ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞ FƏNDLƏRİ
SİQNALIN VERİLMƏSİ (1)
Nümunə
Sara təklif edir: "Bəlkə də, birinci mərhələni növbəti cümə gününə qədər tamamlamağı
planlaşdıra bilərik".
Altay dərhal etiraz edir: "Yox, məncə, çox gecdir".
Altay öz mövqeyini əsaslandıra bilsə belə, Sara "yox" sözünü
eşitdiyi andan əks cavab
hazırlamağa başlayacaq. O, Altayın izahına qulaq asmayacaq, çünki yalnız öz cavabı
haqqında düşünəcək.
Altay sətirarası cavab verməli idi: "Elə olsa, ideal olardı, lakin layihəni ayın
sonuna qədər
tam yekunlaşdırmağa razılıq vermişik. Növbəti cümə günündən sonra qalan mərhələləri
tamamlamaq üçün kifayət qədər vaxtımız olacaqmı?"
Bu cavabın düşüncə və müzakirəni təşviq etmək ehtimalı daha yüksəkdir.
Nəticədə, güzəşt
əldə edilə və ya məqbul alternativ tapıla bilər.
70
Copyright protected – Management Pocketbooks Ltd
ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞ FƏNDLƏRİ
XÜLASƏLƏR
Yaxşı nümayəndələr
müntəzəm olaraq ümumiləş-
dirmə aparır və xülasə verirlər, çünki bu:
●
mürəkkəb məsələləri nəzarətdə saxlayır;
●
irəliləyişin nə dərəcədə real olub-olmadığını
yoxlayır;
●
sizə qarşı tərəfin
dediklərini təkrar etmək
imkanı verir;
●
təşəbbüsü ələ almağınıza kömək edə bilir;
●
müzakirələri öz məcrasında
saxlaya bilir;
●
yanlış şərh, yanlış anlama və sonrakı
inclikliklərin qarşısını ala bilir.
Başqa sözlə desək,
xülasələr işi nəzarətdə
saxlamağa kömək edir.
Dostları ilə paylaş: