin sonu
XVIII əsrin əvvəllərində Krım xanlığında baş vermiş saray çəkişmələri
üzündən şahzadə Sultan İslam Gəray Adıgey ərazisinə köç etmişdir.
Adıqlar və Krım xanlığı sülalələri arasında tarixən siyasi əlaqələr ol-
muş, şahzadənin burada məskunlaşması isə adıq mühitində «sultan»,
«gəray», «xan» titul kompanentinin yaranması ilə nəticələnmişdir. Çün-
ki adıqlar formal da olsa «tatarlara» tabe idilər və Kabarda ərazisi
«tatar vilayəti» sayılırdı. Krım xanlığına siyasi meyil edən adıq knyaz-
ları da Gəray sülaləsinin damğalarını özlərinə rəmz götürmüşdülər».
148
Həmin damğalar isə bunlardır:
və s. Lakin
digər Qafqaz xalqlarındakı tanınma-fərqləndirmə işarələri sırasında konkret
rəmzlərin, məsələn:
(çeçenlərdə),
(abxazlarda),
(abazalarda),
(çərkəzlərdə)
149
olması onların ortaq türk dün-
yası ilə əlaqələrinin qədimliyindən xəbər verir. Bundan başqa, Şimali Qaf-
qaz və Dağıstanda tanınma-fərqləndirmə nişanları əsasən türk dilində, bəzən
kiçik fonetik təhriflə adlandırılır: «damğa», «tura» (tuğra), «damıge» və s.
Müəyyən populyar damğaların isə qeyri-türk xalqlarının dillərində etnik ad-
ları yoxdur. Məsələn, qədim türklərin «aça», «aşamay», «elşən», «sarkay»,
«xaç» və s. adlandırdıqları damğa işarəsinə rus dilindən götürülmə olan
«krest» (xaç), «kirest», «çirest» deyilir. Bununla belə, Qafqaz Albaniyasının
varislərindən olan türk xalqlarında - azərbaycanlılarda, kumıklarda, qaraçay-
larda, balkarlarda etnik damğa işarələri daha çoxdur və hər birinin ortaq türk
etnomədəni məkanı kontekstində etimoloji yozumu və təyinatı vardır. Odur
ki, vaxtilə akademik Nikolay Marr tərəfindən siyasi meydana atılan ideya –
azərbaycanlıların «türkləşmiş farslar», kumıkların isə «türkləşmiş ləzgilər»
kimi qələmə verilməsi müasir etnosiyasi proseslər müstəvisində də əsl siyasi
səbəblərini tapır.
Vaxtilə akademik Zelik Yampolski «Böyük Sovet Ensiklopediyası»nın
nəşri üçün yazdığı məqalədə bildirirdi ki, Qafqaz Albaniyası Şərqi Zaqafqa-
148 Х.
Х.
Яхтанигов. «Северокавказские тамги». Нальчик, 1993.
149
Yenə orada.
Damğalar, rəmzlər… mənimsəmələr
- 284 -
ziyanın (Cənubi Qafqazın) ən qədim dövlətlərindən biridir. Burada müxtəlif
tayfa və xalqlar, o cümlədən albanlar yaşamışlar və müasir azərbaycanlılar bu
qədim əhalinin sələfləridirlər. Bunu Qafqaz Albaniyasına, türkdilli xalqlara, o
cümlədən Azərbaycanlılara məxsus olan ortaq damğa işarələri də təsdiqləyir.
Bu səbəbdən bəzi Rusiya tədqiqatçıları Dərbənd şəhərinin tarixini lokallaşdı-
raraq, yalnız Qafqaz Albaniyasının xristianlıq dövrü ilə məhdudlaşdırır, bu-
rada aşkar olunan qədim damğa işarələrinin və rəmzlərinin semantikasını ya
İsa Məsih dini çərçivəsində yozur, ya da onların irandilli və ya qafqazdilli
xalqlara məxsus olduqlarını iddia edirlər. Bu iddialar Dərbənd qala divarların-
dakı, o cümlədən Qiyamət qapısı üzərindəki damğa işarələrini də
əhatə edir. Kumık alimi Kamil Əliyev Dağıstan ərazisindəki türk damğalarına
həsr olunmuş məqaləsində həmin işarələrə toxunarkən onların analoqlarına
Şimali Qafqazdakı Macar şəhəri (XIII—XVI əsrlər, Qızıl Orda) xarabalıqların-
da da rast gəlindiyini bildirir. Bu damğanın türk mənşəli olmasını təsdiqləyən
faktlar onların çoxsaylı nümunələrinin Mərkəzi Asiya xalqları
,
150
Polşa-Litva tatarları
,
151
Şimali Qafqazdakı qaraçaylar , balkarlar ,
152
noqaylar ,
153
Kazan tatarları
154
arasında daha geniş yayılması, hətta Qı-
zıl Ordanın sikkələri üzərində
155
həkk edilməsidir.
