* Mutasiyalar nizamsızdır:
Mutasiyalar əvvəldən mövcud olan quruluşu dəyişdirərlər, lakin bunu tamamilə nizamsız bir şəkildə edərlər. Mutasiyaların bir-birlərini tamamlayıcı bir xüsusiyyətləri yoxdur və ya bir məqsədə istiqamətli toplanan bir təsirləri də ola bilməz. Mutasiyaların nizamsız təsir etməsiylə əlaqədar Fransız Elmlər Akademiyasının eks-prezidenti Pierre Paul Grasse belə deyir:
Bir canlı bədənində çox kiçik belə olsa, bir nizamsızlıq meydana gəldiyində, bunun nəticəsi ölüm olar. Həyat faktı ilə anarxiya (nizamsızlıq) arasında heç bir ola mövcud uzlaşma yoxdur.(240)
* Bir mutasiyanın sonrakı nəsillərə təsir etməsi üçün,
mütləq çoxalma hüceyrəsində meydana gəlməsi lazımdır:
Bədənin hər hansı bir hüceyrəsində və ya orqanında meydana gələn dəyişiklik bir sonrakı nəsilə köçürülməz. Məsələn, bir insanın qulağı və ya qolu, radiasiya və bənzəri təsirlərlə mutasiyaya uğrayıb orijinal formasından fərqli hala gələ bilər. Lakin bu dəyişikliklər çoxalma hüceyrəsindəki DNT molekulunda meydana gəlmədikcə sonrakı nəsillərə keçməyəcəkdir. Sonrakı nəsillərə təsir etməsi üçün mutasiyanın trilyonlarca hüceyrədən yalnız çoxalma hüceyrəsində olması şərti təkamülçülərin gözləmələrini daha da qeyri-mümkün hala gətirər.
* Mutasiyalar nadirdir:
Mutasiyalar ancaq nadir hallarda reallaşır. Bir hüceyrənin DNT-si köçürülərkən, bir tərəfdən də fermentlər düzəlişlər edərlər. Bu səbəblə, əvvəlki bölmələrdə də ətraflı toxunduğumuz kimi, köçürmə əsnasında çox nadir olaraq səhv olur. Mutasiyalar üzərində edilən təxminlər isə yalnız milyonda bir canlının mutasiya yaşayacağını göstərir. (241) Molekulyar bioloq Prof. Gerald L. Schroeder mutasiyalara əsaslanan xəyali təkamül iddialarını belə tənqid edir:
... Molekulyar biologiyada inkişaflar, həyatın varlığının hər mərhələsində görülən böyük bir kompleksliyi gözlər önünə sərmişdir, buradakı komplekslik nisbəti o qədər yüksəkdir ki, əgər bunun addım-addım yaradılması üçün təsadüfi mutasiyalara bel bağlasaydıq, Nobel mükafatlı De Duvun ifadə etdiyi kimi "sonsuzluq belə bunun üçün kafi olmazdı." (242)
Elə bu səbəblə, yenə Grassın ifadəsiylə "mutasiyalar nə qədər çox sayda olursa olsunlar, hər hansı bir təkamül meydana gətirməzlər." (243)
* Mutasiyalar növ dəyişikliyi etməz:
Bunun ən açıq dəlillərindən biri isə illərdir meyvə ağcaqanadları üzərində edilən sınaqlardır. Radiasiyaya məruz qalan meyvə ağcaqanadlarının bir çox mutantı meydana gəlmişdir: Həddindən çox qanadı çıxan meyvə ağcaqanadları, qanadsız meyvə ağcaqanadları, çox böyük qanadları olan meyvə ağcaqanadları, çox kiçik qanadları olan meyvə ağcaqanadları kimi ... Hər nə qədər çoxu şikəst qalmış, bir qismi həyatını itirmiş olsa da, nəticədə bunların hamısı meyvə ağcaqanadı olaraq qalmışdır. Yeni bir növə çevrilməmişlər .
Genlərdəki düzülüşdə meydana gələn ən kiçik bir yer dəyişdirmə və ya əskilmə, asanlıqla ölümcül nəticələr doğura bilir. Bu qədər həssas bir düzülüşün tamamilə təsadüflərə əsaslanan mutasiyalarla canlının genetik məlumatına əlavə edərək onu başqa növlərə təkmilləşdirilməsi mümkün deyil. Necə ki, təkamülçülərin nəzəriyyələrini sübut etmək üçün laboratoriyada mutasiyaya məruz edilən bütün heyvan embrionları şikəst və ya ölü doğulur.
Bütün bunlar onu göstərir ki, təkamülçülərin iddia etdiyi kimi, canlıların mənşəyində təsadüfi mutasiyaların yeri yoxdur. Qaldı ki, əsrimizin inkişaf etmiş texnologiyasıyla və istedadlı elm adamlarının sıx işləriylə belə, yeni bir növ istehsal etmək mümkün deyil. Göründüyü kimi, mutasiyalar heç bir şəkildə canlılardakı müxtəlifliyin səbəbi ola bilməzlər. DNT-dəki qüsursuz düzülüş ancaq xüsusi bir yaradılışın nəticəsidir. Bu yaradılış üstün güc sahibi olan Allaha aiddir. Allahın qüsursuz yaratması Quranda belə xəbər verilir:
Allah, yer üzünü sizin üçün bir qərar, göyü isə tavan etdi; sizə surət verib surətlərinizi də ən gözəl (bir forma və incəlikdə) etdi və sizə pak nemətlərdən ruzi verdi. Məhz sizin Rəbbiniz olan Allah budur. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır. O, Hayy (diri) olandır. Ondan başqa ilah yoxdur, elə isə dini yalnız Ona xalis qılanlar olaraq Ona dua edin. Aləmlərin Rəbbinə həmd olsun. (Mömin surəsi, 64-65)
Cansız maddənin öz-özünə bir araya gəlib DNT kimi möhtəşəm sistemlərə sahib canlıları meydana gətirdiyini iddia edən təkamül nəzəriyyəsi elmə və ağıla tamamilə zidd olan bir xəyaldır. Bütün bunlar bizi açıq-aşkar bir nəticəyə aparar. Həyatın bir planı (DNT) olduğuna və bütün canlılar bu plana görə yarandıqlarına görə açıqdır ki, bu planı ortaya çıxaran üstün bir Yaradıcı vardır. Yəni bütün canlılar sonsuz bir güc və ağıl sahibi olan Allahın yaratması ilə mövcud olmuşlar. Allah Quranda bu həqiqəti belə bildirir:
O Allah ki, yaradandır, qüsursuzca var edəndir, şəkil və surət verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Əziz, Hakimdir. (Həşr surəsi, 24)
Hüceyrəyə həyat verən Uca Allahdır
Bura qədər bəhs etdiyimiz bütün imkansızlıqlar və məntiqsizlikləri bir an üçün unudaq və ibtidai dünya şərtləri kimi ola biləcək ən əlverişsiz mühitdə bir zülal molekulunun təsadüflərlə meydana gəldiyini fərz edək.
Tək bir zülalın meydana gəlməsi də yetməyəcək, bəhs edilən zülalın bu nəzarətsiz mühitdə başına heç bir şey gəlmədən özü kimi təsadüfən meydana gələcək başqa zülalları gözləməsi lazım olacaqdı ... Ta ki, hüceyrəni meydana gətirəcək milyonlarla uyğun və lazımlı zülal, həmişə təsadüfən eyni yerdə yan-yana yaranana qədər. Əvvəldən meydana gələnlər, o mühitdə ultrabənövşəyi şüalara, şiddətli mexaniki təsirlərə baxmayaraq heç bir pozulmaya uğramadan, səbirlə dərhal yanlarında digərlərinin təsadüfən meydana gəlməsini gözləməliydilər. Sonra kafi sayda və eyni nöqtədə meydana gələn bu zülallar, mənalı şəkillərdə bir yerə gələrək hüceyrənin orqanoidlərini əmələ gətirməliydilər. Aralarına heç bir xarici maddə, zərərli molekul, işə yaramaz zülal zənciri qarışmamalıydı. Sonra bu orqanoidlər son dərəcə planlı, nizamlı, uyğun və əlaqəli bir şəkildə bir yerə gəlib bütün lazımlı fermentləri də yanlarına alıb bir pərdə ilə örtünsələr, bu pərdənin içi də bunlara ideal mühiti təmin edəcək xüsusi bir maye ilə dolsaydı, bütün bu qeyri-mümkün hadisələr baş versəydi belə, bu molekul yığını canlanardımı?
Cavab "xeyr"-dir! Çünki araşdırmalar göstərmişdir ki, həyatın başlaması üçün yalnız canlılarda olması lazım olan maddələrin bir yerə gəlmiş olması kifayət deyil. Həyat üçün lazımlı bütün zülalları yığıb bir təcrübə balonuna qoysaq, yenə də canlı bir hüceyrə əldə etməyi bacara bilmərik. Bu mövzuda edilən bütün təcrübələr müvəffəqiyyətsiz olmuşdur. Bütün təcrübə və müşahidələr isə həyatın ancaq həyatdan gəldiyini göstərmişdir. Həyatın cansız maddələrdən təsadüflər nəticəsində ortaya çıxdığı iddiası, yalnız təkamülçülərin xəyallarında yer alan, bütün müşahidə və təcrübələrə zidd bir nağıldır.
Cardiff Universitetindən Tətbiqi Riyaziyyat və Astronomiya Professoru Chandra Wickramasinghe həyatın təsadüflərlə doğulduğuna on illər boyunca inandırılmış bir elm adamı olaraq qarşılaşdığı bu həqiqəti belə izah edir:
"Bir elm adamı olaraq aldığım təhsil boyunca, elmin hər hansı bir şüurlu yaradılış anlayışı ilə uyğunlaşmayacağına dair çox güclü bir nəticəyə tabe olundum. Bu anlayışa qarşı şiddətli mövqe alınması lazım idi ... Amma hal-hazırda Allaha inanmağı lazımlı edən açıqlama qarşısında, irəli sürülə biləcək heç bir ağıllı arqument tapa bilmirəm ... Biz həmişə açıq bir zehinlə düşünməyə alışdıq və indi həyata gətirilə biləcək tək məntiqli cavabın yaradılış olduğu nəticəsinə gəlirik, təsadüfi qarışıqlıqlar deyil." (244)
Bu vəziyyətdə yer üzündəki ilk həyatın da ancaq bir həyatdan gəlməsi lazımdır. Elə bu "Hayy" (həyat sahibi) olan Allahın yaratmasıdır. Həyat ancaq Onun diləməsiylə başlayır, davam edir və sona çatır. Təkamül isə canlılığın necə başladığını açıqlamaq bir yana, canlılıq üçün lazımlı vəsaitin necə meydana gəldiyini və bir yerə gəldiyini belə açıqlaya bilmir. Quranda Rəbbimiz belə bildirir:
Yaradan, heç yaratmayan kimidirmi? Artıq öyüd-nəsihət alıb-düşünməzlərmi? Əgər Allahın nemətlərini saymağa qalxsanız, onu bir ümumiləşdirmə edərək belə sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir. Allah, gizli saxladığınızı və aşkarda etdikləriniz hər şeyi bilir. Allahdan başqa yalvardıqlarınız heç bir şeyi yarada bilməzlər, həmçinin onlar özləri yaradılmışdırlar. (Nəhl surəsi, 17-20)
NƏTİCƏ
DNT Uca Rəbbimizin yaratma sənətinin bir nümunəsidir
Kitab boyunca bəhs etdiyimiz DNT-nin fəaliyyətlərini və hüceyrə içində olanları belə düşünək: Hüceyrəni meydana gətirən molekulların beyinləri yoxdur, amma bir yerə gəlib məqsədəuyğun qərarlar verir, vəziyyətə görə strategiya izləyir, təhlükələrə qarşı tədbirli davranırlar. Yaddaşları yoxdur, amma dostlarını və düşmənlərini tanıyır, ona görə üsul izləyir, lazımlı olanı, lazımsızı, faydalı olanı, faydasızı ayırd edirlər. Bir tərəfdən fəaliyyətlərini edib, bir tərəfdən də israfa, çirkliliyə icazə vermir, məhsuldar çalışır və işlərinin ardınca ətraflarını təmizləyirlər. Digər tərəfdən davamlı olaraq xəbərləşir və uyğun bir qrup əməliyyatı edirlər. Ortaq bir qərar verib hərəkət edə bilir, nə zaman hara getmələri lazım olduğunu, hansı problemi necə həll etmələri lazım olduğunu bilirlər. Hüceyrə içində müxtəlif nizamlar qururlar, məlumat saxlayır, lazım olduqda bu məlumatı istifadə edir, köçürür, tərcümə edirlər ... Bütün bunları yatmadan, istirahət etmədən sürətlə edirlər. Qısaca, sizin edə bilməyəcəyiniz fəaliyyətləri, fövqəladə bir müvəffəqiyyətlə, üstün bir ağıl göstərərək edirlər. Məhz bütün bunları edən hava, torpaq və ya sudakı kimi atomlardan ibarət olan şüursuz molekullardır. Ancaq Allahın diləməsiylə bu atomlar canlılığı yaratmaq üçün müəyyən bir nizamla bir yerə gəlir və Uca Rəbbimizin istiqamətləndirməsiylə şüurlu davranışlar edirlər.
Charles Darvin isə XIX əsrin cəhalətiylə həyata belə baxırdı: "Çox sadə bir başlanğıcdan sonsuz şəkildə ən gözəl möcüzələr meydana gəldi və indi təkmilləşirlər." (245) Darvin xüsusi yazışmalarında da, ammonyak və fosfor duzları, işıq, istilik, elektrik və başqalarının olduğu kiçik, isti bir göldə, həyatın özbaşına meydana gəldiyini irəli sürmüşdü.(246) Məhz Darvin üçün həyatın mənşəyi belə sadə idi. Ancaq Darvinin yolunu izləyənlər bu düsturu-hətta daha inkişaf etdirilmiş hallarını-dəfələrlə tətbiq etmələrinə baxmayaraq, bir canlının ən kiçik hissəsini belə əldə edə bilmədilər. Darvinistlər bu düsturu istədikləri qədər vəsait ilə istədikləri müddət boyunca təkrar etsələr də, nəticə yenə dəyişməyəcək. "Canlılığı Allahın yaratdığı" xaricində bir nəticəyə heç bir zaman çata bilməzlər. Heç şübhəsiz, Darvin də "DNT-ni bilsəydi", belə böyük bir axmaqlığın altına imzasını atmazdı.
Lakin Darvini kor-koranə izləyən bir çox elm adamı hələ də həyatın mənşəyinə xəyalpərəstcə baxmağa davam edirlər. Əlbəttə ki, bu xəyallar darvinistlər üçün hər dəfə özü ilə xəyal qırıqlığını da gətirir. Çünki darvinizm heç bir zaman bir elm olmamışdır. Bir çox elm sahəsi vardır, lakin darvinizm yalnız xəyallara, ön mühakimələrə və yalanlara söykənən bir fəlsəfədir.
Ağıl və vicdan sahibi hər insan bədənindəki mükəmməl sistemlərin şüursuz atomlar tərəfindən öz-özünə meydana gələ bilməyəcəyini təqdir edəcək. Allahın izni və məlumatı olmadan, nəinki bir insanın yürüməsi və ya danışması, həmçinin, o insanın tək bir hüceyrəsindəki bir molekul hissəsinin hərəkəti belə mümkün deyil. İnsan bədənində trilyonlarca hüceyrənin hər birində fasiləsiz işləyən sistemlər, insana Allahın sonsuz ağlını, elmini, gücünü, yaradılışındakı sonsuz mükəmməlliyi göstərir. Qaldı ki, sonsuz mərhəmət sahibi Rəbbimizin varlığının dəlilləri yalnız bu kiçik molekulda-DNT-də-deyil, kainatın hər nöqtəsində sərgilənir. Bir Quran ayəsində belə bildirilir:
De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir”. (Rad surəsi, 16)
TƏKAMÜLÜN YANLIŞLIĞI
Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini rədd etmək məqsədi ilə ortaya atılan, lakin müvəffəqiyyətli ola bilməyən və elmdən kənar olan mənasız fikirdən başqa bir şey deyil. Canlının cansız maddələrdən təsadüfən meydana gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çoxlu möcüzəvi nizam olduğunun elm tərəfindən isbat edilməsi ilə və təkamülün heç bir zaman baş vermədiyini ortaya qoyan 300 milyona yaxın qalığın tapılması ilə çürümüşdür. Beləcə, Allahın bütün kainatı və canlıları yaratdığı həqiqəti elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsinə dəstək olmaq üçün dünya səviyyəsində aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, çoxtərəfli şərh olunmasına, elm adı altında deyilən yalanlara və edilən saxtakarlıqlara əsaslanır.
