http://www.amu.edu.az
30 noyabr 2014-ъц ил
4
Azərbaycan
Respublikasının
Prezidenti yanında Bilik Fondu
iki ali təhsil ocağında təqdimat
keçirib.
Fondun informasiya təminatı sekto-
rundan AzərTAc-a bildiriblər ki, quru-
mun əməkdaşları əvvəlcə Azərbaycan
Tibb Universitetinin Tədris Cərrahiyyə
Klinikasında olublar.
Təqdimat mərasimində Bilik Fondu-
nun icraçı direktoru Oqtay Səmədov
rəhbərlik etdiyi qurumun yaranma ta-
rixi və fəaliyyəti barədə geniş məlumat
verib. Bildirilib ki, fondun layihələrinin
həyata
keçirilməsində
sağlam
cəmiyyətin qurulmasına xidmət edən
həkimlərin iştirakına ehtiyac var. Tibb
işçiləri, xüsusən də səhiyyə sistemində
çalışan alim və tədqiqatçılar fondun
dəstəyi ilə bilik və bacarıqlarını əhaliyə
daha təsirli formada çatdıra bilərlər.
Klinikanın
direktoru,
professor
Hacıqulu Bağırov rəhbərlik etdi-
yi
tibb
müəssisəsinin
təcrübəli
əməkdaşlarının
Bilik
Fondu-
nun layihələrində yaxından iştirak
edəcəyini bildirib.
Digər təqdimat Azərbaycan Memarlıq
və İnşaat Universitetində keçirilib.
Universitetin rektoru, Milli Məclisin
deputatı,
Gülçöhrə
Məmmədova
Prezident İlham Əliyevin müvafiq
Fərmanına əsasən, ölkə əhalisinin
elmi-texniki, siyasi-ictimai, ekolo-
ji və humanitar biliklərini artırmaq,
Azərbaycan Respublikasının daxili
və xarici siyasətinin, azərbaycançılıq
məfkurəsinin mahiyyətini ictimaiyyətə
çatdırmaq, milli-mənəvi dəyərləri təbliğ
etmək məqsədi ilə belə bir Fondun ya-
radılmasını yüksək dəyərləndirib.
Rektor rəhbərlik etdiyi ali məktəbin
müəllim və tələbələrinin Bilik Fon-
du ilə birgə səmərəli layihələr həyata
keçirəcəklərinə əminliyini bildirib.
O.Səmədov Bilik Fondunun fəaliyyət
istiqamətləri, maarifçilik tədbirləri ilə
bağlı geniş məlumat verib. O, fondun
gördüyü işlər, könüllülərin layihələrə
cəlb olunması, tələbə və müəllimlərlə
əməkdaşlığın
mümkün
formaları
barədə ətraflı danışıb.
Fondun yaranması, məqsəd və
vəzifələri, həyata keçirdiyi layihələrdən
bəhs edən film nümayiş olunub.
Daha sonra müəllim və tələbələrin
suallarını cavablandıran O.Səmədov
onları Bilik Fondunun tədbirlərində,
əhali arasında elmi-texniki biliklərin ar-
tırılması ilə bağlı layihələrdə fəal iştirak
etməyə çağırıb. Universitetin rəhbərliyi
fondun tədbirlərində, xüsusən “Dini
abidələrdə tarixin izləri” layihəsində iş-
tirak etmək istədiklərini bildirib.
Bilik Fondunun ali məktəblərdə
təqdimatları gələn həftə davam
edəcək.
Dostları ilə paylaş: