Monist→Təbiətin, mövcud olan hər şeyin mənşəyi yeganə bir substansiyaya bağlıdır
Aqnostik→Tanrının olub olmadığını bilməyən (tərəfsiz)
Deizm→Tanrı dünyanı çox illər əvvəl yradıb, lakin idarə etmir. Tanrı özünü insanlara təbiət və təbiət qanunlarıyla göstərən “ən ali varlıq”dır.
Olimpiya de Quj→XVIII əsr. Qadın hüquqları uğrunda mübarizə etmişdir. 1793-cü ildə edam edildi.
Naturalizm(XIX əsrdən bu günə)→Təbiətdən və hisslər aləmindən başqa gerçəklik tanımayan gerçəklik. Naturalist buna görə də insanı təbiətin bir parçası kimi görür. (Marks, Çarlz Darvin, Ziqmund Freyd naturalist idilər)
Credo quia absurdum→Cəfəngiyyat olduğuna görə inanıram.
Latınca:
Carpe diem→ anı yaşa.
Memento mori→ unutma ki öləcəksən.
Renessans (yenidən doğulmaq)
dövrü (XIV-XVI)→ Humanizm, optimizm, zəngin mədəni inkişaf.
Psixoanaliz→həm insanın ümumi ruhi vəziyyətinin təsviri, həm də əsəb və ruhi xəstəliklərinin müalicəsində istifadə olunan üsul.
Sürrealizm→Fransada yaranıb, mənası “fövqəlreallıq” deməkdir. İncəsənət şüuraltıdan doğur.
Ekzistensializm→insanın mövcudluq vəziyyətindən danışan bir neçə fəlsəfi cərəyana verilmiş addır.
Nihilist→heç nəyin mənası olmadığına və hər şeyi edə biləcəyinə inanan adamdır.
Absurd→mənasız, irrasional. Absur teatrda məqsəd mənasızı yüksəltmək deyil, əksinə, gündəlik həyatdakı mənasızlıqları göstərməklə tamaşaçıların öz həyatları üçün daha mənalı həyat axtarmalarına nail olmaq idi. Absurd növə hiperrealizm də deyilir.