YEKUN YOXLAMA SİYAHILARI
YOXLAMA SİYAHISI 1
DANIŞIQLARIN APARILMASI ÜÇÜN TAKTİKALAR
1. Danışıqlara düzgün mövqedən başlayın.
Planınız təşəbbüsü asanlıqla ələ almağa və sürətlə istədiyiniz
mövzulara keçməyə
imkan verməlidir.
2. Qarşınıza yüksək məqsədlər qoyun.
Bu yolla, sövdələşmə sizi yaxşı hesab etdiyiniz mövqedən çox uzaqlaşdırmayacaq.
3. Hisslərinizi büruzə verməyin.
"Blef elementi" adlanan bir amil mövcuddur. Vacib
bir məsələyə cavab verərkən
simanız (və ya bədən diliniz) "xırda məsələdir" deyərsə, daha üstün mövqedən çıxış
edə bilərsiniz.
4. Səssizlikdən istifadə edin.
Bəzi şeylərə, ümumiyyətlə, reaksiya vermək tələb olunmur.
5. Erkən mərhələdə yaranan çətinliklərə qarşı diqqətli olun.
Mübahisəli məsələləri həll etməzdən əvvəl aranızda etibarlı
münasibət və dinamika
formalaşdırın.
6. Faktları şişirtməyin.
Faktlar dəqiqləşdirilə və sonradan problem doğura bilər.
105
1-ci M
ƏSƏLƏ
2-ci M
Dostları ilə paylaş: