Daşkənd Tibb Akademiyasının rektoru atu-nun qonağı oldu atu-nun Tədris Cərrahiyyə Klinikasında


«TƏBİB» Noyabr  ayının  21-də  ATU-nun  rektoru,  akademik  Əhliman



Yüklə 278,31 Kb.
səhifə7/30
tarix28.12.2021
ölçüsü278,31 Kb.
#9835
1   2   3   4   5   6   7   8   9   10   ...   30
«TƏBİB»

Noyabr  ayının  21-də  ATU-nun  rektoru,  akademik  Əhliman 

Əmiraslanov Bakıda səfərdə olan Daşkənd Tibb Akademiyasının 

rektoru Şavkat Karimovu qəbul edib. 

Görüş  zamanı  akademik  Ə.Əmiraslanov  qonaqlara  ATU-nun  fəaliyyəti, 

universitet  nəzdindəki  klinikalar,  mövcud  tədris  sistemi  haqqında  ətraflı 

məlumat verib. ATU-nun müasir tibbi avadanlıqlarla təchiz olunmuş 4 klini-

kasının fəaliyyət göstərdiyi bildirilib. Qeyd olunub ki, klinikalarda tələbələr 

və rezidentlərin praktiki vərdişlərə yiyələnməsi  üçün hər cür şəraiti olan 

xüsusi tədris mərkəzləri yaradılıb. Bununla yanaşı, bu müəssisələrdə həm 

də əhaliyə keyfiyyətli tibbi  xidmət göstərilir. Hər bir klinika öz profili üzrə 

ən  son  model  tibbi  avadanlıqlarla  təchiz  olunub  ki,  bu  da  pasiyentlərə 

qısa müddətdə tam dəqiq diaqnoz qoyulmasına, onların düzgün  müalicə  

olunmasına və  yüksək ixtisaslı həkimlər tərəfindən uğurlu əməliyyatların 

həyata keçirilməsinə imkan verir. 

ATU-nun Azərbaycanda yeganə tibb təhsil müəssisəsi olduğunu bildirən 

Ə.Əmiraslanov  universitetdə  xarici  ölkələrdən  olan  tələbələrin  də  oxudu-

ğunu  bildirdi.  Onun  sözlərinə  görə,  hazırda  universitetin  7000-dən  çox 

tələbəsi var və onlar tam beynəlxalq standartlara uyğun təhsil alır, yüksək 

şəraitli klinikalarda təcrübə  keçirlər.

Akademik  Şavkat  Karimov  da  öz  növbəsində  rəhbərlik  etdiyi  müəssisə 

haqqında məlumat verib. Onun sözlərinə görə, Daşkənd Tibb Akademiya-

sının tərkibində bir neçə universitet fəaliyyət göstərir. Artıq 11 ildir Akade-

miyaya rəhbərlik edən Ş.Karimov Azərbaycan Tibb Universiteti ilə əlaqələri 

genişləndirməyin tərəfdarı olduğunu vurğulayıb.

 Görüşün sonunda  Azərbaycan Tibb Universiteti və Daşkənd Tibb Aka-

demiyası arasında mütəxəssis və rezident mübadiləsi haqqında  qarşılıqlı 

əməkdaşlıq  müqaviləsi imzalanıb. 


Yüklə 278,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin