Daşkənd Tibb Akademiyasının rektoru atu-nun qonağı oldu atu-nun Tədris Cərrahiyyə Klinikasında



Yüklə 278,31 Kb.
səhifə8/30
tarix28.12.2021
ölçüsü278,31 Kb.
#9835
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
ATU-nun Tədris 

Cərrahiyyə 

Klinikasında 

süni mayalanma 

şöbəsi açılacaq

THİK Xocalı faciəsi ilə 

bağlı tədbirə hazırlaşır

Hərbi tibb fakültəsinin 

TEC-i təşkil olunub

Daşkənd Tibb Akademiyasının 

rektoru ATU-nun qonağı oldu

ATU-nun mətbuat xidməti



Bu  il  noyabrın  17-də  Azərbaycan 



Tibb Universitetində (ATU) Prezident ya-

nında Gənclər Fondunun maliyyə dəstəyi 

və Azərbaycan Tibb Universiteti Tələbə 

Həmkarlar  İttifaqı  Komitəsinin  (THİK) 

təşkilati dəstəyi ilə “Aktiv Tibb Tələbəsi 

Proqramı”  layihəsi  çərçivəsində  tədbir 

keçirilib.  İki  gün  davam  edən  tədbirə 

universitetin aktiv tələbələri qatılıb. 

Tədbirin 

keçirilməsinin 

məqsədi 


“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” 

Dövlət  Proqramının  müvafiq  bəndlərinə 

uyğun  olaraq  gənclər  arasında  ictimai 

aktivliyin artırılması, gənclərin asudə vax-

tının  səmərəli  keçirilməsinin  təşkilindən 

ibarət idi.

 Tədbir THİK sədri Elşad Novruzovun çı-

xışı ilə başlayıb. Elşad müəllim iştirakçıları 

salamlayaraq  bildirib ki, universitetimizdə 

həyata keçirilən layihə istedadlı tələbələrin 

üzə  çıxarılmasına  xidmət  edir.  “Univer-

sitetimizin  tələbələri  digər  ali  təhsil  oca-

ğının  tələbələrindən  fərqli  olaraq  bu  cür 

layihələrdə  az  iştirak  edir.  Ona  görə 

də,  ATU-nun  Tələbə  Həmkarlar  İttifaqı 

Komitəsi olaraq Azərbaycan Respublikası-

nın  Prezidenti yanında Gənclər Fondu ilə 

belə bir layihəni  təqdim etməyi düşündük. 

Layihənin  də məhz bu gün  sizlərə təqdim 

olunması  səbəbsiz  deyil.  Bildiyiniz  kimi, 

bu gün Dirçəliş Günü, həm də Beynəlxalq 

Tələbə  Günüdür”-deyən  E.Novruzov  bu 

günlər  münasibətilə  tələbələri  təbrik  etdi 

və onlara uğurlar arzuladı.

Layihənin  rəhbəri  Nicat  Mehrəliyev  də 

çıxışanda  “  Aktiv  Tibb  Tələbəsi  Proq-

ramı  “(ATTP)    layihəsinin  ADU-nun 

tələbələri tərəfindən maraqla qarşılandığı-

nı və bu tədbirin onlara maraqlı və lazım-

lı  layihələrin  hazırlanmasında  bir  stimul 

verəcəyini bildirdi. 

Növbəti  gün  isə  tibb  tələbələrinə 

layihələrin  yazılması    və  idarə  olunması 

mövzusunda təlimlər keçirildi

Təlimlər  zamanı  tibb  universitetinin 

tələbələrinə təcrübəli təlimçilər tərəfindən 

ictimai fəaliyyətin əsasları, layihələrin ide-

ya halından başlayıb icrasına qədər olan 

mərhələləri ilə bağlı biliklər verilmiş, model 

üzərində tələbələr layihələr hazırlamışlar. 

Nihad  Allahyarlıya  verildi.  O,  layihələrin 

hazırlamsı, necə təqdim olunması barədə 

tələbələrin qarşısında çıxış etdi və onlara 

bir sıra dəyərli tövsiyyələrini verdi. 

Təlimçilər  arasında  Nihat  Allahyarlı-

nın  layihələrlə  bağlı  təklifləri  tələbələr 

tərəfindən  daha  maraqla  qarşılandı. 

Təlimləri uğurla başa vuran tələbələr son-

da sertifikatla təltif olundular.


Yüklə 278,31 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin