Daşkənd Tibb Akademiyasının rektoru atu-nun qonağı oldu atu-nun Tədris Cərrahiyyə Klinikasında



Yüklə 278,31 Kb.
səhifə4/30
tarix28.12.2021
ölçüsü278,31 Kb.
#9835
1   2   3   4   5   6   7   8   9   ...   30
2

4

5

Prezident  İlham  Əliyev    Türkdilli  Dövlətlərin 

Əməkdaşlıq  Şurasına  üzv  ölkələrin  təhsil 

nazirlərinin  üçüncü  görüşünün  iştirakçılarına 

məktub göndərib.

3

MÜŞAVİRƏDƏ AKTUAL 

MƏSƏLƏLƏRƏ 

TOXUNULDU


http://www.amu.edu.az

30 noyabr 2014-ъц ил

2

Məruzəçi  müvafiq  fakültə  və 

kurs  tələbələrinin  2013/2014-

cü  tədris  ilində  qış  və  yay  im-

tahan  sessiyalarından  sonra-

kı  peşə  təcrübəsi  haqqında 

ətraflı  məlumat  verərək  qeyd 

etdi  ki,  istehsalat  təcrübəsinin 

keçirilməsinə  tədris  hissəsinin 

rəhbərliyi ilə fakültələrin və peşə 

təcrübəsinin  dekanlıqları,  eləcə 

də  hərbi  tibb  fakültəsi  də  daxil 

olmaqla 31 aidiyyatı olan kafed-

ra məsuliyyət daşıyırlar.

 Hərbi tibb fakültəsində 5 nəfər 

t/x  polkovnik-leytenantı,  2  nəfər 

t/x mayoru, 1 nəfər t/x polkovnik-

mayoru,  5  nəfər  mayor,  2  nəfər 

baş  gizir,  2  nəfər  t/x  polkovniki, 

1  nəfər  kapitan,  2  nəfər  hərbi 

cərrahiyyə kafedrasının müəllimi 

dinləyicilərin  ixtisas  və  qoşun 

təcrübəsinə rəhbərlik etmişlər.

2013-2014-cü  tədris  ilində 

77  müəllim  yay  və  qış  peşə 

təcrübəsinin 

keçirilməsinə 

rəhbərlik  etmişdir.  Onlardan 

3  nəfəri  professor,  19  nəfəri 

dosent,  7  nəfəri  baş  müəllim, 

digərləri isə assistentlərdir. 

Keçən tədris ilində təcrübənin 

yekunlarının  Böyük  Elmi  Şu-

rada 


müzakirəsi 

zamanı  


hörmətli  rektorumuz  akademik 

Ə.Əmiraslanovun peşə təcrübəsi 

dekanlığına  bir  sıra  ciddi  tapşı-

rıqlar verdiyini vurğulayan dekan 

qeyd  etdi  ki,  tələbələrin  xarici 

ölkələrdə,  xüsusən  Türkiyə  res-

publikasında istehsalat təcrübəsi 

keçmələri praktikasının daha da 

genişləndirilməsi, təcrübə başla-

yana  qədər  rəhbərlərlə  seminar 

müşavirələrinin  keçirilməsi  kimi 

məsələlər qarşımıza əsas vəzifə 

kimi  qoyulmuşdur.  Məhz  bunun 

nəticəsidir  ki,  cari  tədris  ilində 

xaricdə  təcrübə  keçmək  üçün 

göndərilən  tələbələrin  sayı  xeyli 

artmışdır. 

Hər  iki  müalicə  fakültəsinin  III 

kurs  tələbələrindən  148  nəfər 

tələbə  təcrübəni  Türkiyədə,  9 

nəfər Almaniyada keçmişlər. 

Azərbaycan  Tibb  Universite-

ti  ilə  Seçenov  adına  I  Moskva 

Dövlət  Tibb  İnstitutu  arasındakı 

müqaviləyə  əsasən  10  mosk-

valı  tələbə  təcrübəni  ATU-nun 

Tədris  Cərrahiyyə    Klinika-

sında,  bizim  universitetin  10 

nəfər  tələbəsi  isə  Moskvada 

keçiblər.  Moskvalı  tələbələr 

təcrübə  müddətində  universitet 

rəhbərliyinin,  cərrahiyyə  klinika-

sının rəhbərliyinin diqqətindən və 

qayğısından, yaradılan şəraitdən 

olduqca  razı  qalıblar.  Təcrübə 

müddətində  tələbələr  Heydər 

Əliyev Mərkəzində, İçərişəhərdə, 

Mərdəkan  Dendrarisində  olub-

lar.

Sözünə  davam  edən  natiq 



keçən tədris illərində olduğu kimi, 

aprel ayında müalicə-profilaktika 

və  pediatriya    fakültələrinin  V 

kurs    tələbələri  üçün  qruplara 

sorğu  anketləri paylandığını və  

tələbələr  arzuladıqları    rayonla-

rı  bildirdikdən  sonra  əmr  tərtib 

edildiyini diqqətə çatdırdı. Bildir-

di ki, V kurs tələbələrindən cəmi 

120 tələbə istehsalat təcrübəsini  

Bakı şəhərində, qalanları isə res-

publikanın  mərkəzi  rayon  xəs-

təxanalarında  və  müalicə  diaq-

nostika mərkəzlərində keçiblər. 

  ATU-nun Stomatoloji klinika-

sının rəhbərliyi ilə bərabər tələbə 

çoxluğunu nəzərə alaraq növbəli 

qrafikin tutulması, ATU-nun on-

koloji  klinikasından  müalicə-

profilaktika, 

tibbi-profilaktika 

və  tibbi-biologiya  fakültələri 

tələbələrinin  təcrübə  bazala-

rı  kimi  istifadə  ediləcəyi,  bir 

sıra  özəl  tibb  müəssisələri  ilə 

təcrübə  keçmək  məqsədilə 

qeyd-şərtsiz  müqavilələrin  bağ-

lanması və digər məsələlər ha-

zırlıq dövründə görülən işlərdir.

“Peşə təcrübəsinin gedişində, 

ona  nəzarət  edilməsində  öz 

işimizdən  razı  qala  bilmərik, 

heç şübhəsiz təcrübənin təşkili, 

keçirilməsi məsələlərində müəy-

yən  çatışmazlıqlar  var”-deyən 

Şəfa  Əliyev  bu  çatışmazlıqları 

aradan  qaldırmaq  üçün  təkcə 

dekanlığın  deyil,  təcrübənin  ke-

çiril məsinə  rəhbərliyə  tövsiyə 

olunmuş  əməkdaşların  da  öz 

işlərində  müəyyən  dönüş  ya-

ratmasının 

vacibliyini 

önə 


çəkərək  təcrübənin  keyfiyyətini 

yüksəltmək  üçün  elmi  şura 

üzvlərindən 

əməli 


təkliflər 

gözlədiyini söylədi.

Məruzə  ətrafında  çıxış  edən 

kafedra 


müdirləri 

İbadulla 

Ağayev,  Amalya  Əyyubova, 

Vəsadət Əzizov, Elmira Əliyeva, 

Paşa  Ağayev  və  Məhbubə 

Vəliyeva  hesabatı  qənaətbəxş 

qiymətləndirərək 

tələbələrin 

peşə təcrübəsi ilə bağlı fikirlərini 

söylədilər, 

təkliflərini 

irəli 


sürdülər.

Müzakirələrə  yekun  vuran 

aka demik Əhliman Əmiraslanov 

nə zəri  biliklərin  təcrübədə  möh-

kəmləndirilməsinin əhəmiy yətinə 

diqqət  yönəldərək  bu  sahədə 

mövcud  olan  problemlərin  həlli 

yollarından  danışdı:  “Tədrisin, 

bütövlükdə mütəxəssis hazırlığı-

nın əsas vacib sahələrindən biri 

də təcrübədir. Bir vaxtlar bizdə bu 

sahə çox çətin bir vəziyyətə düş-

müşdü.  Stomatoloji  poliklinika-

lar, apteklər hamısı özəlləşdirildi, 

tələbələri təcrübəyə göndərməyə 

bir  yerimiz  qalmadı.  Xüsusilə 

terapevtik,  cərrahi  yönümlü 

xəstəxanalar təmirə dayandığın-

dan böyük çətinliklərlə üzləşdik. 

Əczaçılıq  fakültəsinin  təcrübəsi 

ilə  əlaqədar  problem  bizi  daha 

çox  narahat  edirdi  və  proble-

min  tezluklə  həll  olunacağına 

əmin  deyildik.  Açığını  deyim 

ki,  hal-hazırda  bu  sahədə  xey-

li  irəliləyişimiz  var.  Fakültənin 

dekanı,  professor  Tahir  Süley-

manov  fəaliyyətə  başlayandan 

ölkəmizdə  əczaçılıq  sənayesi 

ilə  məşğul  olan  fabriklərlə, 

müəssisələrlə əlaqə yaratdı. İndi 

heç bir vəsait ödəmədən həmin 

bazalardan  istifadə  edirik.  Sto-

matologiya  fakültəsində  isə  bu 

problem  öz    həllini  Stomatoloji 

klinikamız  istifadəyə  verildikdən 

sonra  tapdı.  Orada  tədris 

mərkəzinin  açılması  da  işimizə 

çox  yarıyır.  Rayonlarla  bağlı 

deyilən fikirlərin çoxu ilə mən də 

razıyam.  Artıq  universitetimizin 

nəzdindəki  terapevtik,  cərrahi, 

stomatoloji  və  onkoloji  klinika-

ların  bazalarında  tələbələrin 

təcrübə keçməsi üçün yaradılan 

şərait qənaətbəxşdir. Gələcəkdə 

öz  klinikalarımızın  gücündən 

maksimum  istifadə  etməliyik 

ki,  müəllimlərin,  nəzarətçilərin 

rayona  göndərilməsinə  ehti-

yac  qalmasın.  Əlbəttə,  onu 

demək  istəmirəm  ki,  tələbələri 

xarici 

ölkələrə 

təcrübəyə 

göndərməyək.  Hesab  edirəm 

ki,  bu,  vacibdir  və  beynəlxalq 

əlaqələrimiz mövcuddur. Türkiyə 

universitetləri  ilə  bağladığı-

mız  müqavilələrin  hər  birinə 

tələbələri  təcrübəyə  göndərmək 

barədə bənd də əlavə olunub”. 

Tələbələrin  öz  hesabları-

na  təcrübəyə  göndərilməsi 

məsələsinə  də  toxunan  rek-

tor  xaricə  gedən  tələbələrin 

seçimində 

diqqətli 

olmağı 

tövsiyə etdi. 

Müxtəlif  məsələlərin  müza-

kirəsi 


zamanı 

universitetin 

tədris  hissəsinin  müdiri,  dosent 

Nəsimi  Qasımov  Azərbaycan 

Respublikası  Nazirlər  kabi-

netinin  24  oktyabr  2014-cü  il 

tarixli  342  saylı  qərarına  uy-

ğun  olaraq  2015-ci  ildə  Bakı 

şəhərində  I  Avropa  Oyunlarının 

keçirilməsi  ilə  əlaqədar  Bakı 

şəhərində  yerləşən  bütün  təhsil 

müəssisələrində  tədris  prosesi 

və imtahan sessiyasının 2015-ci 

il may ayının 31-dək başa çatdı-

rılacağını  dedi.  Bildirdi  ki,  Bakı 

şəhərində  yerləşən  ali  və  orta 

ixtisas  təhsili  müəssisələrində 

nəzəri təlim müddətində İmtahan 

sessiyasına  ayrılmış  5  həftənin 

3  həftəyə,  qış  tətilinin  isə  2 

həftədən  1  həftəyə  endirilməsi 

haqqında qərar qəbul olunub və 

bu  qərarın  icrası  universitetlərin 

özünə  tapşırılıb.  Rektorumuzun 

imzaladığı  əmrə  əsasən  payız 

semestrinin  imtahan  sessiyası 

29 dekabrdan 18 yanvara qədər, 

qış tətili 19 yanvardan 25 yanva-

ra qədərdir. 26 yanvardan başla-

yacaq  yaz  semestrinin  imtahan 

sessiyası  11-31  may  arasında 

olacaq. 


Böyük  Elmi  Şura  universi-

tetin  “Nümunəvi  nizamnamə” 

layihəsini  təsdiqləməklə  öz  işini 

yekunlaşdırdı.




Yüklə 278,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin