- İstək, seçim ayrı idi, texnikum
həyatı sizə darıxdırıcı olmadı ki?
– sualına Səriyyəxanım Nəcəfqızının
cavabı:
- Haqlısınız. Kitabxanaçılıq texniku-
mu, oradakı müəllimlərin sənət yanğısı,
mütəxəssis
hazırlamaq
metodu
dillə deyiləsi deyil. Xudayar Quliyev
(kitabxanaşünaslıq), Fazil Cəbrayılov
(biblioqrafiya)
hamımızın
hörmətini
qazanmış müəllimlər idi. Onların səyi,
bacarığı, pedaqoji taktı sayəsində biz
yeni bir sahə ilə üzləşdik, sənəti sevdik,
onu hə yatımızın qayəsinə çevirdik.
Mətləbi uzatmayım, sonradan Bakı
Dövlət Universitetinin kitabxanaçılıq
fakül təsində oxuduğum müddətdə (1975-
1980) heç bir çətinliyim olmadı. Elə işdə
də bunun kimi.
Universitet həyatı sənətin sirlərini
in cə lik lərinə
qədər
qavramaqda
Səriyyəxanıma gözəl ərməğan oldu.
O, Abuzər müəllimin, Sahib müəllimin,
Tacəddin müəllimin, adlarını iftixar
hissi ilə çəkir, onların biliyinə, mənəvi-
əxlaqi keyfiyyətlərinə, hadisələrə real
və obyektiv münasibət göstərmələrinə
dair xarakterik nümunələr, epizodlar
söyləyir...
1982-ci ilin ortalarından S.Quliyeva
ATU-nun Əsaslı kitabxanasına təyinat
alır, biblioqraf vəzifəsini yerinə yetirir.
Dərin biliyi, sənətinə olan həvəsi, işə
yüksək məsuliyyət hissi ilə girişməsi
onu kollektivin sevimlisinə çevirir. İl
tamam olmamış gənc biblioqrafı elmi
xidmət şöbəsinə müdir keçirirlər və bu
qeyd 33 ilə yaxındır ki, xanımın əmək
kitabçasında saxlanılır, özü isə şöbəni
bacarıqla idarə edir.
Sadə, çətin və şərəfli həyat yolu keçmiş
Səriyyəxanım Quliyeva bu günlərdə
61-ci yaşına qədəm qoydu. Bir qərinə
kitablar aləmində çalışan ziyalı qadının,
mehriban ananın, gözəl valideynin şəninə
bir neçə kəlmə ürək sözü söyləmək
yersiz olmazdı. Nahar fasiləsiqabağı
bir “beşdəqiqəlik” keçirmək lazım gəldi.
Kitabxananın direktoru Ziyafət xanım
Eminova S.Quliyevanı kollektivin adından
təbrik etdi, ona cansağlığı, xoşbəxtlik
arzuladı. Saşa müəllim öz həmkarına
həsr etdiyi şeirini oxudu. Xanımlardan
Solmaz, Gülara, Gövhər, Bilqeyis... ürək
sözləri dedilər, ən xoş xatirələri yada
saldılar, qayğıkeşliyi, xeyirxahlığı barədə
epizodlar söylədilər. Bu qısa fasilədə
çoxlarının çöhrəsini sevinc və göz yaşları
bürümşdü, istəkdən, sevincdən doğan
göz yaşları!
Bəli, ötən illər hədər getməmişdir!
Səriyyəxanıma bu dəqiqələrdə təskinlik
verən də elə bu idi.
Dostları ilə paylaş: |