“Səriyyəxanımın ( nənə öz adını
sevimli nəvəsinə vermişdi) əmək
kitabçasında bir ünvan , təkcə bir
qeyd var: N.Nərimanov adına Azərbaycan Tibb
İnstitutu ( indiki Azərbaycan Tibb Universiteti)
və bu təhsil ocağının “Əsaslı kitabxanası”. Sa-
vadlı, bilikli ziyalıdır, sənətini sevir. İşinin us-
tası kimi püxtələşmişdir. Gözəl ailəsi, uşaqları,
nəvələri var, kollektivdə hamının hörmətini
qazanmışdır.
- Bu sahəni mən təsadüfən seçdim,
-deyir Səriyyəxanım, - fikrim-zikrim
müəllim olmaq idi, özü də riyaziyyat,
ya da fizika müəllimi. Bu fənlərə maraq
aşağı siniflərdən başlanmışdı. Məndə bu
marağı yaradan, biliyimi “qabarıq şəkildə
üzə çıxaran” sevimli müəllimlərim oldu.
Allah işlərini avand etsin, dünyasını
dəyişənlərə Allah rəhmət eləsin. Aftab
müəllim riyaziyyat deyirdi, Qəzənfər
müəllim fizikanı. Dərin bilik vermək üçün
heç nə əsirgəmirdilər. Ara-sıra Qəzənfər
müəllim eyham vururdu ki, qız, səni öz
yerimdə, fizik kürsüsündə görürəm...
Beləcə 62 saylı məktəblə vidalaşdıq.
Abituriyent dövrü gəlib yetişdi. Onda
testə aparan yol uzaqda idi. Hər şey
üzbəüz, yazılı həll edilirdi. Dərin bilik,
bacarıq, elmi vərdişlər olan yerdə “lal
maşınlarla dil tapmağa” nə vardı ki!
İki fəndən yüksək qiymət almışdım.
Üçüncüdə müəllimlə olan konflikt zamanı
adi bir anlaşılmazlıq üzündən məni
«kəsdilər». İşimi götürüb kitabxanaçılıq
texnikumuna (onda N.Krupskaya adına
idi) verdim və oldum tələbə.
Dostları ilə paylaş: |