Ancaq bu təbliğat həqiqəti gizləyə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixinin ən böyük yalanı olduğu son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə, 1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoymuş və bu həqiqət bir çox alim tərəfindən də dilə gətirilmişdir. Xüsusilə, ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən olan çoxlu sayda tədqiqatçı alim darvinizmin əsassızlığını görür, canlıların mənşəyini yaradılış həqiqəti ilə açıqlayırlar.
Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini digər bir çox əsərlərimizdə bütün elmi təfərrüatları ilə göstərdik və göstərməyə davam edirik. Ancaq mövzu böyük əhəmiyyət daşıdığına görə burada da ümumiləşdirməkdə fayda vardır.
Darvini yıxan çətinliklər
Təkamül nəzəriyyəsi tarixinin qədim yunanlara qədər gedib çıxan bir nəzəriyyə olmasına baxmayaraq, əhatəli olaraq 19-cu əsrdə ortaya atıldı. Nəzəriyyəni elm dünyasında gündəmə gətirən ən əhəmiyyətli yenilik Çarlz Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı fərqli canlı növlərinin Allahın ayrı-ayrı yaratdığı həqiqətinə qarşı çıxırdı. Darvinə görə, bütün növlər ortaq bir atadan gəlirdilər və zamanla kiçik dəyişmələrlə fərqliləşiblər.
Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı; özünün də qəbul etdiyi kimi, yalnız bir məntiq irəli sürmək idi. Hətta Darvinin kitabındakı “Nəzəriyyənin çətinlikləri” başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox əhəmiyyətli suala cavab verə bilmirdi.
Darvin nəzəriyyəsinin önündəki çətinliklərin inkişaf edən elm tərəfindən keçiləcəyini, yeni elmi tapıntıların nəzəriyyəsini gücləndirəcəyini ümid edirdi. Bunu kitabında tez-tez ifadə etmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin təməl iddialarını bir-bir əsassız etmişdir.
Darvinizmin elm qarşısındakı məğlubiyyəti üç təməl başlıqda nəzərdən keçirilə bilər:
1) Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.
2) Nəzəriyyənin irəli sürdüyü təkamül mexanizmlərinin, həqiqətdə təkmilləşdirici bir təsirə sahib olduğunu göstərən heç bir elmi tapıntı yoxdur.
3) Fosil (qalıq) qeydləri təkamül nəzəriyyəsinin nəzərdə tutduqlarının tam əksi olan bir cədvəl ortaya qoyur.
Bu hissədə bu üç təməl başlığı ana xətləri ilə araşdıracağıq.
Keçilə bilməyən ilk pillə: həyatın mənşəyi
Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8 milyard il əvvəl ibtidai dünyada ortaya çıxan tək bir canlı hüceyrədən gəldiyini iddia edir. Tək bir hüceyrənin necə oldu ki, milyonlarla kompleks canlı növünü meydana gətirdiyi və əgər həqiqətən bu cür təkamül reallaşmışdırsa, niyə bunun izlərinin fosil qeydlərində olmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül müddətinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Haqqında danışılan o ilk hüceyrə necə ortaya çıxmışdır?
Təkamül nəzəriyyəsi yaradılışı cahil olaraq rədd etdiyi üçün və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün o ilk hüceyrənin heç bir məqsəd, plan və tənzimləmə olmadan təbiət qanunları içində təsadüfi olaraq meydana gəldiyini iddia edir. Yəni nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən fundamental biologiya qanunlarına zidd bir iddiadır.
“Həyat həyatdan gəlir”
Darvin kitabında həyatın mənşəyi mövzusundan heç danışmamışdı. Çünki onun dövründəki ibtidai elm anlayışı canlıların çox sadə bir quruluşa sahib olduğunu fərz edirdi. Orta əsrlərdən bəri insanların inandığı “öz-özünə törəyən nəsil” adlı nəzəriyyəyə görə, cansız maddələrin təsadüfən bir yerə gəlib canlı bir varlıq meydana gətirə biləcəyinə inanırdılar. Bu dövrdə böcəklərin yemək artıqlarından, siçanların da buğdadan meydana gəldiyi geniş yayılmış bir düşüncə idi. Bunu isbat etmək üçün də maraqlı təcrübələr aparılmışdı. Çirkli bir əskinin üzərinə bir az buğda qoyulmuş və bir az gözlədikdə bu qarışıqdan siçanların meydana gələcəyi zənn edilmişdi.
Ətlərin qurdlanması da həyatın cansız maddələrdən törəyə bildiyinə bir dəlil sayılırdı. Halbuki, daha sonra aydın olacaqdı ki, ətlərin üzərindəki qurdlar öz-özlərinə meydana gəlmirlər, ağcaqanadların gətirib qoyduğu gözlə görünməyən sürfələrdən çıxırdılar.
Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən meydana gəldiyi inancı elm dünyası tərəfindən qəbul edilirdi.
Halbuki, Darvinin kitabının nəşr olunmasından beş il sonra məşhur fransız bioloqu Luis Paster təkamülə əsas verən bu inancı qəti olaraq təkzib etdi. Paster apardığı uzun təcrübələr nəticəsində aldığı nəticəni belə yekunlaşdırmışdı:
Cansız maddələrin həyat meydana gətirə biləcəyi iddiası artıq qəti olaraq tarixə basdırılmışdır.1
Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin tapıntılarına qarşı uzun müddət müqavimət göstərdilər. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin kompleks quruluşunu ortaya çıxardıqca, həyatın öz-özünə meydana gələ biləcəyi iddiasının əsassızlığı daha da aydınlaşdı.
20-ci əsrdəki nəticəsiz cəhdlər
20-ci əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü məşhur rus bioloqu Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrəsinin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq bu işlər müvəffəqiyyətsizliklə nəticələnəcək və Oparin bu etirafı etmək məcburiyyətində qalacaqdı:
Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsinin tamamını əhatə edən ən qaranlıq nöqtəni meydana gətirir.2
Oparinin yolunu izləyən təkamülçülər həyatın mənşəyi mövzusunu həll edəcək təcrübələr aparmağa çalışdılar. Bu təcrübələrin ən məşhuru amerikalı kimyaçı Stanley Miller tərəfindən 1953-cü ildə təşkil edildi. Miller ibtidai Yer atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə qurğusunda birləşdirib və bu qarışığa enerji əlavə edib zülalların quruluşunda istifadə edilən bir neçə orqanik molekul (aminturşular) sintez etdi.
O illərdə təkamül adına əhəmiyyətli bir mərhələ kimi tanıdılan bu təcrübənin əsaslı olmadığı və təcrübədə istifadə edilən atmosferin həqiqi dünya şərtlərindən çox fərqli olduğu növbəti illərdə ortaya çıxacaqdı.3
Uzun sürən səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi.4
Həyatın mənşəyi problemini açıqlamaq üçün 20-ci əsr boyu aparılan bütün təkamülçü səylər davamlı olaraq müvəffəqiyyətsizliklə nəticələndi. San-Diyeqo Skrips institutundan məşhur geokimyaçı Cefri Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə nəşr olunan bir məqalədə bu həqiqəti belə qəbul edir:
Bu gün 20-ci əsri geridə qoyarkən hələ 20-ci əsrə girdiyimizdə sahib olduğumuz ən böyük həll edilməmiş problemlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başladı?5
Həyatın kompleks quruluşu
Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda belə böyük çətinliyə düşməsinin başlıca səbəbi ən sadə zənn edilən canlı quruluşların belə inanılmaz dərəcədə kompleks quruluşlara sahib olmasıdır. Canlı hüceyrəsi insanların düzəltdiyi bütün texnoloji məhsullardan daha kompleksdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında belə cansız maddələr bir yerə gətirilərək canlı bir hüceyrə çıxarıla bilmir.
Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər əsla təsadüflərlə açıqlana bilməyəcək qədər çoxdur. Hüceyrənin ən fundamental quruluş maddəsi olan zülalların təsadüfi olaraq sintez edilmə ehtimalı 500 aminturşuları orta hesabla bir zülal üçün 1/10950-dir. Ancaq riyaziyyatda 1/1050-dən kiçik ehtimallar praktik olaraq qeyri-mümkün sayılır. Hüceyrənin nüvəsində yerləşən və genetik məlumatı saxlayan DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. İnsan DNT-sinin ehtiva etdiyi məlumatın kağıza köçürüldüyü təqdirdə 500 səhifədən ibarət 900 cildlik bir kitabxana meydana gətirəcəyi hesablanmışdır.
Bu nöqtədə çox maraqlı bir tərəddüd daha var: DNT yalnız bəzi xüsusiləşmiş zülalların (fermentlərin) köməyi ilə cütləşə bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar yönündə reallaşır. Bir-birindən asılı olduqlarından cütləşmənin meydana gəlməsi üçün ikisi də eyni anda mövcud olmalıdırlar. Bu isə həyatın öz-özünə meydana gəldiyi ssenarisini çarəsiz vəziyyətə salır. San-Dieqo Kaliforniya Universitetindən məşhur təkamülçü professor Lesli Orqel “Scientific American” jurnalının oktyabr, 1994 tarixli sayında bu həqiqəti belə etiraf edir:
Son dərəcə kompleks quruluşlara sahib olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda, təsadüfi olaraq meydana gəlmələri həddindən artıq ehtimaldan kənardır. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısilə, insan həyatın kimyəvi yollarla ortaya çıxmasının əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətində qalır.6
Şübhəsiz, əgər həyatın təbii amillərlə ortaya çıxması qeyri-mümkündürsə, bu vəziyyətdə həyatın yaradıldığını qəbul etmək lazımdır. Bu həqiqət, əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsini açıq şəkildə əsassız edir.
Təkamülün xəyali mexanizmləri
Darvin nəzəriyyəsini əsassız edən ikinci böyük nöqtə nəzəriyyənin təkamül mexanizmləri olaraq qarşıya qoyduğu iki anlayışın həqiqətdə heç bir təkmilləşdirici gücə sahib olmadığının aydınlaşmasıdır. Darvin ortaya atdığı təkamül iddiasını tamamilə təbii seleksiya mexanizminə bağlamışdı. Bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da açıq şəkildə aydın olurdu: növlərin mənşəyi, təbii seleksiya yolu ilə...
Təbii seleksiya təbii seçmə deməkdir. Təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun və güclü canlıların həyatda qaldığı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən təhdid edilən bir maral sürüsündə daha sürətli qaçan marallar həyatda qalır. Beləcə, maral sürüsü sürətli və güclülərdən meydana gəlir. Amma, əlbəttə, bu mexanizm maralları təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.
Buna görə də, təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə sahib deyil. Darvin də bu həqiqətin fərqində idi və “Növlərin mənşəyi” adlı kitabında: “Faydalı dəyişikliklər meydana gəlmədiyi müddətdə təbii seleksiya heç bir şey edə bilməz”, - demək məcburiyyətində qalmışdı.7
Lamarkın təsiri
Bəs bu “faydalı dəyişikliklər” necə meydana gələ bilərdi? Darvin öz dövrünün ibtidai elm anlayışı içində bu sualı Lamarka əsaslanıb cavablandırmağa çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə, canlılar yaşayış dövrlərində keçirdikləri fiziki dəyişiklikləri sonrakı nəslə köçürürlər və nəsildən-nəslə yığılan bu xüsusiyyətlər nəticəsində yeni növlər ortaya çıxırdı. Məsələn, Lamarka görə, zürafələr ceyranlardan törəmişdir, yüksək ağacların yarpaqlarını yeməyə çalışarkən nəsildən-nəsilə boyunları uzanmışdı.
Darvin də buna bənzər nümunələr vermiş, məsələn, “Növlərin mənşəyi” adlı kitabında yemək tapmaq üçün suya girən bəzi ayıların zamanla balinalara çevrildiyini iddia etmişdi.8
Amma Mendelin kəşf etdiyi və 20-ci əsrdə inkişaf edən genetika elmi ilə dəqiqləşən irsilik qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə köçürülməsi əfsanəsini qəti olaraq rədd etdi. Beləcə, təbii seleksiya özbaşına və dolayısilə, tamamilə təsirsiz bir mexanizm olaraq qalırdı.
Dostları ilə paylaş: |