Tanınmış tarixçi Kamilla Trever yazırdı ki, «
Birmənalı olaraq, Albaniya-
nın ilk hökmdarları yerli zadəganların, güclü tayfa başçılarının içərisindən
çıxmışlar».
156
Diqqət çəkən məqamlardan biri Qafqaz Albaniyasında əlifba
islahatı aparan hökmdar Asvagenin (IV əsrin sonu, V əsrin əvvəlləri) damğa
işarəsi
vasitəsilə onun etnik kökəninə müəyyən aydınlıq gətirilməsinin
mümkünlüyüdür. Ortaq türk damğaları içərisində ilkin olaraq «aybulat» (Ay-
polad, Ay qılıncı, hilal, Qərb və rus mənbələrində «Ay arabası») kimi tanı-
nan bu işarənin digər variantları, məsələn, damğada hilalın bədirlənmiş Ayla
və ya Günəşlə əvəz oluması Qızıl Orda dövlətinin və Krım xanlığının
metal sikkələri üzərində yer almışdır. Dağıstan Respublikası Arxeologiya və
Etnoqrafiya İnstitutunun əməkdaşı Murtazəli Hacıyev möhürdə həmin damğa
ətrafındakı yazıları «Azvahen Aran şah» (Azvahen Aranın/Albaniyanın şahı)
150
Е.Ямаева. «Родовые тамги алтайских тюрок (XIX-XX вв.)». Горно-Алтайск, 2004.
151
Я.Гришин. «Польско-литовские татары (Наследники Золотой Орды). Казань, 1995.
152
Х.Яхтанигов. «Северокавказские тамги». Нальчик, 1993.
153
А.-X. Щ. Джанибеков, «Очерки по истории ногайцев», 1935 г., Архив Даг. НИИЯЛ
154
http://kazan-tatar.narod.ru/tamga.htm
155
«Монеты Золотой Орды и Крымского ханства», Одесский музей нумизматики, http://www.
museum.com.ua
156
К.Тревер. «Очерки по истории и культуре Кавказской Албании. IV в. до н. э. – VII в. н. э.».
М. – Л., 1959.
Damğalar, rəmzlər… mənimsəmələr
- 285 -
kimi oxumuşdur.
157
Bu rəmzin prototiplərinə və bənzərlərinə Qobustan
,
158
Qərbi Azərbaycan
,
159
sarmat
,
160
Bolqarıstan ərazisindəki türk
,
161
Krım tatarları
,
162
qaraçay
,
163
Altay
damğa nişanları arasın-
da rast gəlirik. Maraqlıdır ki, tarixşünaslıqda Asvagen Arşakilər sülaləsinin
nümayəndəsi kimi tanınsa da, həmin sülalənin rəmzləri arasında
bu işarə yoxdur. Lakin Sasani xanədanının son dövrlərinə aid olan və
Turanla etnomədəni inteqrasiya, xüsusilə Qafqaza və Cənubi Qafqaza gəlib
çatan ağ hunlarla (eftalitlər, abdallar) hərbi-siyasi təmaslar nəticəsində bura-
da yayılan türk tanınma-fərqləndirmə nişanları sırasında Aybulat işarəsinə də
təsadüf edirik.
164
Ardıcıllıqla: Eramızın birinci əsrinə aid Xarəzm mis sikkəsində
Aybalta işarəsi (sxematik təsvir).
165
Qafqaz Albaniyası hökmdarı Asvageninmöhürü və
Abdal şahı (xaqanı) Lahanın sikkəsi üzərində Aybulat damğası.
Analoji hal kimi onu da misal çəkə bilərik ki, sasanilərin son hökmdarların-
dan olan II Xosrov Pərvizin (591-628-ci illərdə hakimiyyətdə olmuşdur) dam-
ğası da qədim türklərin «and» işarəsi
olmuşdur. S.Yasenko sasani dam-
ğaları təsnifatına sonradan daxil olmuş bu rəmzin etnik mənşəyinin fərqinə
157
М. С. Гаджиев. «Гемма-печать царя Албании Асвагена», Вестник древней истории. – 2003.
158
M.Fərəcova. «Azərbaycan qayaüstü incəsənəti». Bakı, 2009.
159
Г.Ваганян, В.Ваганян. «Каменная летопись цивилизации». Ереван, 2006.
160
Л. Лавров. «Кавказские тамги» // Историко-этнографические очерки Кавказа. Л.,1978,
161
Э.Триярский. «Тамги тюркских племен Болгарии» // UAJG. 47 (1975),
162
О.Акчокраклы. «Татарские тамги в Крыму», http://crimeantatars.com
163
Н.Будаев. «Западные тюрки в странах Востока», http://buday.narod.ru.
164
С. Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья»,
Российская Академия Наук, Москва Издательская фирма ”Восточная литература”, РАН 2001.
165
Б.Вайнберг. «Монеты древнего Хорезма». Москва, 1977.
Damğalar, rəmzlər… mənimsəmələr
- 286 -
varmadan onu «olduqca nadir damğa tipi» adlandırmışdır.
166
Məlumdur ki, sa-
sani ordusunun aparıcı hissəsi «eftalitlər» və «abdallar» adlandırılan ağ hun-
lardan ibarət olmuşdur. Eftalit-abdalların damğa işarələrindən biri isə Aybulat
rəmzi olmuşdur. Dünyanın bir sıra nüfuzlu şərqşünasları və türkoloq-
ları, o cümlədən Mançestr Universitetinin professoru Eduard Parker eftalit/
abdalların birmənalı olaraq qədim türk tayfalarından biri olduğunu bildirir.
167
Abdallar eramızın IV-VI əsrlərində güclü tayfalar ittifaqı yaradaraq, Mərkəzi
Asiyanı, Əfqanıstanı və Hindistanın şimal hissələrini əhatə edən güclü dövlət
qurmuş, dəfələrlə sasani ordularını ağır məğlubiyyətə uğratmış, Ərəb xilafətinə
qarşı döyüşmüş, hakim sülalələr qurmuşlar. Sonralar onların bir hissəsi Ön və
Mərkəzi Asiya tarixində «xələclər» adı ilə qalmışdır. Məsələn, Səfəvilər dövrü
tarixçilərinin görkəmli nümayəndələrindən olan İsgəndər bəy Münşi 1629-cu
ildə tamamladığı «Tarixi-aləm-arayi Abbasi» əsərində yazırdı: «
Şamlı elinin
abdallu oymağından olan adlı-sanlı əmir Həsən xan atası Hüseyn xanın
yerinə Xorasan bəylərbəyidir». Yeri gəlmişkən, tarixi Azərbaycan torpaq-
larında, o cümlədən Şimali və Cənubi Azərbaycanda, Qərbi Azərbaycanda,
Gürcüstanda, Qafqazda, Anadoluda «abdal» etnonimi ilə əlaqəli toponimlər
çoxdur. Xatırladaq ki, Azərbaycanın Tovuz rayonunda «Abdal» adı ilə çay,
Orbubadda dağ, Oğuz, Qubadlı və Ağdam bölgələrində kəndlər vardır. Bun-
dan başqa, Laçın rayonunun keçmiş adı «Abdallar» olmuşdur. Belə olduğu
halda, Rusiyanın və Ermənistanın müəyyən dairələri tərəfindən idarə olunan
separatçı «Federal Ləzgi Milli Mədəni Muxtariyyəti» təşkilatının abdallar tay-
fasının damğa işarəsini öz bayrağı üzərində yerləşdirməsi absurd, lakin izah
olunan hərəkətdir. Axı, Qafqazın və Cənubi Qafqazın qədim fərqləndirmə-
tanınma nişanları təsnifatlarında «ləzgi damğaları» anlayışı yoxdur. Digər
tərəfdən, Dağıstan ərazisində bu damğaların ən çox yayıldığı Dərbənd şəhərinə
ləzgilərin kütləvi köçü yalnız XIX əsrin sonlarına təsadüf edir.
Qafqaz Albaniyası ərazisində geniş yayılan, vaxtilə Hun imperiyasında
hakim zümrənin, Atillanın da mənsub oduğu dulo tayfasının etnik damğa
işarələrindən olan və onların müxtəlif variantları Xəzər dənizinin qar-
şı tayında - Mərkəzi Asiyada da «alban» adı ilə yayılmışdır. Burada həmin
damğanın daşıyıcıları isə çoxsaylı və nüfuzlu alban-suan tayfasıdır. Oljas
Süleymenov «alban-suan» etnonimini «alban-suvar», daha doğrusu, «Alba-
niya suvarları» ifadəsinin qazax dilinə uyğunlaşdırılmış variantı olmasının
166
Yenə orada.
167
Е.Паркер. «Тысяча лет из истории татар», http://www.mirzayanov.com/images/TisjachaletfFebr14.pdf
Damğalar, rəmzlər… mənimsəmələr
- 287 -
qənaətindədir. Onun fikrincə, vaxtilə Qafqaz Albaniyası ərazisində yaşayan
suvar tayfasının bir hissəsi müharibələr nəticəsində bu torpaqları tərk etmiş
və Qazaxıstanda məskunlaşmışdır. Belə ad və rəmz oxşarlığını təsadüf adlan-
dırmaq olarmı? Axı vaxtilə Hun konfederasiyasının tərkibində şərqdən-qərbə
və cənuba köç etmiş suvarlar geri qayıdan zaman özləri ilə rəmzlərini və adət-
ənənələrini də gətirmişlər. Azərbaycan tədqiqatçısı Rauf Hüseynov «Rusiya,
Avropa və digər mənbələr Böyük Azərbaycan haqqında» adlı məqaləsində Çin
salnamələrində və Çin dilinin leksikasında yer alan maraqlı bir məqama toxu-
nur:
«Çin Xalq Respublikası ərazisində yaşayan qazaxların alban tayfası
burada «azebajen» kimi tanınır».
168
Tarixi Azərbaycan torpaqları ilə bağlı
növbəti etnonim bənzərliyi Oljas Süleymenovun da diqqətindən kənarda qal-
mamışdır. O bu barədə yazır
: «Rus-Çin sözlüyündə rast gəldim ki, çinlilər
«alban» sözünü «azebajen» (Çin dilində «r» və «c» səsləri yoxdur) kimi
tələffüz edirlər. Türkdilli xalqın adı ilə belə bənzərlik təsadüfidirmi?
Axı eramızın əvvəllərində, vaxtilə Böyük İpək Yolunun keçdiyi Şima-
li Azərbaycan əraziləri o dövrlərdə «Albaniya» adlanırdı. … Uzaq
keçmişdən etibarən Tyan-Şan dağlarının ətəklərində qazaxların alban
tayfası məskunlaşmışdır. Çinlilər bu gün də onlara «azebajen» deyirlər.
Onlar vaxtilə həmin Albaniyadan qopub Mərkəzi Asiyaya gəlmişlər».
169
Azərbaycanın qədim və tarixi şəhərlərindən olan
Dərbənd geosiyasi ma-
raqların və siyasi doktrinaların hədəfindədir. Bu gün Dərbənd Azərbaycan
Respublikasının şimal qonşusu olan Rusiya Federasiyasının inzibati ərazisinə
daxil olsa da, rusiyalılara olduğu qədər, hər bir azərbaycanlı üçün də doğma-
dır. Buradakı arxeoloji və etnoqrafik laylarda skif, sarmat, hun, xəzər, oğuz,
qıpçaq mədəniyyətlərinin izləri aydın görünməkdədir. Stəkanda fırtına ya-
radan separatçı qurumlar Azərbaycanı heç bir əsas olmadan guya «Dağıstan
xalqlarının tarixi irsini mənimsəməkdə», Rusiyaya qarşı «ərazi iddialarında»,
«Rusiyanın daxili işlərinə qarışmaqda» təqsirləndirir, Rusiyanın şəhərlərində
uğursuz siyasi şoular keçirir, tarixi Azərbaycan dövləti olan Qafqaz Al-
baniyasının maddi-mədəni irsini mənimsəməyə, həm Dağıstanda, həm də
Azərbaycanda etnik zəmində qarşıdurmalar yaratmağa cəhdlər göstərir, hətta
«1934-cü ilədək Dağıstanda azərbaycanlıların yaşamaması» haqqında sərsəm
bəyanatlar verirlər. Tarixi sübutlar isə bunların əksini söyləyir.
168
Р.Гусейнов. «Большой Азербайджан в российских, европейских и иных источниках»,XIII
Dostları ilə paylaş: |