http://www.amu.edu.az
30 noyabr 2014-ъц ил
u
Da Vinci robotu moskvalı
cərrahlara işlək ürək mi-
okardında qan dövranının
bərpasında yardımçı olub. Rusiyada bu
qəbildən olan ilk əməliyyat Moskva
səhiyyə departamentində aparılıb.
AzərTAc Rianovosti informasiya
agentliyinə istinadla xəbər verir ki,
Moskvada dörd Da Vinci robotunun
olduğunu bildirən qurumun mətbuat
katibi Elina Nikolayeva onların yüksək
dəqiqlik tələb edən cərrahiyyə
əməliyyatları üçün nəzərdə tutuldu-
ğunu deyib.
Səhiyyə departamentinin rəhbəri
Aleksey Xripun Rusiyanın cəmi iki
tibb mərkəzində robotlar vasitəsi ilə
cərrahiyyə əməliyyatlarının aparıldı-
ğını bildirib.
Qeyd edək ki, bu universal
cərrahiyyə qurğusu dünyanın hər
hansı bir nöqtəsində pult arxasın-
da oturan həkimin xəstə üzərində
əməliyyat aparmasına imkan verir.
ABŞ-ın Intuitive Surgical Inc şirkəti
tərəfindən hazırlanan Da Vinci tipli
robotlaşdırılmış cərrahi komplekslər
vasitəsi ilə hər il 350 mindən çox
əməliyyat həyata keçirilir.
Beyinin əmgək hissəsi aşağı
tərtib sahələrindən daxil olan
hissləri sintezləşdirən yüksək
tərtib sahəsidir. Ayrı-ayrı neyron
sxemləri fərqləndirməyə çalışan
Viskonsin
Universitetinin
tədqiqatçıları (ABŞ, Medison)
zehində cürbəcür səhnəciklər
canlandırmağı videoya baxmaq
ilə
növbələşdirən
insanların
beyinlərinin elektrik aktivliyini
müşahidə ediblər.
Onlar müəyyən ediblər ki,
təsəvvür zamanı beynin əmgək
hissəsindən peysər hissəsinə,
yəni bir neçə hissin verdiyi
siqnalları kombinasiya edən daha
yüksək tərtib sahəsindən daha
aşağı tərtib sahəsinə informasiya
axını güclənir. Gözlərin qəbul
etdiyi vizual informasiya, əksinə,
beynin vizual qabığının böyük
bir hissəsinin cəmləşdiyi peysər
hissəsindən əmgək hissəsinə
axır.
Bu sahədə tədqiqatlar yuxuda
olanda və xəyala dalanda beyində
baş verənləri başa düşməyə
kömək edən yeni vasitələrin
işlənib hazırlanmasına gətirib
çıxara bilər. Professor Barri
Van Vin qısamüddətli yaddaşı
kodlaşdırmaq məqsədi ilə beynin
şəbəkədən necə istifadə etdiyini
başa düşmək üçün yeni metodlar
tətbiq etmək niyyətindədir. O
deyib: “Zənnimcə, bu, həqiqətən
indiyədək
tədqiq
edilməyən
yeni mövzudur. Bilirik ki, beyin
müstəqil hissələr dəsti deyil, öz
arasında qarşılıqlı fəaliyyətdə
olan
ixtisaslaşdırılmış
sahə
şəbəkəsidir.
İnsanların
və
heyvanların
beynində
sinir
siqnalları müəyyən istiqamətdə
hərəkət edir, dayanır və müxtəlif
yerlərdə
peyda
olur.
Sən
demə, bizim siqnalı emal edən
metodlarımız onları izləmək üçün
yetərincə həssasdır”.
u
Dostları ilə paylaş: